adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Aprel 2014 17:40
7420
MƏMLƏKƏT
A- A+

AzTV-nın əməkdaşı dünyasını dəyişdi

Tanınmış şair-jurnalist Rəhman Babaxanlı dünyasını dəyişib.

Adalet.az-ın Qarabağ bürosunun xəbərinə görə, 30 ilə yaxındır, jurnalistikada fəaliyyət göstərən şair-jurnalist Rəhman Babaxanlı qaraciyər xəstəliyindən vəfat edib.

O, uzun illər "Azərbaycan” radiosunda redaktor, AzTV-də "Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.

R. Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub.

O bu gün Ağdam rayonunun Üçoğlan kəndində Eşqabdal qəbiristanlığında dəfn olunub.