adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

TOFiQ ABDiNiN KOSTYUMU

ORXAN ARAS
55068 | 2012-03-07 08:20
Qoqol un "Palto" sunu kim bilməz ki... Yazarın həqiqi bir üslubla qələmə aldığı bu hekayəsində sıravi, kimsənin umurunda olmayan bir adam izah edilər. Hekayənin içində sıravi insanların çəkdiyi çətinliklər, məruz qaldığı bərabərsizliklər və çəkdikləri ağrılar hekayənin baş qəhrəmanı Akakiy Akakieviçin həyatı bütün çılpaqlığı ilə gözlər önünə sərilər. Qoqolun bu əsəri Çarlıq Rusiyasında böyük reaksiyalara səbəb olar və çox tənqidçi Qoqolun Rus insanını alçaltdığını söyləyərək bu möhtəşəm əsəri yerdən- yerə vurar. Amma çox keçmədən Dosteyevski kimi bir usta romanın haqqını alar və "Hamımız Qoqolun Paltosundan çıxdıq," deyər.
   
   Tofiq böyük qardaş bu keçən həftə sonu "525-ci qəzetdə elə bir yazı yazdı ki, həm həftə boyu bütün kədərlərimi unudub doyunca güldüm, həm də Qoqolun Paltosuyla Tofiq böyük qardaşın Kostyum mövzulu yazısını müqayisə etdim.
   
   Bəzən bir insanı güldürə bilmək üçün lətifələr izah edər, mimikalarınızı istifadə edər, müxtəlif zarafatlar edərsiniz. Bəzən də gülmək üçün yalnız bir görünüş və ya bir cümlə çata bilər. Məşhur İsrailli yazar Efraim Kişon öz həyatını izah etdiyi "Gülünəcək Bir şey Yox" adlı kitabda, ən çox yaxası medallarla dolu, qarını böyük bir generalın əsgərləri təftiş edərkən ayağı itkin yerə düşməsinə çox güldüyünü yazar. Bu həqiqətən çox gülməli bir səhnədir və Çex yazıçısının Varoslav Hasekin romanından uyğunlaşdırılmış "Dinc Əsgər Şiveyk" filimndə belə bir səhnə vardır. Onsuz da zatən usta yazarlar üçün bir söz belə ən zəngin yumor üçün kifayətdir.
   
   Tofiq Böyük qardaşın keçən həftəki "HESABLAMALARIM FIS ÇIXDI" başlıqlı yazısındakı bir cümlə də yumorun məncə şah əsəridir. Tofiq böyük qardaş, Elmin Həsənli və Qan Turalıdan böyük bir ümidlə gözlədiyi və bir müddət ala bilmədiyi qonararı üçün, hər gün vitrində gördüyü, bəyəndiyi bir kostyumun xəyalını qurmaqdadır və pul ala bilməyib xəyali reallaşmayınca da özüncə başqa bir həll yolu tapar və iş yoldaşlarına müraciət edər. Davamını öz qələmindən oxuyaq: "Dedim ki, yoldaşlar bir kostyum var, gəlin belə eləyək, kimə şalvar lazım idisə o kostyumu alaq, şalvarı o aparsın, mənə də pencək lazım idi. Bir nəfər təklifə razı idi ki, məlum oldu ki, bəs ona da pencək lazım idi, şalvarı istəmir.Bu da belə fıs çıxdı."
   
   Təbii ki, insanların əməkhaqqlarına, xəyallarına və xəyal qırıqlıqlarına gülmək insani bir vəziyyət deyil. Amma nə etməli, bəzən ən böyük ağrıların içində də yumor vardır və insan inildəyə-inildəyə də gülə bilər. Hanı kar qazancda gedərkən yerə düşüb də bir yerimiz incisə də gülmərikmi özümüzə? Bu da belə bir vəziyyət.
   
   Tofiq böyük qardaş çox mütavazi bir insan. Bütün yazılarında və şeirlərində həyatdan, insandan, talehdən, özündən hətta bəzən qəsdən inanmıram dediyi Tanrıdan belə şikayət edər. Şikayətlərin bir fayda etmədiyini də çox yaxşı bilir amma yenə də edir. Bu son yazısı da şikayət dolu bir yazı. Amma bu qısa bir yazı belə bir film ola biləcək qədər zəngin vəsait dolu... Bir yazarın əməyi, əməyinin gətirəcəyi gəlirlə qurduğu xəyallar, xəyalların puç çıxması, yaşadığı evin, məhəllənin, şəhərin və münasibətdə olduğu insanların ziddiyyətləri, uyğunlaşmazlıqları...
   
   Sonra çarəsizliyi və partlatdığı bir yumor bombası...
   
   Tofiq böyük qardaş bilmirəm özü fərqindəmi əslində yalnız bu yazıda deyil bütün yazılarında dərin bir yumor gizlidir. Məsələn yetmiş yaşı ilə əlaqədar yazdığı yazılar silsiləsini mən burada Almaniyada yoldaşlara oxumuş və doyunca gülmüşdük. Məncə Azərbaycanda heç, amma heç bir insanın ad günü bu qədər qalmaqala səbəb olmamışdır.
   
   Təbii ki, bunu da yazım ki, çoxu yumorların arxasında da bir hüzn, bir dərd gizlidir. Tofiq böyük qardaşın yazılarına güldükdən sonra da gözlərəm dollar və ürəyim sıxılar. Bunun səbəbi də, bu cəmiyyətin hələ, 70 yaşına gəlmiş bir sənət adamını bir kostyum ala biləcək imkandan məhrum etməsidir. Ah Şərq axmaklığı ah! Bu qoca Şərq nə vaxt adam olacaq bilmirəm.
   
   Tofiq böyük qardaş dostum, tanışım deyə demirəm, amma Türkiyədə bir söz var "Aha buraya yazıram" onun həftəlik yazdığı yazılar elə oxunduqdan sonra zibilə atılacaq yazılar deyil. Gün qələcək o yazılar yaşadığımız zamanın şahidləri olacaq və bəlkə də gələcəkdə tələbələrə, 21-ci əsrdə yaşamış bir yazarın həyata və cəmiyyətə baxışı adı altında dərs olaraq oxudulacaq. Çünki o yazılar nə qədər bəzi adamlar tərəfindən "qəzet yazısı" olaraq görülsə də içində müdhiş bir dram vardır. Bu dram, ömürünü istehlak etdiyi bir sistemin çökməsi ilə lüm-lüt ortada qalmış, istiqamətini itirmiş, yuxuları, dili, şəxsiyyəti qarışmış, sərhədləri, bayrağı, qanunları hətta və hətta ümidləri, arzuları belə dəyişdirilmiş bir insanın həyat içindəki çırpınmalarıdır.
   
   Biz elə kor bir cəmiyyətin insanlarıyıq ki, dəyərlərimiz itib getdikdən sonra onun dəyərini bilər və ah, vah edərik.
   
   Nəysə... Dərt çox həmdərt yox... Əslində vəzifə Elmin Həsənli ilə Qan Turalınındır.
   
   Amma böyük qardaş, mən orada olsaydım, vallah şalvarı mən alardım.
   
   (Almaniya)

TƏQVİM / ARXİV