ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
26986 | 2009-04-15 00:24
CAMAL PAŞA KİMDİR
   
   BİR OSMANLI PAŞASININ EHTİŞAM VƏ SƏFALƏTİ
   
   
   
   6 may 1872-ci ildə Midillidə doğulan Camal Paşa 1893-cü ildə Harbiyədən məzun oldu. 1898-ci ildə Selanikdə xidmətdə olarkən "İttihad və Tərəqqi Cəmiyəti"nə qatıldı və Cəmiyyətin əsgəri qanadını yaratdı.
   
   Rumeli Dəmiryolları Müfəttişiykən də "İttihad və Tərəqqi"nin Rumelidə təşkilatlanmasını təşkil etdi.
   
   1907-ci ildə 3-cü Ordu Minbaşı Fəthi Okyar və Kolağası Mustafa Kamal ilə birlikdə çalışdı.
   
   Babıali Basqını (23 yanvar 1913) olaraq bilinən hökumət çevrilişinin ardından iqtidarı İttihadçılar ələ keçirincə, İstanbul Qorumalığına gətirildi. Fransızpərəstdi, amma Birinci Dünya Savaşı öncəsində fransızların köməyini ala bilmədi. Bunun üzərinə alman meylli Ənvər və Tələt Paşalarla birlikdə 2 avqust 1914-cü ildə olan Osmanlı-Alman İttifaqını dəstəklədi. 2-ci Dünya Savaşında Bahriyə Nazirliyinə seçildi. 1908-1918-ci illər arasında Ənvər və Tələt Paşa ilə birlikdə "İttihad və Tərəqqi"nin ən önəmli üç paşasından biri olaraq məşhurlaşdı.
   
   Birinci Dünya Savaşı məğlubiyyətindən sonra 1-2 noyabr 1918-ci ildə "İttihad və Tərəqqi"nin lider kadrosuyla birlikdə mühacirliyi seçdi. Öncə Berlin, daha sonra da Münix və İsveçrəyə getdi və burada da "İttihad və Tərəqqi" üçün çalışdı. Osmanlıda yaşayan ərəblərin üsyanına səbəb olduğu üçün Divan-i Harb-i Örfi (Fövqəladə Hallar Məhkəməsi) tərəfindən qiyabi edama məhkum edildi. İsveçrədən Rusiyaya keçdi, əfqan ordusunu modernləşdirmək üçün Əfqanıstanda oldu. Bolşeviklərin siyasi görüşlərində meydana gələn ayrı-seçkiliklər Camal Paşanın da işini çətinləşdirdi, o da Tiflisə yerləşdi. Burada əsgəri xidmətini davam etdirməklə 21 iyun 1922-ci ildə Karakin Lalayan və Serqo Vartanyan adlı iki erməni alçağı tərəfindən öldürüldü. Ancaq bu sui-qəsdin Stalinin əmriylə, o sırada Gürcüstan ÇK-sının başında olan Lavrenti Beriya tərəfindən hazırlandığına dair iddialar mövcuddur. Cənazəsi Doğu Cəbhəsi Komandiri Kazım Karabəkir tərəfindən Ərzuruma gətirilərək Qarsqapı Şəhidliyinə dəfn edildi.
   
   Səfa Kaplandan uyğulama
   
   Türk Tarix Qurumunun keçmiş Erməni Masası Başqanı Prof. Hikmət Özdəmirin, "CƏMAL PAŞA VƏ ERMƏNİ GÖÇMƏNLƏR, 4-CÜ ORDUNUN İNSANİ YARDIMLARI" adlı kitabı çapdan çıxmışdır.
   
   Kitabda, İttihat və Tərəqqinin üç liderindən biri olan Cəmal Paşanın, Suriyaya üz tutan Erməni göçmənlərə elədiyi yardımlar, Erməni uşaqları üçün qurulan yetimxanalardan danışılır.Professor Özdəmirin Başbakanlıq Osmanlı Arxivlərindən axtarıb tapdığı yeni bir teleqrafda isə Erməni məktəbləri açılması bir yana, bu hadisədən 33 gün sonra Ermənilərin Ermənicə biri-biriylə əlaqə saxlaması belə qadağan olunduğu istənilir.
   
