adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Tanıdığım Muğanna

ORXAN ARAS
240990 | 2014-04-03 14:43

-Həqiqət cümlə aləmdədir-

(Məhşər)

OrxanAras

Bu il öncə TofiqAbdini, sonra da Muğannanı itirdik. 2014 ili Azərbaycan ədəbiyyatı üçün hüzünili oldu. Tanışlar, dostlar birər payız yarpaqları kimi tökülməkdə və ətrafsəssizləşməkdə...Şair Cahit Sıtkının dediyi kimi: "Gördüm yapraklarımın bir-birdöküldüğünü...”

İllər öncə ustadİsa Muğannanın kiçik bir hekayəsini oxumuşdum. Hekayədə Bakıya olduqca uzaqdaolan bir kənddən bəhs edirdi. Hekayənin ismini belə xatırlamıram. Ammahekayədəki insanlar, sosial münasibətləri, bir-birləriylə danışarkən insanısarıb sarmalayan dialoqlar hələ də hafizəmdə capcanlı durmaqdadır. O hekayənioxuduğumda "bax, ədəbiyyatın gücü budur” demişdim öz-özümə...

Sonra aradanillər keçdi və onunla qohum olduq. Ailəsiylə birlikdə ən xoşbəxt günümə təşrifetdilər. Yaşlı və xəstə olmasına rəğmən məclisin sonuna qədər sağlıqlı bir gəncinsan kimi nəşəsini itirmədən, oturduğu yerdən o uşaq təbiətli saf və şirinbaxışlarıyla hər kəsə gülümsədi. Sonra da kamera və mikrafon ona uzadıldıqdaheç gözləmədiyim bir coşqu və diriliklə on dəqiqəyə qədər danışdı.Türkiyə iləAzərbaycanın necə bir-birinə yaxın olduğundan və illərin birikmiş həsrətininindi ağır-ağır da olsa necə qovuşmalarla sona gəlməyə başladığını bir ədəbiyyatustadına yaraşan şəkildə söylədi. Hər kəs can qulağıyla onun o müdrik sözlərinidinləyir və bal kimi dilindən axan kəlmələri heç qaçırmadan ağlında tutmağaçalışırdı.Yerimdən qalxıb yanına getdim və kiçik, yumşaq əllərindən öpdüm.

O gündən sonraAlmaniyadan hər bayramda ona zəng edir, hal-xətrini soruşurdum. Çox məmnunolur, sevinir, o da məndən yeni bir şeylər yazıb yazmadığımı soruşurdu. Ən sonnovruz bayramında zəng etmişdim, amma rahatsız olduğu üçün danışammamışdım.

Azərbaycana dagetdiyimdə mutləq evinə gedir, qısa da olsa onunla söhbət edərək, onun təcrübələrindən , tövsiyələrindənyararlanmağa çalışırdım.

Onun haqqında"Muğanna” isimli bir məqalə yazmışdım. O məqalə Azərbaycanda, Türkiyədə çeşidlidərgi və qəzetlərdə yayınlandıqdan sonra mənim son çıxan "KaşğardanBerlinə Portretlər və Kitablar” isimlikitabımda da yayınlanmışdı. Məqaləni oxumuş və çox sevinmişdi. O incə və ruhuoxşayan səsi hələ qulaqlarımdadır:”Yaxşı yazıbsan!” Bu qısacıq söz və ardındangözlərinə qədər yayılan gülümsəmə mənim üçün ən böyük mükafat olmuşdu.

Biz millət olaraqdəyərli insanlarımızı nə yazıq ki, yaşarkən o qədər də önəmsəmir və yetərlidəyəri vermirik.Onun yaşadığı Hüsü Hacıyev küçəsindəki beşinci mərtəbədə olankiçik dairəsindəki yalnızlığı və gözlərini pəncərədən Bakının üfüqlərinə dikişihər zaman gözlərimin önündədir. Son dönəmlər gözləri də heç yaxşı görmürdu.Amma hələ yazma həvəsi və coşqusu içində vardı. Hər maraqlandığımda: "ağlımdayazacaq çox hekayə var, amma kim qiymət verir ki!”- deyirdi. Bu sözlərAzərbaycan kimi bir ölkənin yetiştirdiyi belə böyük bir ədəbiyyatçı üçün çox acıydı.İsa Muğanna kimi bir yazıçı Avropada olsaydı baş tacı edilirdi. Onun "Məhşər”isimli romanından başqa heç bir əsəri Türkiyədə belə yayınlanmamışdı. Dahaədəbiyyata yeni başlayanların belə əsərləri, rəsmləri, isimləri dostluq vəxətir adına Türkiyədə dərgilərdə yayınlanarkən İsa Muğanna unudulmuş və yaməxsus unutdurlmuşdu. Amma ədəbiyyattarixi elədir ki, siz nə qədər təbliğat edirsiniz edin, gələcəyə ancaq gerçək dəyərlərqala bilər. Bu nədənlə İsa Muğanna da Azərbaycan ədəbiyyatının ənböyüklərindən biri olaraq ədəbiyyat tarixində yerini alacaqdır.

