adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2014 13:08
4312
MƏMLƏKƏT
A- A+

Rəqabət Məcəlləsinin qəbulu niyə gecikir?

Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib. Artıq bunun üzərindən xeyli zaman keçsə də, üçüncü oxunuş üçün məcəllə Milli Məclisin plenar iclasına çıxarılmayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələ barəsində bunları deyib: "Hazırda Rəqabət Məcəlləsi haqqında qanun layihəsi İqtisadiyyat və Sənaye Nazirliyində baxılır. Layihə Milli Məclisin yaz sessiyasının gündəliyinə də salınıb. Amma nazirliyin yekun rəyi olmadığından o, gündəliyə salınmır”.