ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
14649 | 2009-01-14 00:39
Fazil Hüsnü Dağlarcanın vəfatının ardından "YAŞAYAN ƏN BÖYÜK TÜRK ŞAİRİ" ünvanını kimin alacağı danışılmağa başlandı. Biz də yazar, şair, tənqidçilər və mədəniyyət, sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Oktyabr ayında itirdiyimiz Fazil Hüsnü Dağlarca 1967-ci ildə Uluslararası Şeir Forumu tərəfindən "Yaşayan Ən Böyük Türk Şairi" seçilmişdi. Ədəbiyyat çevrələri Dağlarcanın vəfatının ardından bu adı kimin alacağını danışmağa başladılar. Biz də yazar, şair, tənqidçilər və mədəniyyət, sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Ədəbi camiəmizin 50 yaradıcısı bu sorğumuza cavab vermiş və onlar aşağıda adları keçən yaradıcıların adını çəkmişlər: Gültən Akın, Hilmi Yavuz, Arif Damar, İsmət Özəl, Kiçik İsgəndər, Sezai Karakoç, Murathan Munqan, Lalə Müldür, Ahmet Güntan və Birhan Kəskin. Bəziləri də bu adı alacaq şairin olmadığını demişlər. Bu adlar arasından da şair Gültən Akın çox böyük bir fərqlə "Yaşayan Ən Böyük Türk Şairi" adını qazanmış və ədəbi dərgilərin dekabr ayı nömrələrində üz qabığın birinci səhifəsinə çıxmışdır. 1956-cı ildə çap olunan ilk şeir kitabı "Rüzgar Saatı" ilə vicdanı, cavabdehliyi, duyarlığı və incəlikləriylə öz yaradıcılığına davam edən YAŞAYAN ƏN BÖYÜK ŞAİRİMİZ GÜLTƏN AKINI ürəkdən salamlayırıq.
   
   (əvvəli qəzetimizin 6 yanvar 2009-cu il tarixində)
   
   
   
   ŞEİRƏ ÇEVRİLƏN
   
   HƏYAT
   
   
   
   Kirayəçi yaşadıqları evin altındakı boş yerdə bir az da darıxdığından bir vəkil məsləhətxanası açır. O zamanlar ən çox "Kişi işi" olaraq görülən vəkillik məsləyində çalışdığı üçün ""Paşa Abıla" deyə (Paşa bacı) çağırılır burada. Para almadan, öz torpağında haqqı olanların haqqını müdafiə edir. Pul almadığı üçün vəkillər bürosu pis nümunə olacaq deyə onu xəbərdarlıq edir. O isə "mənim alış-verişimin parayla, pulla ölçüləsi yanı yox - deyir. Çünki burada gördüklərim və aldığım təcrübə birbaşa şeirə dönür. Dostluqlar bir yandan, başqa yandan işə yaramalar və qazanılan, şeirə çevrilən həyat bilgisi. Əsas olan budur".
   
   1972-ci ildə yenə Ankaraya gəlir ailə. Akın burada bir sürə Türk Dil Qurum Seçmə və Ayarlama bölümündə çalışır. Xalq evləri, İnsan Haqları Dərnəyi, Dil Dərnəyi kimi demokratik kütlə birliklərində qurucu və idarə edici olaraq vəzifə tutur. 1978-ci ildə isə təqaüdə çıxır.
   
   1978-1986 illər arasındakı həyatında Mamak Əsgəri Cəza evi xüsusi bir yer tutur: "İçərdə yatmış qədər oldum, o biri valideynlərlə birlikdə"-deyə anladır. Gültən Akının da oğlu bu illərdə cəza evindədir. İnqilabçıdır çünki.
   
   "Pırıl-pırıl beş uşaq böyütdüm. Böyütdüyüm uşaqlarıma: xalqınızı, insanları sevin, kimsəni incitməyin - dedim. Onları sosialist olaraq böyütməyə çalışdım. Bunun sonunda ən böyük acını da gördüm" - deyəcək sonralar Gültən Akın.
   
   
   
   ŞEİR: SƏBR VƏ
   
   COŞQUdur
   
   
   
   Elə həmin illərdə yazdığı "İLAHİLƏR" VƏ "42 GÜNÜN ŞEİRLƏRİ" kitablarında ürəkləri cəza evlərində olan anaların iç ağrıdan acılarını ifadə eləyir, "Eyvan" şeirində "uzun buz salxımları kimi donan dərdlərinin çığırtısını" anladır ana və şair Gültən Akın.
   
   Sonrakı illərdə isə özünü tamamilə şeirə verir. Şeirləri bir çox dillərə çevrilir. Yurd içində və yurddan qıraqda, Almaniya, Hollandiya, İsveçrə, Avstriya kimi ölkələrdə iştirak etdiyi toplantılarda söyləşilərə qatılır Akın.
   
   Bu gün Ankarada və Burhaniyyədə (Balıkəsir) yaşayır şair; şeir yazmağa və çap etdirməyə davam edəcəyini söyləyir.
   
   Yaxşı, bütün bu sancılı, zor vaxtlarda öz yolunu tapan şeir qolunda, Akının ədəbiyyat dünyasında nələr olur?
   
