ORALARDA KiMLƏR VAR:YAŞAYAN ƏN BÖYüK TüRK ŞAiRi: GüLTƏN AKIN incəliklərin zairi

TOFİQ ABDİN
21143 | 2009-01-07 05:02
Böyük bir həvsələ ilə ƏDALƏT qəzetində yazılarımı oxuyan dəyərli insanlar! Artıq hər yeni il mənə bir az kədər gətirsə də,onu yaşamağa məhkumam.Təssəli ancaq və ancaq Sizlərilə görüşməkdir ƏDALƏT vasitəsiylə. Böyük Yaradandan arzum Sizləri Yeni ildə də sağlam və səmimi görməkdir. Yeni iliniz mübarək,dostlar!!!!!!
   
   
   
   Fazil Hüsnü Dağlarcanın vəfatının ardından "YAŞAYAN ƏN BÖYÜK TÜRK ŞAİRİ" ünvanını kimin alacağı danışılmağa başlandı. Biz də yazar, şair, tənqidçilər və mədəniyyət, sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Oktyabr ayında itirdiyimiz Fazil Hüsnü Dağlarca 1967-ci ildə Uluslararası Şeir Forumu tərəfindən "Yaşayan Ən Böyük Türk Şairi" seçilmişdi. Ədəbiyyat çevrələri Dağlarcanın vəfatının ardından bu adı kimin alacağını danışmağa başladılar. Biz də yazar, şair, tənqidçilər və mədəniyyət, sənət yazarlarını arayıb bu unvanın yeni sahibini soruşduq.
   
   Ədəbi camiəmizin 50 yaradıcısı bu sorğumuza cavab vermiş və onlar aşağıda adları keçən yaradıcıların adını çəkmişlər : Gültən Akın, Hilmi Yavuz, Arif Damar, İsmət Özəl, Kiçik İsgəndər, Sezai Karakoç, Murathan Munqan, Lalə Müldür, Ahmet Güntan və Birhan Kəskin. Bəziləri də bu adı alacaq şairin olmadığını demişlər. Bu adlar arasından da şair Gültən Akın çox böyük bir fərqlə "Yaşayan Ən Böyük Türk Şairi" adını qazanmış və ədəbi dərgilərin dekabr ayı nömrələrində üz qabığın birinci səhifəsinə çıxmışdır. 1956-cı ildə çap olunan ilk şeir kitabı "Rüzgar Saatı" ilə vicdanı, cavabdehliyi, duyarlığı və incəlikləriylə öz yaradıcılığına davam edən YAŞAYAN ƏN BÖYÜK ŞAİRİMİZ GÜLTƏN AKINI ürəkdən salamlayırıq.
   
   
   
   Gültən Akın yaradıcılığına kiçik bir səyahət
   
   
   
   İKİNCİ DÜNYA SAVAŞI İLLƏRİ
   
   
   
   Gültən Akın 23 yanvar 1933-cü ildə Yozqatda doğuldu. Uşaqlıq illəri Yozqatda dədələr, nənələr, əmilər, dayılar, qohum-əqrəbaların əhatəsində keçdi. Atası Balyozoğlugillərdəndir, anası isə Qavurğalı Xoca Nuri Əfəndinin qızıdır.
   
   Ana tərəfi elitadan, ata tərəfi isə xalqdan. Ana tərəfinin evi birmərtəbəli, amma iç-içə böyük və geniş otaqları olan, bu otaqların qapılarında Latın hərfləriylə ayətlərin, şeir misralarının, xalq deyimlərinin yazıldığı böyük bir evdi.
   
   Ata evi isə "çardaqlı, dimdik ayaqda duran, səkili, işıqlı qonaq otaqları və qaranlıq təndir otaqları və dolbalarla dolu kiçik bir ev".
   
   Gültən Akının həyatı bu evlərdə azadlıq içində keçib.
   
   Atası İkinci Dünya Savaşının başladığı illərdə əsgərliyə getmiş, ailə də ata tərəfindən dədə evinə daşınmış... Çörək kartlarının, bahalığın, yoxsulluğun hökm sürdüyü illər... Oyun oynanılan bağçaların, küçələrin, evlərin dadı qalmadığı illər. İbtidai məktəbə Yozqatda gedib, hər zaman da sinifdə birinci olub.
   
