adalet.az header logo
  • Bakı 20°C
17 Aprel 2014 21:52
5393
MƏMLƏKƏT
A- A+

Vəhhabiliyə qarşı 50 mindən artıq kitab çap edilib

Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib.

Səsvermə yolu ilə yeni qazilər və səlahiyyətli nümayəndələr seçilib. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son dövrlər görülən işlər barədə məruzə ilə çıxış edib.

Şeyx bildirib ki, vəhhabiliyə və radikallığa qarşı 50 mindən artıq kitab çap edilərək ictimaiyyət arasında, həmçinin vəzifəli şəxslərə, polislərə, icra başçılarına, ağsaqqallara paylanıb. Vəhhabi cərəyanı kitabında doğru istiqamətin, haqqyolunun hansı olduğu izah edilib. Bütün Qafqazın Şeyxi axund və qaziləri radikallığa qarşı mübarizədə fəal olmağa, moizə və xütbələrində təbliğat işlərinə diqqət yetirməyə çağırıb.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə: "Bizim axundlarımızı qazilərimiz elmi şuranın üzvləri bir az fəal olsunlar, qorxmasınlar. Əgər mənəmsə mən də sizə deyirəm, hər hansı bir qüvvə istər din yolunda, istər şiə, istər sünni olsun, istər təkfirçi olsun, istər vəhhabi olsun, istər nurçu olsun və başqa təriqətlər, əgər bunlar Azərbaycanda radikal formada mənim dövlətim var, mənim qərarım var, əgər belə radikal qüvvələr təbliğat aparacaqsa, bizim borcumuz və burda oturanlar hər birinin borcudur, cavabdehlik daşıyır. Bunların qarşısında əyilməmək sizin arxanızda dövlət var, Azərbaycan dövləti var, Azərbaycan qanunları var".

Toplantıda həmçinin son zamanlar qida məhsullarının halallığı ilə bağlı ictimaiyyəti maraqlandıran məsələ müzakirə olunub. Bildirilib ki, halallıq sırf şəriət səciyyə daşıyan məfhum olduğundan dini mərkəzin rəyi vacibdir.