   Gültən Akın ədəbiyyat dünyasına 1951-ci ildə "Son Xəbər" dərgisində yayınlanan şeiriylə başlayıb. İlk şeirləri "Hisar", "Türk Dili", "Mülkiyyə" və "Varlıq" kimi dərgilərdə çıxıb. 1955-ci ildə isə "Varlıq" dərgisinin açdığı bir şeir yarışmasında birinciliyi Teoman Karahan ilə bölüşür. İlk şeir kitabı "Rüzgar Saatı" 1956-cı ildə "Varlıq" nəşriyyatı tərəfindən çap edilir.
   
   Gültən Akının poetikasının bünövrə daşını gündəlik dili dəyişdirərək poetik baxımından gerçəklik yaradan şeirlər təşkil edir. O, bir şair olaraq şerin həyatı da dəyişdirə biləcəyini deyir. "Öz şeir dilini gündəlik danışıq dilinin içindən alaraq onunla dünyanın insan bağlılığının ən uc nöqtələrinə, ən varılmayan yerlərinə qədər getməyə çalışır".
   
   Gültən Akına görə bir üsyandır şeir. Belə anladır şeiri 1994-cü ildə bir toplantıda elədiyi çıxışında: "Şeir misralara sıxışdırılmış atomdur. Şeir parçalanacaq, partlayacaq olan şey. Həyatı, hökmdarları qorxudan şey. Şeir həm həzz, həm dərinlik, həm sonsuz bir azadlıq, sərbəstlik, həm çox incə bir anlamda bir iç sahmanı. Səbr və coşqu".
   
   SƏBR VƏ COŞQU. Şeirin gücünü anladan sözlərdir bunlar. Akın bütün yaradıcılığı boyunca şeirin cəmiyyəti, şəxsiyyəti və həyatı dəyişdirmə gücünə inanaraq yazıb.
   
   Gültən Akın xüsusilə "Qırmızı Qərənfil" (1971) adlı şeir kitabından sonra tənqidçilərin İKİNCİ DÖNƏM OLARAQ adlandırdığı şeirlərinin çoxunda toplumun səsi eşidilməkdədir. Onların arzu və istəklərinə toxunan mövzular ilk plana çıxır. Şairin ilk üç şeir kitabındakı "Rüzgar Saatı" (1956), "Kəsdim Qara Saçlarımı" (1960) və "İrmaqda" (1964) şeirlərinin ana xəttində şəxs, içə dönüş və qadınvari duyarlığı ifadə edən bir "mən" vardır. Xüsusilə qadın-şəxsiyyət eşqini, yalqızlığını, ümidlərini, ümidsizliyini, rahatsızlığını çılpaq bir deyimlə və bəzən də təbiətə aid detallarla qurulan simvollarla dilə gətirir bu kitablardakı şeirlərin çoxu. Ancaq bu tənhalıq heç bir zaman bütünüylə təkliyə bürünmüş bir yalqızlıq deyil şeirdəki "mən" üçün. "Mən"lə birlikdə "onlar" da vardır şeirdə.
   
   Eynən "Dəli Qızın Türküsü"ndəki "Siz yoxsunuz şeir yazan əllərim yox" deyən şair Akın qələbəlikləri, çevrəni, toplumu heç bir zaman gözardı eləmir.
   
   "Kəsdim Qara Saçlarımı" şeirində "mən"in cəmiyyətlə bağlılığı ifadə olunmaqdadır. Məsələn: yasağın, qanunun, milliliyin tənqidi vardır şeirdə: "Uzaqdakı dön, yaxındı dön, çevrəyi dön/ Yasaqdı qanundu, adətdi dön/ İçində dışında yanında deyiləm/ İçim ayıb dışım güzəran qayğısıyla dolu, sol yanım sevgi/ Bu necə yaşamaqdı dön".
   
   
   
   KİMSƏLƏRİN
   
   VAXTI YOX...
   
   
   
   Gültən Akının qəsəbələrdə yaşadığı vaxt içində yeni imkanlar gözlədiyi Anadolu, çevrə, insan və dünya bilgisi şeirə keçir beləliklə.
   
   Oğuz Dəmiralpın "Kitablıq" dərgisinin yanvar-fevral 2002-ci il sayında çıxan "Şair Ana" adlı yazısında deyildiyi kimi. "Bir Çərşənbə Səfəri" şeiri bu dönəmin manifesti dəyərindədir: "Torpaqda ehsan öncəsi aşiqlər/ Qərib, Yunus, Qaracaoğlan/ Dəmirdən və hidrogendən keçərək/ Lorka və Brextlə birləşməkdədirlər".
   
   Xalq deyimləri, söyləyişləri modern şeirin ənənələriylə bir arada verilir. Xalq şeiri bir qaynaq, bir kökdür bu şeirlərdə. Xalq şeiri insan mənindən keçərək şeirdə çağdaş bir biçim və ayrıcalıq yaradılır "Qırmızı Qərənfildə" də.
   
   Bu biçim sonrakı şeirlərdə də davam edir. Bu gün hələ tez-tez xatırlanan, dəyərini heç itirməyəcək "AH KİMSƏLƏRİN VAXTI YOX/ DURUB İNCƏ ŞEYLƏRİ ANLAMA

TƏQVİM / ARXİV