ORALARDA KiMLƏR VAR:CON BERQER- 1

TOFİQ ABDİN
15175 | 2009-01-28 02:14
TÜRKİYƏ
   
   Dünyanın ən sözü keçən aydınlarından biri. Sənət araşdırıcısı, şair, rəssam, filosof, roman, hekayə və ssenari yazarı Berqerin ən çox tanınan kitabı isə sənət üstünə yazdığı və keçdiyimiz günlərdə çap etdirdiyi "GÖRMƏ BİÇİMLƏRİ".
   
   1926-cı ildə anadan olan yazarın "Anlatmanın Başqa Bir Biçimi" adlı son kitabı isə bu yaxınlarda Türkiyənin "Aqora" nəşriyyatı tərəfindən çap edilmişdir.
   
   İngiltərə doğumlu Berqer bir müddətdir Fransa Alpleri səmtində yaşayır. Sadəcə telefon vasitəsilə bir intervyü götürmək istədiyimizi söylədikdə həmən unudulmaz şairimiz Can Yüceldən danışmağa başladı. Yücelin şeirlərindən nə qədər təsirləndiyini anladarkən özümü bir türlü saxlaya bilmirəm və soruşuram: "Bu qədər sərbəst danışan bir tərcüməçi ingilis dilinə çevirdiklərində eyni təsiri saxlaya bilirmi?"
   
   Berqer sözcüklər qədər arxa planın da önəmli olduğunu söyləyir. Bunu doğru tapa bilən tərcüməçi müvəffəq ola bilir ona görə.
   
   Uzun bir izahatdan sonra əsl söhbətimizə, yəni yenicə çapdan çıxan kitabının üstünə gəlirik. Kitabın ingiliscə adı "Another Way of Telling"; Berqerin kult kitabı "Görmə Biçimləri"nin orijinalı da "Ways of Seeing" adını daşıyır. Bu "way" (yol) sözcüyünə ilişirəm. Əcəba, özü bu "yollar"da oxucuya yol göstərənlikmi eləyir, yoxsa onları yenidən kəşfmi edir?
   
   Bu sual qarşısında uzun-uzun düşünür. Zatən, çox fikirləşərək ağzından çıxan hər bir sözə böyük anlam verərək cavab söyləyən birisi bu adam. Sonunda danışmağa başlayır.
   
   
   
   SİZ MƏNDƏN YAXŞI İZAH EDİRSİNİZ
   
   
   
   "Fotoqrafçı Con Mohr ilə işlədiyimiz "Yeddinci Adam" kitabında həqiqətən yeni bir anlatma yolu icad etdik. Amma bu kitab eləmi, bilmirəm? Zatən, əminəm siz kitabı məndən daha yaxşı izah edirsiniz. Həmişə belə olur".
   
   
   
   BİR GÖRÜNTÜ
   
   OLARAQ TÜRKİYƏNİ NECƏ GÖRDÜYÜNÜ SORUŞURAM
   
   
   
   Verdiyi cavab çox qəribə: "Təbii ki, bunu bircə sözlə ifadə etmək çox çətindir. Türkiyə böyük bir ölkə. Türkiyə deyəndə ilk ağlıma Nazim Hikmətin və Bejan Maturun məndə yaratdığı görüntülər gəlir həmən. Çünki şeirlərin daşıdığı görüntülər fotoqraflardan daha çox təsirlidir.
   
   Türkiyə görüntüləri deyincə, yenə fotoqraflarla mətnin iç-içə olduğu bir başqa kitabı - Atilla Durakın "Ebru Projesi"ni xatırlayırıq. Bu kitaba yazdığı bir mətn var Berqerin. Kitabdakı fotoqraflardan bir nüsxəsinin bu an otağının divarından asıldığını söyləyir. O qədər təsirlənmiş ki, həmin şəkil üstündə işlədiyi kitabı bitirmək üçün ona ilham qaynağı olmuşdur. Kitab Aida adında bir qadının siyasi görüşlərinə görə məhkum olmuş ərinə yazıldığı məktublardan ibarətdir. Berqer həm eşq məktubları, həm də siyasi düşüncələri öz içinə alan əsərini bitirən kimi türk dilinə çevirəcəyini də sözlərinə əlavə edir.
   