   
   
   ***
   
   
   
   İttihad və Tərəqqinin məhşur üç yaradıcısından Ənvər və Tələt Paşalar üçün bir xeyli araşdırma olundu, kitab yazıldı, 1915-ci il Erməni hadisəsindəki rolları və çalışmaları mübahisə olundu.Amma o var ki,Bahriyə Nazırı (Dəniz Ordusu Naziri) və 4-cü Ordu Komandiri Cəmal Paşanın, sürgün bölgəsi olan Suriyada xidmətdə olan 4-cü Ordunun imkanlarını Ermənilər üçün necə istifadə olunduğu bir o qədər də araşdırılmamışdır.Cəmal Paşanın o tarixdə tutduğu mövqenin həm "soyqırım," həm də "soyqırım olmadı" mübahisəsini müdafiə edənləri rahatsız edəcək təsiri olmuşdur.İstanbuldan gələn əmrlərə baxmayaraq Suriyada pərişan vəziyyətdə olan erməni qadın və uşaqları üçün çırpınan Cəmal Paşanın, daha sonra erməni quludur dəstəsi tərəfindən öldürülməsi isə tragediyanın bir başqa boyutudur.Həqiqətən bu ölümdə şübhəli yanlar da mövcuddur.Amma Cəmal Paşanın ölümünün Suriyada həyatlarını xilas etdiyi erməniləri son dərəcə üzdüyü bilinən bir hadisədir.
   
   
   
   YAZAR HALİDƏ
   
   EDİPİN ŞAHİDLİYİ
   
   
   
   Bəli, Türk Tarix Qurumu əski Erməni Masası Başqanı olan və Erməni Təhciri ilə bağlı bir çox çalışması bilinən professor Hikmət Özdəmirin yazdığı, "Cəmal Paşa və Erməni Göçmənlər, 4-cü Ordunun İnsani Yardımları" adlı kitab, bu boşluğu doldurmağa namizəd görünür. "Rəmzi" nəşriyyatı tərəfindən çapdan çıxan kitab, erməni məsələsinə baxışımızda bir çox dəyişiliklər yaradacaq dərəcədə diqqəti çəkməkdədir.Xüsusiylə "İttihad və Tərəqqi" hökümətinin erməni siyasətini ən sərt tənqid edən tanınmış erməni musiqiçisi Komitas Vardabeti qurtaran Halidə Edipin də Cəmal Paşanın yanında olması, anladılanların mahiyyətini artırır. Professor Özdəmir Halidə Edipin şahidi olduğu vaqiələri belə yazır:
   
   "1915-ci il erməni çaxnaşması üzündən bir qism ermənilərin yerlərinin dəyişdirilməsi qərarının alınması qarşısında "İttihad və Tərəqqi" Hökümətini ən sərt tənqid edənlərdən Halidə Edip Adıvarın söylədikləri, Cəmal Paşa haqqında görüş və dəyərləndirmələrə həqiqi qiymət verilməsi baxımından ən gözəl bir sənəddir.Cəmal Paşanın Suriyadkı erməni göçmənlərin işlərində yardımçı olması üçün dəvət etdiyi Halidə Edip Adıvar, Falih Rıfkı Atayın sözləriylə; "Erməni politikasını tənqid edən bir neçə adamı ətrafında birləşdirmişdi."
   
   
   
   XIZIR KİMİ YETİŞDİ
   
   
   
   Halidə Edip Adıvar, Cəmal Paşanın, erməni məsələsində Osmanlı dövlət adamına layiqli bir davranışda olduğunu yazmışdır: "Hətda Suriyada ermənilərin etirazlarına səbəb ola biləcək bir vəziyyət üçün öz silahdaşını edam etdirmişdi.Cəmal Paşanın ən böyük məşğul olduğu iş, Türk ordusu da daxil ərəblərin ermənilərə münasibəti məsələsi idi. Ordu böyük bir alicənablıq göstərərək, yardım təşkilatlarına öz ərzaqlarından paylar ayıraraq əllərindən gələnləri əsirgəməmişdir.Məişət planında hər zaman ermənilərin yardımçısı olmuşdur".
   
