adalet.az header logo
  • Bakı 21°C

ORALARDA KiMLƏR VAR: SELiM iLERi

TOFİQ ABDİN
14899 | 2009-04-01 01:18
SELİM İLERİ KİMDİR
   
   30 iyun 1949-cu ildə İstanbulda doğuldu. 1968-ci ildə Atatürk Lisesini bitirdi. Bir müddət İstanbul Universiteti Hüquq Fakültəsində oxudu. Təhsilini yarımçıq buraxıb həyatını yazıya həsr etdi. İlk yazısı 1967-ci ildə "Yeni Üfüqlər" dərgisində çap olundu. "Papirus", "Yeni Ədəbiyyat", "Yeni Dərgi", "Türk Dili", "Türkiyə Dəftəri", "Milliyyət Sanat", "Göstəri" kimi dərgilərdə çap olunan yazılarıyla məşhurlaşdı. 1979-cu ildə "Dünya" qəzetinin sənət səhifəsini apardı. 1968-ci ildə yayınlanan ilk hekayə kitabı "Cüməertəsi Yalnızlığı"nda sərhədini aşmayan münasibətlər içində yaşamağa məcbur olan insanların həyatlarını anlatdı. "Bastırma Yazı" və "Bir Dənizin sahillərində " hekayə kitablarında sıxıntılı gənclərin heyranlıqlarını, sıxıntılı münasibətlərini, orta təbəqədəki insanların acılarını, yalnızlıqlarını, bir çıxış axtarmaq yollarını qələm aldı. 1973-cü ildən sonra romana yönəldi. "Hər Gecə Bodrum" romanıyla böyük bir sevgiyə imza atdı. Üç məsələyə toxunduğu bu romanda cəmiyyətin başını itirdiyi bir zamanda özlərini tapa bilməyənlərin axtarışları və ümidsizlikləri yer aldı. Roman və hekayələrdən başqa ssenarilər, tənqidi yazılar və ədəbiyyatla bağlı incələmələr müəllifidir.
   
   HEKAYƏLƏRİ:
   
   
   
   Cüməertəsi Yalnızlığı (1968)
   
   Bastırma Yazı (1971)
   
   Dostluqların Son Günü (1975)
   
   Bir Dənizin sahillərində (1980)
   
   Köhnə Dəftərdə Solmuş Çiçəklər (1982)
   
   Son Yaz Axşamı (1983)
   
   
   
   ROMANLARI:
   
   
   
   Dastan Könüllər (1973)
   
   Hər Gecə Bodrum (1976)
   
   Ölüm Münasibətləri (1979)
   
   Cəhənnəm Kraliçası (1980)
   
   Bir Axşam Alacası (1980)
   
   Yaşarkən və Ölərkən (1981)
   
   Ölüncəyə Qədər Səninəm (1983)
   
   Yalançı Şəfəq (1984)
   
   Xəyal və İztirab (1986)
   
   
   
   TƏNQİDİ-PUBLİSİSTİKA:
   
   
   
   Çağdaşlıq məsuliyyəti (1978)
   
   Eşq-i Memnun, ya da
   
   Uzun Bir Qışın Qara Günləri (1981)
   
   Düşüncə və Hissiyyat (1982)
   
   
   
   XATİRƏLƏR:
   
   
   
   Anam üçün (1983)
   
   Xatırlayıram (1984)
   
   Səni Çox Gözləyirəm (1986)
   
   
   
   ŞEİR KİTABI:
   
   
   
   Ay İşığı (1986)
   
   
   
   SSENARİ:
   
   
   
   Qırıq Bir Eşq Hekayəsi (1982)
   
   
   
   MÜKAFATLARI:
   
   
   
   1976. Sait Faik Hekayə mükafatı
   
    (Dostluqların Son Günü əsərinə görə)
   
   1977. Türk Dil Qurumu Roman mükafatı
   
   (Hər Gecə Bodrum əsərinə görə)
   
   1982. Ən yaxşı ssenari mükafatı
   
   (Qırıq Bir Eşq Hekayəsi ssenarisinə görə)
   
   "BU YENİ İSTANBULU ÖLÜB BİR
   
   DAHA GÖRMƏYİM?"
   
   
   
   Miraç Zeynəb
   
   Özkartaldan uyğulama
   
   
   
   Səlim İlerinin İstanbul haqqında yazdığı ALTINCI KİTABI çapdan çıxıb.Yazdığı bütün kitablarda əski İstanbulu anladan İleri ilə dəyişiklik olsun deyə yeni İstanbulu gəzdik. Dörd səmt vardı planımızda: İSTİNYEPARK, KİÇİK ARMUDLU, AVTOŞOV VƏ İTSA JOKE...
   
   ***
   
   Çağdaş Türk ədəbiyyatının qələmi ən bərəkətli yazarlarından Səlim İlerinin yeni kitabı "İSTANBULUN TRAMVAYLARI DAN DAN!.." oxuculara təqdim olundu. Bu, İlerinin İstanbul haqqında yazdığı altıncı kitabı... Boğaziçini, Bəyoğlunu, Adaları hər zamankı kimi keçmişə uzanaraq, zaman-zaman oxuduqlarını, zaman-zaman dinlədiklərini qələm alaraq anladır. Kitabda ŞEVKƏT DA

TƏQVİM / ARXİV