adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Aprel 2014 11:02
20674
ŞOU-BİZNES
A- A+

Əməkdar artist Rəşad Məcidin sözlərinə mahnı bəstələdi

Əməkdar artist Tünzalə Ağayeva "Get” adlı yeni mahnı bəstələyib.

Adalet.az xəbər verir ki, müğənni Axşam.az saytına açıqlamasında mahnının sözlərinin yazıçı-publisist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə məxsus olduğunu bildirib:

"Uzun müddətdir Rəşad müəllimə söz vermişdim ki, onun şeirlərindən birinə mahnı bəstələyəcəm. Nəhayət, bəstəm hazırdır. Mahnı "Get” adlanır. Lirikadır və vokal tələb edir. Çoxdandır bu ağırlıqda, vokal mahiyyətli mahnı hazırlamamışdım. Hələlik bu bəstəyə görə tamaşaçıları intizarda saxlayacağam. Mahnı payızda təqdim olunacaq. Yaz-yay fəsillərində ritmik mahnılar təqdim etməyi düşünürəm”.

R.Məcid isə mahnı ilə bağlı bunları deyib:

"Tünzalə xanım beş ildir mənə söz verib. Nəhayət, bəstə hazırdır. Maraqlı alınacağına inanıram”.