adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2014 10:41
4529
HADİSƏ
A- A+

Sumqayıtda dəhşətli qəza - ölən və yaralanan var

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.Adalet.az-ın məlumatına görə, şəhər ərazisində "BMW” markalı, 50 CK 054 nömrə nişanlı avtomobil iki piyadanı vurub. Nəticədə piyadalardan 1947-ci il təvəllüdlü Həsənov Arif Vilayət oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada, 1990-cı il təvəllüdlü Əliyev Hidayət Sərdar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, "BMW” yüksək sürətlə hərəkət edərək işıqforu qırmızı işıqda keçib və burada Feyzi Könül İxtiyar qızının idarə etdiyi, 50 CB 260 nömrə nişanlı "Hyundai”a çırpılıb. Sürücünün idarəetməsindən çıxan "BMW” daha sonra yol kənarındakı piyadaların üstünə çıxıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.