Gəncədəbiyyatçıların ondan öyrənəcəkləri çox şey vardır. Üslub, təmiz bir dil,insanı yormayan dialoqlar, dilin içində xəzinə olaraq qalmış deyimlər, atasözləri İsa Muğannanın gənc ədəbiyyatçılara qoyduğu ən gözəl mirasdır. Onunəsərlərinin heç birində oxuyucu yorulmur, bu söz burada artıqdır demir,deyəmmir. Çünki o yazarkən həyatı olduğu kimi alıb heç sünilik qatmadanoxuyucunun gözləri önünə gətirir. Onun əsərlərindəki insanlar uydurulmuş,ideoloji və təbliğata qurban edilmiş insanlar deyildirlər. Onlar ətrafımızda,kəndimizdə, yanımızda duran insanlardır. Onların öz aralarındakı söhbətləri,acıları, həsrətləri Muğannanın usta qələmində daha da rənglənərək və canlanaraqoxuyucuya çatır. Bunları ancaq və ancaq çox usta bir yazıçı bacara bilər və İsaMuğanna da bunu bacarmışdır.

Onun "Tütək Səsi”isimli hekayəsi nə qədər təsirli və canlıdır. İkinci Dünya Savaşından tam 69 ilkeçməsinə və bizim nəslin o savaşdan heç xəbəri olmamasına rəğmən, nə zaman ohekayəni oxusaq və ya filmini izləsək, o kənddəki insanlar sanki indi yanımızdayaşayırlar kimi bir hissə qapılırıq. Tapdıq və Cümrü qardaşlarınının namus vəhəsrət duyğuları, onların bu duyğularla dəli kimi vurnuxmaları, dünyayaküsmələri, ruhlarındakı bütün üsyan və kədəri bir qamışın çıxardığı səsəyükləmələri hansı türkün ürəyində yara açmaz ki? Hansı türk bu iki gəncinduyğularından uzaq qala bilər və: "Mən başqa şəkildə davranırdım!” deyə bilərki? Və oğul yolu gözləyən, həsrətindən saqqalları tirtir titrəyən, sazını biroğul kimi bağrına basan və sanki Dədə Qorqudcasına "Ruhani” havasını minlərcəil ötəsindən gəlmiş kimi bütün mənliyimizə köçürən o ataya nə deməli? Hansıqələm ustası bir atanı bu qədər ustaca təsvir və tərif etmişdir?

İsa Muğannasadəcə bir ədəbiyyatçı deyildi. O, Azərbaycan üçün adəta bir canlıtarixdi...Onunla söhbət edərkən İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, QasımQasımzadə kimi önəmli yazıçı və şairlər əsərləriylə birlikdə gəlib gözləriminönündə dururdular.İllərcə onunla qonşuluqda yaşaya bu önəmli ədəbiyyatçılarınəsərləri daha yayınlanmadan İsa Muğannaya oxunmuş, onunla müzakirə olunmuşdu.O, son əlli illik Azərbaycan ədəbiyyatının canlı şahidiydi və hafizəsindəyüzlərcə xatirə, hekayə vardı. Kaş ki, biriləri onları o, daha yaşarkən yazıbədəbiyyat dünyasına qazandırsaydı. Amma bizdə iyirmi birinci yüzildə beləaraşdırma ruhu daha yetərincə oyanmamışdır.

İsa Muğanna çoxsadə, utanqac və geniş ürəkli bir insandı. Onun usta qələmindən xəbəri olmayanbir insan onu uşaqlaşmış bir ixtiyar olaraq görə bilərdi.Onun uşaq təbiətliruhu onu ziyarət edən hər kəsə sirayət edərdi. Danışarkən həmişəgülümsəyərdi.Gözləri həm sizə, həm də ötələrə baxardı. Onun gözlərində "İdeal”romanının bitməzliyini də görmək mümkündü. O, "İdeal” romanını dəfələrcəyenidən yazmışdı. Bununla da ədəbiyyatda və sənətdə ölümsüzlüyün nə deməkolduğunu anlatmaq istəmişdi. Onun son dönəmlərində ziyarətinə gedən demək olarki, hər kəsə bəhs etdiyi "Saf Ağ elmi” bəlkə də bizim anlaya bilmədiyimiz o ölümsüzlük dünyasının bir şifrəsi kimiydi.Amma biz onu nə yetərincə anladıq, nə də dinlədik!

Keçən ilgetdiyimdə İstanbuldan danışmışdıq. O, 1960-cı illərdə bir dəfə İstanbulugörmüşdü. Görüş qısa və qorxulu bir dönəmdə baş versə də hafizəsində dərin biriz buraxmışdı. Hələ Sultan Əhməd Camisinin böyük qübbəsini, göylərə uzanmışminarələrini və oraya girərkən içini dolduran rahatlıq və xoşbəxtlikdən danışadanışa bitirəmmirdi. Aradan qırx ildən çox keçməsinə rəğmən bir şəhərinbelədərin bir şəkildə insanın ruhunda iz salması normal bir hadise olaraqgörüləmməzdi.Yaşlı, yorğun və xəstə olmasına rəğmən içində oraları yenidəngörmək arzusu vardı. "İnşallah İstanbula sizi mən götürərəm” dediyimdə də necəuşaq kimi sevinmiş və ümidlənmişdi! Onu təəssüf ki, İstanbula aparammadım. Ammaölüm xəbərini gecə yarısı aldığımda onun ruhuna göndərdiyim Fatihə ve Yasinmutləq onun o uşaq təbiətli ruhunu almış Sultan Əhməd Camisinin üfüqündəgəzdirmişdir. O, indi ruhlar aləmində eynilə qəhrəmanı Nəsimi kimi "Məndə sığariki cahan, mən bu cahana sığmazam!’ deməkdədir.

Rahat yat,ağstafalı Muğanna!

Ruhun şad olsun,əziz əmim!

TƏQVİM / ARXİV