adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əsgəri münasibətsizlik

FARİZ YUNİSLİ
421500 | 2014-04-14 14:00

Hərbi xidmətə altı il yubanmışdım. Bakalavr pilləsində birlikdəoxuduğum qrup yoldaşım mənə bərk-bərk tapşırdı ki, əsgərliyə gedəndə özünlə nəqədər az pul götürsən, bir o qədər yaxşıdır. Səbəbini soruşanda isə dedi ki, çatdığınhərbi hissədə elə ilk gün "köhnə” əsgərlər söyüş söyüb sənin pulunu "müsadirə”edəcəklər. Mən də inanıb cüzi miqdarda pulla daxil oldum kişilik məktəbinə.Amma qrup yoldaşımın proqnozları özünü doğrultmadı. Kimin nə işi vardı kimsəylə!..

Onu qeyd edim ki, bir çoxları kimi çağırış ərəfəsi əzələ şişirtməyə dəvaxt tapmamışdım. İşlədiyim "Şərq qapısı” qəzeti redaksiyasından günortaayrılıb, axşamçağı kəndimizə çatmış, qohum-qonşu ilə söhbətləşib, səhər danyeri ağaranda evimizdən ayrılmışdım. Deməyim odur ki, elə bir idmançı görkəmimdə yox idi, məndən ehtiyat edib beş-on manatıma əl qoymaqdan çəkinsinlər...

Bəlkə də qohum-tanışlarını əsgərliyə yola salanlar çağırışçılarınhərbi komissarlıqların həndəvərində necə zəhmlə, ciddiləşmiş sir-sifətləvar-gəl ediklərini müşahidə ediblər. Əsas da bir-birlərini tanımayanlarınöldürücü baxışları, əzabverici sataşmaları adamın diqqətindən yayınmır. Eynizamanda "çağırış vərəqəsi” alandan sonra qarşıdakı 15-20 gün müddətində gələcəkəsgərlərin söhbətlərinin əsas mövzusu normal kollektiv münasibətlərinə zidd,daha doğrusu, "qanlı rinq”ə hazırlıq məzmunu ilə "zənginləşir”. Çoxları bu qısavaxt ərzində idman qurğularından qopa bilmir. Bununla da "əzələ nümayişi”nəstart vermiş olurlar...

Son zamanlar ordumuzda baş verən olaylar, xüsusilə dinc şəraitdəəsgər itkiləri hər kəsi narahat edir və etməlidir. Əgər biz Azərbaycan adlıkutsal bir ailənin üzvüyüksə, birimizin itkisinə necə soyuqqanlı baxa bilərik?!Türk etnoslarının genində bir həqiqət əbədi kodlaşıb: doğulduğu vətən torpağıuğrunda tərəddüd etmədən ölümə getmək. Yəni yağı düşmənə sinəsini sipəredənlərin şəhid olması nəinki təbiidir, hətta şərəfdir. Çünki "vətən uğrundaşəhid olmaq ibadətdəndir”. Xalqı ciddi əndişəyə salansa ucuz əsgər ölümləridir.Valideyn üçün övladının şəhid olması, yaxud öz əsgər yoldaşı, komandiritərəfindən güllələnməsinin elə də fərqi yoxdur. Burada övlad itkisindən,faciədən söhbət gedir.

Diqqət edin, orta əsr tariximizdə "hökmdar-şair” kimi məşhur olan,hətta Əmir Teymura belə əyilməyən Qazi Bürhanəddin Əhməd igidlərin yorğan-döşəkdədeyil, məhz döyüş meydanında can vermələrini yüksək qiymətləndirirdi. Niyədöyüşsüz-filansız buğ yeri yeni tərləyən oğullarımızı itirək?! Həyatı sönən hər bir gəncin yarıda qalanarzuları, doğmalarının qəlbinə çəkilən dağ qəbul edilməzdir!

