adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2014 18:32
9890
SİYASƏT
A- A+

Elnur Aslanovun dindirilməsi yalandır - MTN

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin rəisi Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində dindirilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Adalet.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib.

Onun sözlərinə görə, E. Aslanovun MTN-də 6 saat ifadə verməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.

Qeyd edək ki, bəzi KİV-də E. Aslanov MTN-də altı saat ərzində dindirilməsi barədə məlumat yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, dindirilmə zamanı E. Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. E. Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.