adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Aprel 2014 17:45
9621
SİYASƏT
A- A+

Novruz Məmmədov: “Soyuq müharibənin bütün əlamətləri göz qabağındadır”

"Təəssüf ki, XXI əsrdə soyuq müharibənin bütün əlamətləri göz qabağındadır”.

Adalet.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "twitter” səhifəsində yazıb.

PA rəhbərinin müavini Qərbin hadisələrə reaksiyasına da toxunub: "Bütün məlumat və hadisələrdən səhnə düzəldib təqdim etmək Qərb mentalitetinin əsas kateqoriyasına çevrilib”.