adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

BU LAP Ağ OLDU

OQTAY SALAMOV
24657 | 2012-03-08 08:55
Müsəlmanların bütün problemləri düzəlib, indi də futbol oynayan müsəlman qızlarının hicabda oynaması məsələsini beynəlxalq təşkilatlar öz aralarında yazışma yolu ilə həll edirlər.
   
   BMT FİFA-ya tövsiyyə verib ki, müsəlman qızlarının yarışmalarda iştirakı zamanı onlara hicab geyinməyə icazə versin. Deyir BMT-nin idman məsələləri üzrə xüsusi məşvərətçisi Uilfred FİFA-ın prezidentinə məktubunda yazır ki: "FİFA futbolla məşğul olmaq istəyənlərin hamısına şərait yaratmalıdır".
   
   Mənim heç xəbərim olmayıb, sən demə FİFA 2007-ci ildə müsəlman futbolçu qadınlara hicabda oynamağa qadağa qoyubmuş. Əvəzində müsəlman idmançılara xüsusi kepka qoymağa icazə vermişdilər. Amma idmançı qadınlar bu ideyanı dəstəkləməyiblər ki, bəs kepka boyunun arxasını tutmur.
   
   Məncə FİFA BMT boyda təşkilatın məktubuna etiraz etməz, amma görəsən müsəlmanlar hicabın altında kimin gizlənməsinə zəmanət verəcəklərmi? Kim yoxlamalıdır ki, hicabın altında siyahıda olan Fatmagülün əvəzinə Tükəzban olmayacaq. Hələ gördün hicab altından qadın yox, birbaşa kişi çıxdı. Nə bilim, yekə zırıltıdı...
   
   Hələ bu xaçpərəstlərin guya unudub harada gəldi "itirdikləri" əşyalar haqda söz düşəndə, adamın bu ingilislərə az qala yazığı gəlir.
   
   Britaniyanın Travelodge büdcə otelləri şəbəkəsi mehmanxanalarının tapıntı şöbələrində 2011-ci ildə qonaqlar tərəfindən yaddan çıxmış əşyaların adlarına baxın: Ferrari avtomibilinin açarları, Gembric hersoginyasının 100 maskası, itlər üçün dizayner paltarı olan çemodan, yandırılmış meyitin külünü saxlamaq üçün vazaşəkilli qab (kül ilə bircə), plyuş ayı və 18 aylıq uşaq...g
   
   Yaddan çıxmış əşyalar arasında ilk yerdə mobil telefonların və portotiv kompüterlərin doldurulması üçün qurğular durur. İkinci yerdə pijamalar və başqa əşyalar gəlir. Burada nəylə istəsən rastlaşmaq olarmış. Amma eksravaqant tapıntılar arasında elə şeylər sadalanılır ki, qalırsan mat-məəttəl. Məsələn, əhəng tutuquşu müqəvvası, evlənənlərin unudub oteldə yaddan çıxardıqları Vera Wangın kolleksiyasına məxsus toy paltarları... Deyir cütlük toydan qayıdandan sonra itkini aşkar edib və bu da onlar arasında ilk ailə davasına səbəb olubmuşg
   
   Unikal tapıntılar arasında sahibinin yadından çıxmış xomyak, 50 min funt-sterlnqlik (60 min avro) saat dəsti, foksçunun rekvizinləri ilə dolu qutu və s. Əşyalar da olub.
   
   Deyir ər-arvad toya tələstikləri üçün oteldə 18 aylıq uşağı yaddan çıxarıblar. Ər arvada, arvad da ərə arxayın olub uşağı yaddan çıxarıblar. Xoşbəxtlikdən "itki" tezliklə yada düşüb və valideynləri toyu yarımçıq qoyub geri qayıdıblar..
   
   Deyir, hər il Travelodge otellərində 13 milyon qonaq qəbul edilir. Otellərin personalları hər şeyi edirlər ki, itirlmiş əşyaları sahiblərinə qaytarsınlar. Əgər bir il müddətində itki sahibi müraciət etməzsə, əşyanı xərçəng xəstəliklərinin tədqiqatı ilə məşğül olan xeyiriyyə fondunun dükanı vasitəsi ilə əşyanı satırlar... Sizə oteldə yaddan çıxmış ingilis balası lazım deyil ki?..

TƏQVİM / ARXİV