adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Aprel 2014 18:19
30567
TEXNOLOGİYA
A- A+

Əziz oğrular, xahiş edirik polisə müraciət edin...

İtirilmiş və ya oğurlanmış mobil telefon cihazının "İMEİ” nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl bu halda həmin "İMEİ” nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə "Bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur” məzmunlu qısa mesajı göndəriləcək.

Adalet.az-ın verdiyi xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən Virtualaz.org-a verilən  məlumatda deyilir ki, mobil cihazların qeydiyyat mezanizmi sadələşdirildi. Yeni qaydalara əsasən itmiş və ya oğurlanmmış telefonlara mesaj göndəriləcək.

Bundan əlavə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi şəxslər tərəfindən qeydiyyatla bağlı tələb olunan sənədlərin sayı azaldılıb. Həmçinin qeydiyyat üçün sənədlərə baxılma müddəti iki günə endirilib.

Xəbərdə deyilir ki, hüquqi və ya fiziki şəxslərə mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların "İMEİ” nömrələrinin mövcud statusu barədə məlumat alınması təmin edilir.

Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq.

Elektron müraciət etmə üsulu "Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetirilir.