adalet.az header logo
  • Bakı 20°C
11 Aprel 2014 19:58
9286
MƏMLƏKƏT
A- A+

Bu mətbuat orqanları Qarabağdan daha çox yazıb

Mətbuat Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan materialların monitorinqini aparıb. Martın ayının yekunlarına əsasən, monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunub. Yazılardan 840-nın (80,2%) online mediada, 208-nin (19,8 %) isə mətbuatda yer aldığı müəyyənləşdirilib. 

Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən "Üç nöqtə” qəzeti olub. Online mediada isə ilk üçlükdə APA, AzərTAc və Musavat.com saytları yer alıb.

Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşılmasına da diqqət yetirililib. Məlum olub ki, materialların 37 faizi atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımının tanınması və Xocalı soyqırımı ilə bağlı tədbirlərin işıqlandırılmasıdır. Mətbuatda getmiş məqalələrin 20 faizi məhz bu mövzudadır. Üçüncü nəzərəçarpacaq meyl isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstində çəkilməsidir (13,0 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzulara isə 18,0 faiz yer verilib.