adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Aprel 2014 13:54
10488
MƏMLƏKƏT
A- A+

Azəriqazın sahə rəisi nöqsanlarına görə işdən qovuldu

Tərtər rayon QİS-nin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb.

Adalet.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev məlumat verib.

O bildirib ki, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov "Azəriqaz” İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub.

Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib.