adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2014 12:05
29663
TEXNOLOGİYA
A- A+

Nazirdən Mobil operatorlara - Xəbərdarlıq

"Təəssüf ki, Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermir”.

Adalet.az xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açıqlama verib.

"Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”, - deyə nazir qeyd edib.