   
   
   BERQERİN
   
   "GYERİNCA"SI
   
   
   
   Con Berqer 1965-ci ildə Pikasso haqqında "Pikassonun Başarısı və Başarısızlığı" adında bir incələmə qələmə alıb. Yazıldığı dönəmdə sayğısız olaraq qiymətləndirilən və çox tənqidi qarşılanan bu əsər bu gün Pikasso haqqındaki ən yaxşı incələmələrdən biri olaraq qəbul edilir. Celsea Sənət Akademiyası məzunu bir rəssam olan Berqer Pikassonun 1937-ci ildə Franko tərəfdarı alman təyyarələri tərəfindən bombalanan İspaniya şəhəri Gyernicanı rəsm etdiyi məşhur ünlü tablosundan ilhamlanaraq bu günün Gyernicası Beyrutu çəkmişdir 2006-cı ildə. Rəsmin adı "Gyernicadan sonra"...
   
   
   
   SEVGİYƏ MÜKAFAT ALINMAZ!
   
   
   
   Berqer Peter Boxallın redaktorluğunda çap edilən "Ölmədən Öncə Oxumanız vacib olan 1001 Kitab"da "Həyat Bir Karvansara" adlı romanıyla yer alan yazar Sevgi Özdamarın "Qalata Körpüsü" adlı kitabına bir ön söz yazmışdır. Nəşriyyat ona bir qonarar ayırmış və Berqer həmin qonorarı almaqdan imtina etmişdir. Bunun səbəbini belə açıqlamışdır: "Sevgiyə mükafat alınmaz!"
   
   
   
   ÖN SÖZDƏN BİR BÖLÜM:
   
   
   
   " (...) Kitabın sonuna doğru Sevgi Qalata Köprüsünü keçən analara qulaq asır.. "Heç bir şey danışmırdılar, amma mən onları eşidirdim. Bu kor dünyada məhşər gününü gördük" - deyirdilər onlar.
   
   Sevginin hekayələri anaların uşaqlarına anlatdıqlarının tam tərsi. Amma bir yandan da anaların yaşadıqları bir hekayət..."
   
   
   
   Miraç Zeynəb
   
   Özkartaldan uyğulama
   
   Yaxın bir keçmişə qədər gələcəyin Fələstin dövləti olacağı düşünülən, ancaq bu anda dünyanın ən böyük həbsxanası (Qəzza) və dünyanın ən böyük gözləmə salonu (Batı Şeria) olan yerdən döndükdən bir neçə gün sonra bir yuxu gördüm.
   
   Qum daşlarından yaranmış bir çölün ortasında belimə qədər çılpaq bir halda yalnız başıma dururam. Bir başqasının əli yerdən bir ovuc toz-torpaq alır və üstümə atır. Bu, lənətə gələsi bir davranış. Torpaq, üstümə çatmamış dəyişir və yırtıq parçalar xüsusilə də mahud parçalara çevrilir. Qumaş əl-qolumu bağlayır. Sonra bu yırtıq-deşik kətan parçaları kəlmələrə, cümlələrə çevrilir. Mənim tərəfimdən deyil, bu yer tərəfindən yazılmış kəlmələrə, cümlələrə...
   
   Bu röyanı xatırladığımda ağlıma yerli bir ifadə gəldi. Təkrar-təkrar. Bu kəlmə torpaq xaricində hər şeyin, amma hər şeyin silinib süpürüldüyü, oğurlandığı, darmadağın, dümdüz edildiği bir yerə və ya yerlərə bənzəyir.
   
   
   
   ***
   
   
   
   Ramallahın qərb tərəfində Al Rabvah adında kiçik bir təpə var. Tokio küçəsinin həmən sonunda. Şair Mahmud Dərviş bu təpədə basdırılmışdır. Amma burda bir məzarlıq yox.
   
   Küçənin adı Tokio, çünki şəhərin Kültür Mərkəzi bu küçənin üzərində və təpənin tam ayağında. Bu Kültür Mərkəzi Yaponiyanı xatırladan müxtəlif fonlarla inşa edilmişdir.
   
   Dərviş şeirlərinin bəzilərini son dəfə bu Mərkəzdə oxudu - kimsə bunun son dəfə olduğunu o zaman bilmirdi. Səssizlik anlarında SON kəlməsi nə anlama gəlir?
   
   Məzarı ziyarət etdik. Bir məzar daşı var. Qazılmış olan torpaq hələ yalın. Dərvişin arxasından yas tutanlar oraya kiçik buğda dəmətləri qoymuşlar. Eynən şeirlərindən birində söylədiyi kimi. Qırmızı qərənfillər, kağız parçaları və fotoşəkillər də var.
   
   Doğulduğu və bu gün anasının hələ yaşadığı yer olan Cəlilədə basdırılmaq istəmişdi Dərviş. Ancaq israillilər buna əngəl oldular.
   
   Cənazə üçün on minlərcə adam Al Rabvahda toplandı. Dərvişin 96 yaşındakı anası buraya toplaşan böyük bir insan selinə səsləndi: "O, HAMINIZIN O

TƏQVİM / ARXİV