adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Aprel 2014 11:07
4928
SİYASƏT
A- A+

ALP Qarabağ problemini ikinci plana atdı

Azərbaycan Liberal Partiyasının təklifləri var. ALP sədri Əvəz Temirxan  hakim Yeni Azərbaycan Partiyasının (YAP) nəzdində Partiyalararası əlaqələr və dialoq komissiyasının yaradılması ilə bu tkliflərini gündəmə gətirmək istəyir. 

Ə.Temirxan bununla bağlı KİV-ə açıqlamasında deyib ki, komissiyanın yaradılmasını müsbət qiymətləndirir.  Onun sözlərinə görə,   dialoqla bağlı YAP-dan heç bir müraciət daxil olmayıb:  "Müraciət olunsa, bu barədə mətbuata məlumat verəcəyik.
Düşünürəm ki, Azərbaycandakı siyasi partiyalar Qarabağ münaqişəsindən də öncə regionda yaranan geopolitik vəziyyət və bunun Azərbaycana təsirlərini müzakirə etməlidir. Ukraynada gedən prosesləri görürsünüz. Bu, Azərbaycan üçün siqnaldır",.