adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Aprel 2014 06:12
18224
ƏDƏBİYYAT
A- A+

Markes öldü!

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı,Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes vəfat edib. 

Adalet.az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumatına görə 87 yaşlı yazıçı pnevmaniyadan müalicə alırdı. O, aprel ayının əvvəlində xəstəxanaya yerləşdirilmiş, qısa müddət sonra isə buraxılmışdı.

Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq saxlayaraq özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.

Beləliklə, ən böyük romanı olan, 16 ilsonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.

"Yüz ilin tənhalığı" XX əsrin ən nəhəng əsərlərindən biridir. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib.

"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın atalarından hesab olunur.