adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Aprel 2014 10:23
10185
GÜNDƏM
A- A+

Gülən Türkiyəyə qayıdacaq? - Rəsmi açıqlama

ABŞ-ın Türkiyədəki səfiri Francis J. Ricciardone Gülən camaatının lideri Fətullah Gülənin Türkiyəyə qaytarılacağı xəbərləri ilə bağlı açıqlama verib.

Adalet.az xəbər verir ki,  Ankaradakı səfir Francis J. Ricciardone ABŞ- ı özü üçün iqamətgah seçən hər bir türk vətəndaşının hüquqlarına müdaxilə etməyəcəklərini söyləyib. Onun sözlərinə görə, ABŞ məsələ ilə əlaqədar olaraq Türkiyə hökumətinin bütün qərarlarına hörmətlə yanaşır və onların daxili işlərinə müdaxilə edə bilməz: "Bu məsələni Türkiyə hökuməti gündəmə gətirdi. Qanuni formada edilən bütün müraciətlərə ciddi şəkildə cavab verəcəyik”.

Ankaradakı ABŞ səfiri Francis J. Ricciardone ölkəsi ilə Fətullah Gülən arasında olan münasibətlərə də aydınlıq gətirib.

O, qeyd edib ki, ABŞ-ın Fətullah Gülənlə heç bir münasibəti yoxdur: "Bizim dövlətlərlə yalnız rəsmi əlaqələrimiz var ”, - deyə səfir sözlərinə əlavə edib.