adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
15179 | 2009-03-11 00:16
Su Yandı
   
   
   
   Rıdvan Memi ənənəvi türk şeirinin yaddaşlarda qalmış, amma həmişə var olan incə lirizmi ilə seçilən, şeiri təmizə çəkən bir şair; Şərqin xususi və məhrəm tarixinə "bir dərkənar" düşə bilmək üçün, o köhnə dəftərlərin nə yazdığını, şübhəsiz, yaxşı bilmək lazımdır...
   
   "Biz şərqin yaralı çocukları... Onlar həmişə əsmər və aşiqdirlər; söz onlara daha tez toxunur.Eşqin yanlış yanlarından və yanlış gedişlərindən tez peşiman olarlar.Onlar Bizik".- deyir Rıdvan Memi öz yeni kitabında.O "Əski Şeirin Rüzgarı"yla yepyeni bir Söz dadı gətirir. Sadəcə əski şeirin rüzgarıylamı? - Xeyir.! Həm də ələkdən keçirilmiş yetkin bir Söz dadı... gətirir.
   
   HİLMİ YAVUZdan
   
   uyğulama
   
   
   
   HEÇDƏ HƏR ŞEYİ
   
   AXTARIRAM
   
   
   
   Lirik və zərif şeirləriylə tanıdığımız şair Rıdvan Memi, üç illik bir aradan sonra yeni şeir kitabı "Heç"i oxuculara təqdim etdi.( "Om" nəşrlər evi). İlk baxışda, baş döndürücü bir fəlsəfi düşüncəyə işarət edən kitabın adı, bu sualı ağıla gətirir: Şeir və fəlsəfənin kəsişmə nöqtəsində bir termin mübahisəsimi, yoxsa bu həyəcan verici sözcüyün yalnızca şeirsəl bir atribut olaraq -əyər bu mümkünsə- istifadə edilişimi? Əslində Rıdvan Meminin elədiyini, bu iki yorumdan da ayrı dəyərləndirmək olar.Çünki kitab, "heçlik" məvhumuyla bərabər ilk ağla gələn nihilizmin bir tənqidi olmadığı kimi, onu bir tərənnüm də deyil.
   
   Şair, bir baxıma, şeirinin texnik sahədə gerçəkləşdirdiyi "borc ödəmə"yi, düşüncə olaraq da ifadə edir.Rıdvan Meminin şeiri, ənənəylə necə bir mübhəmlik yaradırsa, Doğunun bütün düşüncə və hikmət ənənəsi göz önünə alındığında, bu heyranlıq hikmət dünyasıyla da arasında olan bir bağlılıqdan da danışıla bilər.Öncəliklə nihilizm kimi Batıdan gəlmə bir məvhumu ağıla gətirməsini ortaya qoyan "heçlik", Rıdvan Meminin şeirində anlamsızlığa deyil, bu məvhumun, var olanın o tərəfinə keçmədə oynadığı rola xəbərdarlıq edir.Bir anlamda boşluğun dibsiz uçurumuna yuvarlanmaqda olan bu sözcük, bir yaradıcı heyranlığı ilə bir arada düşünüldüyündə, öz varlığından "keçmə"dən başqa bir şey deyil. Şübhəsiz , "Heç"i yalnızca ətrafında döndüyü məvşuhui bağlantısında dəyərləndirməmək lazımdır.Şair, bu kitabında da ilk kitabındaki zərif yazı tərzini daha da inkişaf etdirir.Yandırıcı bir yanaşma və hüzün: Biraz Sezai Karakoç, biraz Necatigil...
   
   -Adına -və qapağına- baxılırsa, bizi dərin bir boşluğa və ümidsizliyə çağırmasını umduğumuz kitab, yalnızca hüzün verir; ümidi də içinə alan gözəl bir hüzün. Nə də olsa siyah, qaranlığın rəngi olduğu kimi mütləq işığın da rəngidir!Yanılmıramı?
   
   -Qətiyyən yanılmırsan, çünki, kitabdakı şeirlərin bütününə baxanda verdiyiniz dəyər çox yerində bir dəyər HEÇ, HEÇLİK, NİHİLİZM pəncərəsindən baxıldığında bir dərin boşluğun, hətda bir az dərinə varsaq anlamsızlığın da ifadəsi. Şübhəsiz ki, o pəncərədən baxıldığında hətda Heç ilə çata biləcəyəmiz bir mənzil var. Ancaq varolan bir yaradıcı təxəyyülü ilə qurulan bütün inanışlarda Heçlik; o yaradıcının -təbiri caizsə- hesabına öz varlığından keçmədən başqa bir şey deyil. Baxın o İslamda təsəvvüf əhlinin fənalaşıb çatdıqları mərhələ var ha, o varlığın sirrinə vaqif olma məqamıdır. Bax, o mərhələnin nişan daşıdır "Heç". Demək ki,bir ümidsizlik dənizi deyil, olsa-olsa ümid okeanı deyə adlandırılması daha uyğundur.Qapağa gəlincə, vallahi, o da bir yanaşma məsələsi.Siyah bir baxışa görə qaranlığın, digər bir baxışa görə isə mütləq işığın rəngidir!
   
   -Kitabdakı bölümlərin başlıqlarında insanın yaranma dünyasına da toxunulur.Bu anlamda şeirin içindən fəlsəfə düşüncələrin üzə vurduğunu düşünmək mümkünmü? Yoxsa şeirdə, yalnızca dil ünsürünə daha böyük üstünlük vermək məsələsi vacibdir?
   
   -Nəticən doğru.Dörd ünsür : HAVA, ATƏŞ, SU VƏ TOPRA

TƏQVİM / ARXİV