adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2014 18:20
5896
HADİSƏ
A- A+

Qazaxıstanda silahlı insident - İki azərbaycanlı yaralandı

Qazaxıstanın Uralsk şəhərində baş verən silahlı qarşıdurma zamanı 2 azərbaycanlı yaralanıb.

Adalet.az "uralskweek.kz” saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib. Şəhərdə, yol kənarında Qazaxıstan nömrəli olmayan qara "Jeep” dayanıb. Avtomobilə bir qrup insan yaxınlaşıb. Onlar avtomobildə olan şəxslərlə mübahisə etməyə başlayıblar. Bu zaman avtomobilin içindən atəş açılıb və "Jeep” sürətlə olay yerindən uzaqlaşıb. İki nəfər yaralanıb.

Yerli jurnalistlər yaralılardan biri ilə danışa biliblər. Uralskda yaşayan 25 yaşlı bu azərbaycanlı bildirib ki, "Jeep”in sürücüsü onu zorla maşına oturtmaq istəyib, bundan imtina etdikdə isə onlara 3 dəfə atəş açılıb. Nəticədə o və qardaşı yaralanıblar. Atəş travmatik tapançadan açıldığı üçün yaralar ağır deyil.