ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
14596 | 2009-03-04 00:45
SƏNİN ANAN BİR ŞEYTANDI, YAVRUM
   
   
   
   LİONEL ŞRİVER KİMDİR?
   
   
   
   15 YAŞINDA ÖZÜNƏ KİŞİ ADINI GÖTÜRDÜ
   
   
   
   Lionel Şriver İngiltərədə yaşayan Amerikalı bir yazar. "KEVİN HAQQINDA DANIŞMALIYIQ" adında bir kitab yazaraq ortalığı qarışdırmışdır neçə illər öncəsi. Çünki cocuğunu sevməyən bir ananın romanıydı bu. Romanı ABŞ və İngiltərədə bir çox nəşriyyatlar çap etməyi rədd etmişdilər. Amma kitab çap olundu və 2005-ci ildə "Orange" Ödülünü aldı. Bir müddət öncə roman türkcəyə çevrildi. Bu vəsiləylə yazarla bir sorğu aparılmışdır.
   
   Yazarın əsl adı Marqaret Ann Shriver. 1957-ci ildə Cənubu Karolinada çox dindar bir ailənin uşağı olaraq dünyaya gəlib. 15 yaşında adını Lionel olaraq dəyişdirdi, çünki hərəkətlərindəki kişi xüsusiyyətləri daha artıq olduğundan bu adı aldı. "Guardian" qəzetinə yazdığı bir yazıda anaların uşaqları üçün daima fədakarlıq eləməsini belə tənqid edirdi: "Uşaqlar məsum, kiçik qurbanlar deyildir. Mən 10 yaşındaykən atam anama doğum günündə bəzəkli bir şokolod qutusu hədiyyə etdi. Anam da biz uşaqlara - bir dənə götürə bilərsiniz, - dedi. Özü yumru, kremli şokoladları sevdiyi üçün, onlardan bizə vermədi. Amma mən ağladım, bağırdım, çağırdım, illah da ki, o şokoladlardan istədim. Bunun səbəbi də o şokoladları sevməyim deyildi, anam yeməsin deyə eləyirdim. Nəsə ki, anamla atam mənə imkan vermədi. Hələ də özümdən utanıram".
   
   - "UŞAQLARIN UŞAQ SAHİBİ OLMAMASI LAZIMDIR" - DEYİRSİNİZ. COCUQ SAHİBİ OLDU

TƏQVİM / ARXİV