   Atası 1942-ci ildə üç illik əsgərlikdən sonra Ankaraya gedib; orada polisdə məmur olaraq çalışıb. Buna görə də ailə Ankaraya köçüb.
   
   
   
   İLK ŞEİRİ İBTİDAİ
   
   SİNİFDƏ YAZIB
   
   
   
   "Yozqatdakı o gözəlim həyatdan sonra Ankara yaşamı bir ildırım vurmuş kimi oldu" - deyəcək sonralar Gültən Akın. "Ah kimsələrin vaxtı yox, Durub incə şeyləri anlamağa" sətirləri və onun ifadə etdiyi duyğular Gültən Akın üçün Ankarada keçən bu sıxıntılı günlərdən sonra başlayır.
   
   İbtidai məktəbin ilk sinfini Anafartalardakı Atatürk Qız Məktəbində oxuyub Akın. Orta məktəbin ilk sinfini isə Daşməktəbdə. Daşməktəb dağılandan sonra Cəbəci Orta məktəbində oxumağa davam edib. 1948-ci ildən sonra da Atatürk Qız Lisesində...
   
   Öncələri tək-tük yazdığı şeirlər bu illərdə sürəkli bir vurğunluq halına gəlir. İlk şeirini ibtidai məktəbin birinci sinfində yazmışdır. Müəllimin verdiyi "Gözəl yazım" sərbəst tapşırıqda özünün deyişiylə "dörd sətirlik bir şeirlə canını qurtarmış". Orta məktəb illərində ailə üzvlərinə, müəllimlərə, təbiətə şeirlər yazaraq davam edir şeir dünyasına.
   
   Dədəsi uzun qış gecələrində türk şifahi ədəbiyyatı nümunələrini oxuyur qızı üçün. Dayıları, əmiləri şeirlər yazar. Dayılarının tavan arasındakı köhnə çemodanlarından tapdığı kitabları sayəsində şeiri, hekayəni, romanları, Dosto-yevski, Tolstoy və başqa klassikləri, Nazimi, Səbahəddin Əlini erkən yaşlarda tanıyır.
   
   Məktəb illərində isə şeirləri sinif və məktəb dərgilərində yer alır. Gültən Akının lisedə yazdığı şeirlər həcv şeirlərdir. Evdə dədəsi tərəfindən qorunduğu kimi, məktəbdə də ədəbiyyat müəlliminin qayğısı altında, hirsləndiyi müəllimlərə, xüsusilə riyaziyyat müəllimlərinə sataşmalar yazar.
   
   Bir tərəfdən də çox yaxşı bir şagird olmağa davam edər. Atatürk Qız Lisesini 1951-ci ildə iyun dönəmində sadəcə dörd şagird bitirir, bu şagirdlərdən biri də Gültən Akın olur. Daha sonra Hüquq Fakültəsinə yazılır.
   
   
   
   DURMADAN
   
   ÇALIŞMAQ
   
   
   
   Axşamları dərs çalışır, ilin sonunda isə boş vaxtlarında imtahanlara hazırlaşıb Ankara Universiteti Hüqüq Fakültəsini dörd ildə bitirir.
   
   Sonrasını belə anladır şair özünün "YAŞAM HEKAYƏSİ" adlı yazısında: "Çalışırdım, oxuyurdum, şeir yazırdım, nişanlanmışdım bir də. O gündən bu günə dayanmadan çalışdım. Yatmaq saatlarından başqa bir dəqiqə də boş dolandığım vaxtım olmadı. Çox yorğun olduğum saatlarda da bir şeylər toxuyurdum".
   
   1956-cı ildə universitet illərində tanış olduğum, yarım əsrdən artıq bir olduğu və çox böyük sevgi ilə yaşadıqları Yaşar Cankoçakla həyatını birləşdirir.
   
   1957-ci və 1958-ci ildə bir-birinin ardınca iki uşaq sahibi olurlar. 1957-ci ildə qısa bir vaxt Qumluca və Şavşada yaşayan ikili 1960-cı ildə Ankaradan köçürlər. Ondan sonra Türkiyənin müxtəlif yerlərində bir növ kirayəçi həyatı yaşayırlar.
   
