adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Aprel 2014 17:49
4709
SİYASƏT
A- A+

AMİP sədri müxalifəti təşəbbüskar olmağa çağırdı

"Hazırda Azərbaycan müxalifətinin durumu çox pis vəziyyətdədir və müxalifətin vəziyyəti ürəkaçan deyil”. 

Adalet.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib ki, müxalifət ölkənin ictimai-siyasi həyatı, eləcə də seçkilərdə aktiv olmalıdır: "Təəssüflər olsun ki, son illər biz bunu müşahidə edə bilmirik. Eyni zamanda müxalifətdə yenilik etmək, cəmiyyətə proqramlar təqdim etmək kimi müsbət məqamlar yoxdur”. AMİP sədri deyib ki, müxalifət hansısa proqramlarla çıxış etməli, təşəbbüslər ortaya qoymalıdır: "Bu Dağlıq Qarabağ problemi, eləcə də digər məsələlərlə bağlı ola bilər. Təssüflər olsun ki, müxalifət bir araya gələ və bütün bu qeyd edilənləri həyata keçirə bilmir”