adalet.az header logo
  • Bakı 18°C

BMT-yə YENiDƏN YALAN MüRACiƏT

BABƏK YUSİFOĞLU
43528 | 2012-03-07 08:20
Rəsmi Yerevan yalan təbliğatla qazandıqları uğurlarından bəhs etsə də artıq ağlı başında olan ermənilər anlayırlar ki, əsl situasiya hakimiyyətin bəyan etdiklərinin tam əksinədir. Ermənistan bütün sahələrdə artıq Azərbaycandan ciddi şəkildə geri qalır. Çünki bizdən fərqli olaraq ermənilər işlərini yalnız həyasız yalanlar, iftiralar üzərində qururlar. Son günlərdə onların təbliğat maşınına vurulan iki şok zərbə - Xocalı soyqırımının dünyanın əksər ölkələrində geniş və tutarlı şəkildə keçirilməsi, Fransa Konstitusiya şurası tərəfindən girdirmə - "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin ləğv edilməsi indi hakimiyyətin özünü də ciddi şəkildə düşündürməyə vadar edib. Hazırda onlar xaotik şəkildə addımlar atmağa başlayıblar. Müxalifətin nüfuzlu liderlərindən biri Levon Ter-Petrosyan da çıxışlarının birində etiraf edib ki, artıq erməni məsələsi dünyada bir oyuncağa çevrilib.
   
   Doğrudan da Ermənistanın yalandan, iftiradan, separatizmdən və mövcud gerçəkliyi qəbul etməkdən qeyri yolu görünmür. Amma təəssüf ki, onlar belə çətin vəziyyətlərində belə yenə haqqı deyil, atdıqları iftiraları müdafiə etmək yolunu sürdürürlər. Bu günlərdə Azərbaycanın işğal edilmiş ərazilərində qurduqları separatçı rejimin Birləşmiş Ştatlardakı girdirmə "daimi nümayəndəliyinin" məlumatlarına görə, Ermənistanın BMT-dəki daimi nümayəndəsi Karen Nazaryan Təşkilatın baş katibinə məktubla müraciət göndərib.
   
   Qeyd edim ki, Yerevandakı böyüklərinin tapşırığı ilə hərəkətə keçən K. Nazaryanın müraciətində deyilir: "Təəssüflə qeyd edirəm ki, Azərbaycan nümayəndə heyətinin təşəbbüsüylə 1992-ci il Xocalı hadisələri haqqında yayılan məlumatlar düz olmayan rəy formalaşdırmaqdadır. Azərbaycan nümayəndə heyəti dəfələrlə anti erməni təbliğatı apararaq yalan məlumatlar yaymaqdadır. Bunlar Azərbaycan hakimiyyətinin göstərişilə həyata keçirilir. Xatırlatmaq yerinə düşər: beynəlxalq təşkilatların, o cümlədən insan hüquqları üzrə Avropa məhkəməsinin və çoxsaylı hüquq müdafiəçisinin çağırışlarına əsasən Xocalı hadisələri haqqında səhv məlumat yayan jurnalistlər, hüquq müdafiəçiləri haqda tədbir görməniz lazımdır". K. Nazaryan yalandan ibarət məktubunda daha sonra Ermənistanı sülhpərvər kimi təqdim edərək diqqəti Azərbaycanın antierməni təbliğatına çəkməyə çalışıb. Və eyni zamanda onun bu müraciətinin BMT-də yayılmasını da xahiş edib.
   
   Maraqlıdır, hazırki prezident Serj Sərkisyan tərəfindən şəxsən etiraf edilən Xocalı qırğını haqqında diplomatlar bu cür ağ yalanları necə beynəlxalq təşkilatlara göndərirlər? Axı, belə etiraflar Azərbaycan müəllifləri tərəfindən deyil, əcnəbi yazarlar tərəfindən qeyd edilib, diqqətə çatdırılıb. S. Sərkisyanın şəxsən təsdiqlədiyi qırğınları, Nazaryan səhv adlandırır. Məncə belə absurd müraciət göndərən diplomatın artıq qeyri-obyektivliyindən deyil, ağlında ciddi problemlərin olmasından şübhələnmək lazımdır.
   
   İki gün öncə ermənilər Çexiyanın paytaxtı Praqada Azərbaycan səfirliyinin qarşısında kütləvi tədbir keçiriblər. "Sumqayıt hadisələr"i adlandırdıqları təxribatı yenə də azərbaycanlıların üzərinə yıxmağa cəhd ediblər. Əslində dünya da, o hadisələrdən xəbərsiz olan ermənilər də bilməlidirlər ki, ermənilər həmin vaxt dünyada misli görünməmiş bir cinayətə məhz Sumqayıtda imza atmışdılr. Ona görə misli görünməmiş cinayət deyə qeyd edirəm ki, XX əsrin sonlarında ermənilər özləri soydaşlarını amansızlıqla qətlə yetirirdilər ki, bunun üçün azərbaycanlıları günahlandırsınlar. Belə bir hadisə hansı xalq arasında görünüb?
   
   Əslində onların indiki canfəşanlığını anlamaq mümkündü. Çünki bu gün onlar Xocalıda törətdikləri soyqıırımdan diqqəti uzaqalaşdırmağa çalışırlar. Axı, dünya ölkələri artıq Xocalı soyqırımını tanımağa başlayıb. Və təəccüblüdür ki, Yerevan hələ də bu cür metodlarla nəyəsə nail olmağı düşünür. Amma onlar unudurlar ki, indi bağırdıqları Sumqayıt hadisələri də araşdırılanda özlərinin mənfur əməlləri üzə çıxacaq. Bu bir həqiqətdir. Amma heç tələsməsinlər, Xocalıda və digər kəndlərimizdə, şəhərlərimizdə törətdikləri qırğınlar kimi Sumqayıt hadisələrinin də cavabı bir gün onlardan sorulacaq...

TƏQVİM / ARXİV