ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
15884 | 2009-01-20 07:11
Fazil Hüsnü Dağlarcanın vəfatının ardından "YAŞAYAN ƏN BÖYÜK TÜRK ŞAİRİ" ünvanını kimin alacağı danışılmağa başlandı. Biz də yazar, şair, tənqidçilər və mədəniyyət, sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Oktyabr ayında itirdiyimiz Fazil Hüsnü Dağlarca, 1967-ci ildə Uluslararası Şeir Forumu tərəfindən "Yaşayan Ən Böyük Türk Şairi" seçilmişdi. Ədəbiyyat çevrələri Dağlarcanın vəfatının ardından bu adı kimin alacağını danışmağa başladılar. Biz də yazar, şair, tənqidçilər, mədəniyyət və sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Ədəbi camiəmizin 50 yaradıcısı bu sorğumuza cavab vermiş və onlar aşağıda adları keçən yaradıcıların adını çəkmişlər: Gültən Akın, Hilmi Yavuz, Arif Damar, İsmət Özəl, Kiçik İsgəndər, Sezai Karakoç, Murathan Munqan, Lalə Müldür, Ahmet Güntan və Birhan Kəskin. Bəziləri də bu adı alacaq şairin olmadığını demişlər. Bu adlar arasından da şair Gültən Akın çox böyük bir fərqlə "Yaşayan Ən Böyük Türk Şairi" adını qazanmış və ədəbi dərgilərin dekabr ayı nömrələrində üz qabığın birinci səhifəsinə çıxmışdır. 1956-cı ildə çap olunan ilk şeir kitabı "Rüzgar Saatı" ilə vicdanı, cavabdehliyi, duyarlığı və incəlikləriylə öz yaradıcılığına davam edən YAŞAYAN ƏN BÖYÜK ŞAİRİMİZ GÜLTƏN AKINI ürəkdən salamlayırıq.
   
   (əvvəli qəzetimizin 6-14 yanvar 2009-cu il tarixlərində)
   
   
   
   
   
   EPİK MİSRALAR
   
   
   
   "Qaralıb pas bağladılar/ Yenə bağlarlar/ Uzun qorxulu bir zamanı bizdən keçirənlər" misralarıyla başlayır "Ağılar və Türkülər" (1976) kitabının ilk şeiri "Qarğış Ağı".
   
   Bir qarğışı, yəni lənəti dilə gətirir şeir. Buna baxmayaraq, şeirin içinə aldığı duyğular arasında təsir edici daha bir an var. Ağı deyən adamın acısı, haqsızlığa qarşı nifrəti qədər dirənci və etirazı da var.
   
   Ağı və türkülərin ifadə etdikləri çağdaş bir deyimlə, səslə dilə gəlir; qazandığı çağdaş ifadəlilik və biçimlə bu günü, bu günün acılarını, ədalətsizliklərini dilə gətirir.
   
   "Ayvazın Ağısı" da vardır bu şeirlərdə, "Anası Çalışan Çocuğun Ağısı" da. "Ovçu Osman Türküsü" də , "baxışları və dostluqları uzaqda qalan yüksək evdə" yaşananların dərdi də ...
   
   1972-ci ildə çap olunan "Maraşın və Ökkəşin Dastanı" və 1979-cu ildə çıxan "Seyran Dastanı"yla Gültən Akın şeirinə epik ünsürlər əlavə olunur. "Maraşın və Ökkəşin Dastanı" Qurtuluş Savaşı sırasında Maraşın müdafiəsini təsvir edir. Dil qaynağı yenə xalqdır. Şəhərdə çəkilən sıxıntılar, yoxsulluq, yeni bir həyatın zorluqları ifadə olunur bu şeirlərdə.
   
   
   
   ŞAİRİ RAHATSIZ
   
   EDƏN ŞEİRLƏR
   
   
   
   1970-1980-ci illər arasındakı on il Türkiyənin ən sancılı vaxtları oldu. Davaların, sürgünlərin yerini cəza evləri, işgəncələr, zülmlər almışdı. Təbii ki, Gültən Akın və ailəsi də bu səkkiz ildə ortada yeyib qıraqda gəzənlərdən olmur. Akının oğlu səkkiz il cəza evində qalır. Yuxarıda da sözünü etdiyimiz "İlahilər" (1983) və "42 Günün Şeirləri" (1986) Gültən Akının bir ana və şair olaraq "ürəyində qıldan bir mişar gəzdirdiyi bu acı illərin məhsuludur.
   
   "Günlərlə, aylarla şeirdən qaçdım/ Gümüş tülküm mavi dələmdi qovaladı məni/ İşığı önümə düşdü parlaq bir əks-səda/ Toxundu oxşadı, ayağıma dorlaşdı, yolumu gözlədi"... "42 Günün Şeirləri"ndə verilən acılıq dolu şeirlərdən sonra işıq üzü görən "Sevda daimidir" (1991) kitabı bu misralarla başlayır. Şairi qovalayan misralarla...
   
   Akının şeirdən qaçmasının səbəbi şeir yazan oğlunun bir üsyanıdır. Oğlu cəza evindəykən yazdığı "mənəm deyən ozanlara qələm sındıracaq bir iddiayla" şeirlərinin çapına icazə vermir.
   
   Sonrasını belə anladır Gültən Akın: "Sevdiyi qıyamadı, onların ikisini tanınmış bir dərgidə çap etdirdi. Oğlum bir açıqlamayla rədd etdi o gözəl şeirləri. O biri yazıları da cırıb atdı... Onları oxumağa kimin haqqı vardı ki? Sevgisi, yaxşılığı evinin divarlarından çıxmayanlarmı? Heyvansevər, çiçəksevərlikləriylə fəxr edib balalarımız, bədənlərimiz işgəncələrdə, cəzaevlərində itib gedərkən tükləri tərpənməyənlərmi? Qorxunun vahiməsində gizlənib susanlarmı?"
   
   Gültən Akın da şeir çap etdirməkdən vaz geçir bir müddət. Ancaq "Sevda daimidir" şeirində şairə yaxınlığını, şair üçün vaz keçilməzliyini ifadə edən o misralarla qarşılayır oxucusunu.
   
   
   
   "DA

TƏQVİM / ARXİV