adalet.az header logo
  • Bakı 11°C
17 Aprel 2014 15:50
5630
SİYASƏT
A- A+

“Minsk Qrupu aftonom səlahiyyətlər əldə edib”

"Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətininin Azərbaycana səfərini uğurlu hesab edirəm”. Bu fikirləri millət vəkili Zahid Oruc deyib. 

Millət vəkili bildirib ki, belə bir mötəbər qurumun rəhbərinin Azərbaycan gəlməsi və gələcək dönəm üçün əlaqələrin müəyyənləşdirməsi hər iki tərəfin maraqlarına cavab verir: "Görüşlərdə əlaqələrin ümumi vəziyyəti, həmin təsisatın ölkəmizdəki ictimai-siyasi proseslərə, o cümlədən hüquqi islahatlara və digər məsələlərə münasibətlər bildirildi. Məhz bu nöqtədən yanaşanda əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilməlidir”.  

Z.Oruc hesab edir ki, həmin təşkilatın müxtəlif təsisatlarını, daxilindəki hər hansı strukturları tənqid etmək olar və lazımdır: "Sanki, ATƏT-in Minsk Qrupu formatı birbaşa həmin təşkilatın içərisindən kənara çıxıb və aftonom səlahiyyətlər əldə edib. Ona görə də ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi fonunda ATƏT Parlament Assambleyasına qiymət verməli deyilik. Azərbaycan uzun illərdir ki, həmin təşkilatda təmsil olunur, müxtəlif beynəlxalq məsələlərə özünün fəal münasibətini bildirir”.