   Cankoçak bir sovetlikdə çalışır. 1972-ci ilə qədər onun məsləyi üzündən müxtəlif rayonlarda və Qəhrəmanmaraşda olurlar. Gültən Akın bu dönəmin yaradıcılığı baxımından çox məhsuldardır. Həyatındakı və oxuduqlarındakı Anadolu dünyasının qəsəbələrdə yeni bir həyatla üz-üzə qalır və öyrədici məqamlarla qarşılaşır.
   
   Gültən Akın və əri Anadoluya 1960-cı illərdə, demokratik bir anayasanın həyata keçirildiyi, Türkiyə üçün yeni ümidlərin yarandığı dönəmdə gəlmişdilər. Bir çox kitablar tərcümə olunur bu illərdə; xüsusilə də siyasi ədəbiyyat.
   
   Gültən Akın bu dönəm üçün: "Biz həm ədəbiyyatı, həm də hər cür yaşamı, yaşantını, dünyanın gedişini yalnız ətrafımızdan və öz ölkəmizdəki mətbuatdan deyil, xaricdən də izləmək imkanını əldə etdik. Və daha geniş, daha əhatəli bir biçimdə öyrənmə fürsətini tapdıq" - deyir.
   
   Cankoçak peşəsinin idealları ardınca getdiyindən heç bir əyintiyə yol vermədən çalışır. Fəqət onun həyata keçirmək istədikləri daima əngəllənir, daima məhkəmələrə verilir və mühakimə olunur.
   
   
   
   MÜƏLLİMLİK İLLƏRİ
   
   
   
   Günlərin birində lap kinolarda olduğu kimi, evlərinə bir bomba atılır və evin bütün pəncərələri qırıq-qırıq olur. "Sən çalışqan, dürüst bir dövlət məmurusan, çox gördük sənin kimləri" cümlələriylə başlayan bir hədə məktubu da alır ailə. Günlərcə başlarının altında tapança yatmalı olurlar.
   
   Gültən Akın bütün bu illər ərzində köçəbə kimi yaşayaraq getdikləri qəsəbə və rayonlarda müəllimlik eləyir. 1960-cı ildə Giresun Alucrada oxuma-yazma bilməyən qadınlar üçün kurslar açır, orta məktəbdə türkcə dərs verir. Van Gölü sahilindəki Gevaşa təyinat aldığında daha təcrübəli olduqlarını söyləyir Gültən Akın. Burada iki il yarım qalırlar. Gevaşda da müəllimlik eləyir şair.
   
   Gevaşda ailənin üçüncü uşağı doğulur. Ardından iki uşaq daha gələcək, biri oğlan, dördü qız beş uşağla geniş bir ailə olacaqlar.
   
   Gevaşdan sonra Ankara Haymanaya təyinat alırlar. Gültən Akın kiçik və mərkəzdən uzaq yerlərdə yaşadığı illəri xatırlayaraq indi daha mərkəzdə yaşamağa haqları olduğunu düşünür.
   
   Şəhərlərin kino salonlarını, kitab mağazalarını çoxdan həsrətlə gözləmişdi Gültən xanım. O illər bərəkətli torpaqları olan Haymanada yerli əhali Haymanadakı xəzinə torpaqlarını bölüb öz adlarına yazdırırdılar. Gültən Akın qanunları bildiyindən xəzinə tərəfindən vəkilliyi boynuna götürür.
   
   Bir çox məhkəmələrdə olur, bir kənddən başqa kəndə gedir Gültən Akın. Bir tərəfdən də yenə müəllimlik eləyir. Sadəcə on ay qala bilirlər Haymanada. Kipr məsələsi ortaya çıxdığı vaxtlarda Haymanada Manzaralı səmtində bir mitinq olur. "Bardağı daşıran son damlaydı" bu mitinq Akın üçün. Və ailə Haymanayı iki gün içində tərk etmək şərtiylə Qumlucaya - Qaradənizin 250 nəfərlik bir dağ qəsəbəsinə göndərilir.
   
   
   
   GÜLTƏN AKIN şeirlərindən
   
   
   
   YA

TƏQVİM / ARXİV