adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Aprel 2014 12:56
14578
DÜNYA
A- A+

Prezident əmr verdi - 477 nəfər batıb

Bu gün Cənubi Koreyanın cənub-qərb sahillərində "Sevol" gəmisi batıb. İlkin məlumatda bildirilirdi ki, gəmidə 470 nəfər olub. Hazırda mətbuata verilən açıqlamaya görə isə gəmidə 477 nəfər olub.

Adalet.az xəbər verir ki, onlardan təxminən 370 nəfəri xilas edilib. Üç nəfərin meyiti tapılıb, 107 nəfərin isə taleyi məlum deyil.

Ölkə prezidenti Pak Kın Xe insidentin baş verdiyi rayonda bütün mümkün vasitələrin səfərbər edilməsini əmr edib.
Qəzaya uğrayan gəminin göyərtəsində əcnəbi vətəndaşların olmasına dair hələlik heç bir məlumat daxil olmayıb.