   Halidə Edip Adıvara görə,Cəmal Paşa və İzmir Valisi Rahmi Bəy, İttihadçılar arasında ermənilər tərəfindən ən çox hörmət edilən şəxsiyyətlər olmuşlar.O qədər ki, Cəmal Paşa, Suriyadakı ermənilərə qarşı pis niyyətdə olan və gizli planlar hazırlayan iki İttihadçını da edam etdirmişdi.
   
   Yenə Halidə Edip Adıvarın yazdıqlarına görə "Cəmal Paşa, erməni qadınları və uşaqları üçün böyük bir insani yardım tədbiri başlatmışdı. Erməni qadınları; Paşanın onların köməyinə Xızır kimi yətişdiyini söyləmiş və boyunlarında onun rəsmlərini gəzdirirmişlər".
   
   
   
   ADLAR NEYÇİN
   
   DƏYİŞDİRİLİB
   
   
   
   Professor Özdəmirin bildirdiyinə görə, insani yardım üçün bölgəyə gönüllü olaraq gələn Halidə Edip, Cəmal Paşanın, erməni yetimlərinin asayişini qorumaq üçün onları Müsəlman yetimxanalarına yerləşdirdiyini, buna əngəl olan çətinlikləri adlamaq üçün bu uşaqlara Türk və Müslüman adları verdiyini söyləyəcəkdir. İllər sonra, "Yetimxana barədə mərhum Cəmal Paşa ilə aramızda çətin münaqişələr oldu"- deyəcək Halidə Edip, buna etiraz edəcək və ardından da bunları söyləyəcək:
   
   "Mən, erməni çocuklarının Türk vəya Müsəlman ismi almalarına etiraz etdim. Bunun səbəbini Cəmal Paşa belə izah etdi: Şamda ermənilər tərəfindən havadarlıq edilən Cəmal Paşanın adamlarının yardım etdiyi bir sıra yetimxanalar vardı. Oralara yalnız erməni uşaqlarını alırdılır. Həmin yerlərin tamamilə dolu olduğu ortaya çıxdığında və yeni bir yetimxana açmaq üçün də maddi imkan olmadığından bu məcburiyyət idi. "Ayin Tura" yetimxanası isə sadəcə Müsəlman uşaqları üçün idi, ancaq orda yerlər vardı. Erməni yetimxanasının qəbul etmədiyi kimsəsiz, avara erməni uşaqlarını "Ayin Tura"ya qəbul edərkən, onlara Türk vəya Müsəlman adı verməkdən savayı yol qalmamışdı.Əslində burada qorxacacaq bir şey də yoxdu və hətda həmin yetimxanalarda din dərsi də verilmirdi. Yəni, erməni uşaqlarını zorla Müsəlman etmək kimi bir niyyət qarşıya qoyulmamışdı".
   
   İşin o biri üzündə isə İstanbul hökümətinin 27 may 1915-ci ildəki Köçürülmə Qərarnaməsindən sadəcə 33 gün sonra ermənilərin köçürüldüyü Suriya, Hələb və Musul valilikləri ilə Urfa və Zor bölmələrinə göndərdiyi bir teleqraf saxlanılır.Prof. Özdəmirin Başbakanlıq Arxivində olan və bildiyimiz qədəriylə ilk dəfə yayımlanan bu teleqraf son dərəcə önəmli ayrıntılara malikdir. Çünki 1 iyun 1915-ci il tarixli bir şifrə ilə göndərilən bu teleqraf ilə ermənilər haqqında daha öncə əməl edilməsi əmrədilən qərarlara yeni maddələr əlavə olunmuşdur.
   
   
   
   BAŞ KOMANDANLI

TƏQVİM / ARXİV