adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2014 12:20
5074
SİYASƏT
A- A+

Fazil Mustafa nazirliklərə məsləhət verdi

Millət vəkili Fazil Mustafa Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Nəbatat bağında çıxarılan ağaclarla bağlı verdiyi açıqlamadan sitat çıxararaq nazirliyi tənqid edib. 


"Ekologiya və Təbii Sərvətlər Nazirliyindən prezidentin ağacların kəsilməsi ilə bağlı çıxışına verilən reaksiyadakı absurda diqqət yetirin: 
"Ağacları gecələr kəsirlər...”. 

Millət vəkili nazirliklərə məsləhətini də verib: "Demək ki, gecələr hər kəs istədiyini edə bilər və qarşısını almaq mexanizmləri yoxdur. Bu məntiqlə gərək Müdafiə Nazirliyi açıqlama versin ki, ölkəyə düşmən gecə hücum etdiyinə görə bir şey edə bilmədik. Daxili İşlər Nazirliyi açıqlasın ki, cinayət gecə baş verdiyinə görə aça bilmədik. Fövqəladə Hallar Nazirliyi bildirsin ki, yanğın gecə olduğuna görə söndürə bilmədik. Nazirlik bilməlidir ki, dövlət həyatında rast gəlinən qanunazidd əməllərin gecə və ya gündüz baş verməsi fərq etməz. Çünki insanlar 8 saat işləyirlər, dövlət isə 24 saat işləyir”.