adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2014 10:38
17675
MARAQLI
A- A+

Türkiyəli məşhur aktyor sevincindən Azərbaycan rəqsi oyandı - Video

Türkiyədə yayımlanan "Survivor” yarışmasında dünən maraqlı anlar yaşanıb.

Adalet.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, səhər yeməyi mükafatını qazanmaq uğrunda mübarizə aparan "Könüllülər” və "Məşhurlar” komandası arasında qızğın mübarizə gedib.

Hesab 3:1 "Könüllü”lərin xeyrinə olduqda, sıra "Məşhurlar” komandasında yer alan aktyorTolqa Karelə gəlib. O, komandası üçün əhəmiyyətli olan ikinci xalı qazandırdıqdan sonra dizlərini yerə qoyaraq sevincini "Azərbaycan” kəlməsi ilə ifadə edib.

Daha sonra komandasına 9-cu xalı qazandıran Tolqa Karel yoldaşları ilə söhbətində bir daha Azərbaycanın adını çəkib. O, bu qalibiyyətini oğluCahangirə və Azərbaycana həsr etdiyini vurğulayıb: "Oğlum Cahangirim üçün, Azərbaycan üçün, qardaş ölkəm üçün”.

Xatırladaq ki, aktyor Tolqa Karel azərbaycanlı modelGünay Musayevailə evlidir və bir oğlu var.