“Dünya dövlətləri Azərbaycana qarşı ədalətsizdir” - Əli Həsənov
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata
görə, Ə.Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin
inkişafından danışıb. Baş nazirin müavini bildirib ki, son günlər ölkələrimiz
arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik
inkişafının bariz göstəricisidir: "Dərin köklərə malik olan əlaqələrimiz
ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib.
Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Azərbaycan
Prezidentinin İrana son səfəri münasibətlərin ən yüksək səviyyədə olduğunu bir
daha göstərdi. Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban
qonşulardır". Ə.Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya
dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana
qarşı ədalətsizlik olduğunu bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı
70 il Sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini,
dilini qoruyub saxlayıb: "Azərbaycan bu gün bütün sahələrdə sürətlə
inkişaf edir, müasirləşir, dünya baş verən inkişafdan geri qalmır. Bu inkişafın
bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və
Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Müstəqil siyasət
yürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm
verir və əksər ölkələrlə əməkdaşlıq edir".
Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycanda
gördüyü işləri yüksək qiymətləndirib və humanitar fəaliyyətlərinə görə minnətdarlığını
ifadə edib. Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə
olduğunu qeyd edib. Qonaq ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin
inkişafında böyük xidmətləri olduğunu deyib. O, Azərbaycan Prezidenti İlham
Əliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha da
inkişafına böyük təkan verəcəyinə əminliyini bildirib.
M.Somi deyib ki, Azərbaycana səfərində məqsəd ölkələrimiz
arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyə
sahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb. Sonda
qonaqlara "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı,
Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni
silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini
əks etdirən disk təqdim edilib.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06