adalet.az header logo
  • Bakı 13°C
18 Aprel 2014 00:17
11937
ƏDƏBİYYAT
A- A+

Həyat eşqi sönməyən Təbib!

Bu günlərdə Atatürk mərkəzində, Şirvan şəhərinin önəmli şəxsiyyətlərindən biri, 50 ildən çox insanların sağlamlığının keşiyində duran, sadəliyi ilə örnək olan Şirvan şəhərinin yeganə ağsaqqalı həkim-şair Mirəfsəl Təbibin əsərlərinin təqdimat mərasimi keçirildi. Mərasimdə ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, akademik və alimləri qeyri-hökumət nümayəndələri ilə yanaşı, mətbuat nümayəndələri də iştirak edirdilər. Bir yazar kimi, mənə də söz verdilər tədbirdəki çıxışımı olduğu kimi dəyərli oxucularıma çatdırmaq istəyirəm. Və bir yazar kimi, mənə də söz verdilər. Tədbirdəki çıxışımı oluğu kimi dəyərli oxucularıma çatdırmaq istəyirəm. Bu gün bu dəyərli insanların əhatəsində, şairin söz xəzinəsinə böyük qiymət verib, onun incə ruhlu, tərbiyə əhəmiyyətli, sevgi ilə dolu olan kitablarının təqdimat mərasiminə toplaşmışıq.
Mənə elə gəlir ki, şairlə-təbib arasında çox böyük oxşarlıq var. Elə bu qəbildən də, İbn Sinanı, Abbas Səhhəti, Paşa Qəlbinuru, Mirəfsəl Təbibi çox böyük şəxsiyyət, gözəl həkim və incə ruhlu şair adlandırmaq olar.
Bəzən insanlar acı dəva-dərmandansa, şirin bir sözə ehtiyac duyurlar. Şirin bir misra, şirin bir kəlam çox vaxt ən güclü dərmandan da gözəl təsir bağışlayır xəstəyə!
Şairin indiyə qədər onlarla kitabı çap olunmuşdur. Onun kitabları çox qiymətli və ən dəyərli söz xəzinəsidir. Şair Təbibin 2008-ci ildə "Mütərcim" nəşriyyatı tərəfindən Azərbaycan və ingilis dillərində buraxılmış "250 Sonet" və "250 Sonnets" kitabları çox diqqətəlayiqdir. "Sonet" Avropa mədəniyyətinə məxsus bir janrdır. Bu janrda yazıb-yaratmaq və onu bizim Azərbaycan xalqına sevdirmək, doğmalaşdırmaq çox məsuliyyətli və olduqca çətin bir janr növüdür. Azərbaycan şairlərindən bir neçəsi, Əliağa Kürçaylı, Mikayıl Müşfiq, Mirəfsəl Təbib və qeyriləri də bu janrda öz ürək çırpıntılarını, insanlığı qəflət yuxusundan ayıltmağı, onları birliyə və vəhdətə çağırmağı, sevgi duyğuları ilə insanların ilham pərisini qanadlandırmağı, ruhlandırmağı əsas amillərdən biri hesab edirlər.
Bu janr ilk dəfə XIII əsrin sonunda "Renessans" İtaliyasında meydana gəlmiş, XVI əsrin II yarsında isə İngilis ədəbiyyatında böyük şöhrət qazanmışdır.
Həzin musiqiyə bənzər sonetləri ilə ürəkləri riqqətə gətirən, ingilis lirikasının kralı Vilyam Şekspirin yaradıcılığından bəhrələnən şair Mirəfsəl Təbib bu çətinliyin öhdəsindən çox layiqincə gəlmiş və sonda olduqca maraqlı gələcək nəsil üçün çox qiymətli bir əsər alınmışdır. İngilis sonet qaydalarına riayət edən şair bütün incəlikləri nəzərə alaraq, kitabı ingilis dilində çap etdirməyi bir ziyalı kimi xalqı, Vətəni qarşısındakı böyük məsuliyyətli işi çox bacarıqla yerinə yetirməyə çalışmışdır.
Bu gün bütün insanlığı, gələcəyimizi, ruhumuzu, mənəviyyatımızı, təmizliyə, paklığa aparan böyük şəxsiyyət, incə ruhlu həkim, dərin duyğulu yazıların müəllifi kimi xalqımızın həkim- şair oğlu Mirəfsəl Təbibə sevgi dolu mənalı ömür yolu, çoxlu müvəffəqiyyətlər, ən böyük uğurlar, yeni-yeni nailiyyətlər və ən uca zirvələri fəth etməyi arzulayıram. Şairin bir neçə bənd şeirini oxucularıma çatdırmaq istəyirəm..

Bədbini tez atır, unudur dünya
Hər zaman, hər dövran gülüş istəyir.
Beləcə, əbədi şərt qoya-qoya
"Gülmək istəyirəm", səslənir deyir!

Kədərdən, qüssədən bezibdir həyat,
Sevincdən ötəri, cadar-cadardır.
Hər gün qəm-kədərlə yüklənir qat-qat,
Həyatçın şadlığa möhtaclıq vardır.

Çalışır unutsun qəmi-qüssəni,
Bu qədər göz yaşı, bəs deyilmi, de!
Beləcə, ayıltsın bu dünya səni,
Bədbinlik bir cümlə nəs deyilmi, de!

Zamana, dövrana heç kəs heç bir kəs
Qəm-kədər notların sevdirə bilməz!

Dəyərli oxucularım, Şirvan şəhərinin keçmişi, bu günü və gələcəyi üçün böyük şəxsiyyət, kiçikdən böyüyə qədər hamının üstündə hədsiz əziyyət və zəhməti olan, yaşının bu gözəl çağında simasından nur yağan, tibbin böyük atası, ədəbiyyatımızın çox böyük söz ustadı şair Mirəfsəl Təbibə firavan həyat və cansağlığı arzulayaraq, şairə ünvanladığım "Sadəliyin yenilməzdir, ay həkim" şeirimlə yazımı sona çatdırmaq istəyirəm.

İstəyirəm, saçlarına çələng hörüm çiçəkdən,
ay həkim!
İstəyirəm, gözlərinə nur çiləyim günəşdən,
ay həkim!


İstəyirəm o əllərə səcdə edim,
ay həkim!

Tək əllərin qarşısında, demirəm,
ay həkim!

O, ağ saçlar yenilməzlik,
O böyüklük qarşısında
Ən nəhayət, Sizdə olan,
O, sadəlik qarşısında baş əyirəm,
ay həkim!

Hacı Zərifə Novruzova,
"Qızıl qələm" media mükafatı laureatı