Danılmaz həqiqətdir ki, bugünkü əsgərlərin ataları və digər yaxınlarıkeçmiş SSRİ-nin müxtəlif ölkə və şəhərlərində hərbi xidmətdə olmuş insanlardır.Bu müddətdə rus, xaxol, tacik, gürcü, mənfur erməni və digərlərinin "talpaları”ilə vuruş ki, vuruşasan! 1987-ci ildə Rusiyanın İrkutsk vilayətində qulluq edən(özü də tikinti taborunda) qardaşımın əsgər yoldaşı ailəsinə ünvanladığı məktubdabelə yazırdı: "Ata, nə qədər mal-davarımız varsa sat, gəl məni burdan qurtar...Mən bu məktubu göz yaşımla yazıram!..”

Belə fiziki, psixoloji travma ilə Vətənə dönən soydaşlarımız illərləo vurhavurun, depressiyanın təsirindən çıxa bilmirdilər. Ətrafdakı insanlarla,hətta ata-ana, qardaş-bacıyla da qanlı-bıçaq olurdular. Yaxud bəziləri gələnkimi beşini də üstünə qoyub başlayırdı ki, "mən "slujbada” belə etdim”, "məni"naryada” çıxara bilmirdilər”, "bir dəfə də olsun qab-qaşıq yumadım”, "yuxudanistədiyim vaxt qalxırdım” və s. Təəssüf ki, belə söz-söhbətlər bir çox ailədəhələ də olur. Və indiki gənclər də hərbi xidmətə əsasən bu ab-havayla gedirlər.Əslində valideynlər dönə-dönə xatırlatmalıdırlar ki, zamanında onlar sovetordusunda – milli sərhədlərimizin bir qarışına belə aidiyyəti olmayan işğalçı imperiyanınhüdudlarını qoruyublar. İndi isə hərbi xidmət keçməyin mahiyyəti, məsuliyyətitamamilə fərqlidir: sən öz doğulduğun Vətən torpağını qorumağa gedirsən!

Problemlərin mərkəzində həm də münasibətsizlik var. Mənşəcə ərəbkəlməsi olan "münasibət”in kökündə "mütənasiblik” anlayışı dayanır. Əlaqə vəünsiyyətimizdə tənasüblük zəruridir. Hərbi sferada bu, çox böyük məna kəsbedir.

Ümumiyyətlə, münasibətsizlik insan cəmiyyətində dəhşətli fəsadlarınilk törədicisidir. Onun da yaratdığı psixoloji gərginlikdən özgə nə olacaq ki?!Mülki cəmiyyətdə "adamdan adama sınan körpümüz” hərbi mühitdə birləşib necə möhkəm,qırılmaz bağa çevrilə bilər?!

Əsgərlik həyatını, hərbi mühiti heç nə ilə qarışıq salmaq olmaz.Həmişə düşünmüşəm ki, rütbə və vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçularnə üçün və nəyə xidmət etdiklərini dərindən dərk etsələr, problemlər yarıbayarıazalar. Bunun üçün ailələrin, orta məktəblərin və ən əsası isə hərbi kadrlarhazırlayan tədris müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.

Bəllidir ki, orta ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıqdərsləri əsasən sonuncu saatlara salınır (müharibə vəziyyətində olsaq belə!).Buna da ki, nə hərbi rəhbərlərin, nə də şagirdlərin həvəsi və gücü yetir.Xüsusən də əsas diqqət hərbi silah-sursatın taktiki-texniki xüsusiyyətlərininəzbərlədilməsinə yönəldilir. Halbuki hərbi xidmətdə psixoloji cəhətdən hazırlıqən vacib məsələdir. Və əsgəri münasibətlərin təməli də yaxşı-yaman elə həminproseslərdə qoyulur.

Hazırda sağlam münasibətə, qarşılıqlı anlaşmaya, bölüşməyə, qısası həmrəyolmağa ciddi ehtiyacımızın olduğunu millət olaraq diqqətdə saxlamalıyıq. Acıbir həqiqətdir ki, bu gün əsgər ölümlərinin əsas səbəblərindən biri, bəlkə dəbirincisi münasibətsizlikdir. Bir-birimizlə normal münasibət quraq kiəzizlərimizin fəryadı ərşə bülənd olmasın!

Fariz Yunisli

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV