ORALARDA KiMLƏR VAR:STANiSLAV QOVORUXiN -ALEKSANDR SOLJENiTSIN

TOFİQ ABDİN
16065 | 2008-12-30 13:32
"Soljenitsın Yeltsin ordenini ona görə rədd etdi ki, o, hökumətin qulu olmasın".Məşhur kinorejissor okeanın o və bu tayında yazıçı ilə görüşlərindəki xatirələri anladır.
   
   - Stanislav Serqeyeviç, "Komsomolka"nın keçmiş baş redaktoru Boris Pankin keçənlərdə yazmışdı ki, yazıçını ilk dəfə Moskvaya Siz dəvət etmisiniz.
   
   - Elədisə elədi. Ancaq ədalət xatirinə deməliyəm ki, o zamanlar artıq Aleksandr İsayeviçə onlarla insan zəng edib Moskvaya dəvət edirdi. Ancaq rəsmi olaraq onu Moskvaya yalnız bu ölkənin rəhbərləri dəvət edə bilərdi. Bu, mən bilən artıq ictimaiyyətin böyük təsiri altında oldu.
   
   - Xalq arasında danışırdılar ki, şayət, "Arxipelaq" çap olunsa ölkədə yenidənqurma böyük bir vüsət alacaq. Bu zaman Kremldə düşünürdülər ki, bu ancaq 200 il sonra ola bilər, tez yox.
   
   - Bu məsələ artıq bəlli. O, yenidənqurmanı tərifləmirdi. Yazırdı ki, "mən öz vicdanım daxilində Qorbaçovun yenidənqurması haqqında nə deyə bilərəm. Nəsə bir yenilər başlayıb, şükür Allaha, çox şükür. Belə tərifləmək lazımdı. Amma bütün yeniliklər başdan qarışdı və istədiyimiz olmadı. Yalnız 90-cı illərin başlanğıcında Qorbaçovun 23 vətəndaş haqqında vətənə qayıtmaq sərəncamı çap olundu. Onların arasında Soljenitsın və Brodskinin adı vardı. Buna baxmayaraq, Baş Prokurorluğun hökmü yalnız 91-ci ildə oxundu. Cinayətin tərkib hissəsi sübut olunmamışdı. Vətənə qayıdış yolu nəhayət açıq oldu.
   
   - O ili Siz onunla birlikdə Vermontda olmusunuz.
   
   Bu, qəhrəmanlıq deyil ki. Artıq təhlükəli bir şey yox idi. Əsl qəhrəmanlıq o idi ki, sovet vaxtı gedib onunla görüşəydin. Rəhmətlik Vladimir Soloxin mənə onun yanına getdiyi barədə danışmışdı. Ancaq elə bir oyun qurmuşdu ki, deyirlər Amerikada içib nümayəndə heyətindən ayrılıb qaçıb onun yanına... Mən sakitcə təyyarəyə oturub Kevandişə getdim. Geriyə qayıtmağım zor oldu. Bizim görüşümüzün bir xeyli tarixçəsi var. İtirdiyimiz "Rusiya" filminin çəkilişlərinə başlarkən Soljenitsına məktub göndərdim ki, bizə intervyü verə bilərmi. Filmdə qaldırdığım məsələlər barədə ondan soruşacaqdım. Aleksandr İsayeviç imtina etdi. Bəhanəsi də buydu ki, üç-beş dəqiqəyə mən istədiklərimi deyə bilmərəm. "Amerikaya gələrsiz, orda daha geniş danışarıq". Dəvət üçün təşəkkür etdim. Mütləq gələrəm - dedim. Sonra unutdum bunu. Bir az ciddi yanaşmadım bu işə. 91-ci ilin dekabrında Alyaskadakı çəkilişlərdən sonra Nyu-Yorka getdim. Və dəhşətli xəstələndim. Oteldə qapalı həyat keçirirəm, dərman əvəzinə burbon xortuldadıram. Kitab oxuyuram. Telefon çalır: "Sizinlə danışan Natalya Dmitriyevna Soljenitsındır. Stanislav Sergeyeviç, söz vermişdiz ki, Amerikaya gələndə bizə baş çəkəcəksiniz". Mən bəhanələr gətirdim. Dedim ki, vallah, bəlkə də zarafat eləmişəm. İnciməmək üçün demişəm. Bir də ki, onu işindən eləmək istəmirəm. İndi də möhkəm soyuqlamışam, gələ bilmərəm, vallah. İndi də mənim üçün müəmmadır ki, onlar mənim burada olduğumu necə öyrənmişdilər. Hələ də soruşmamışam. Natalya Dmitriyevna o saat mənə məsləhətlər verməyə başladı ki, bəs hansı qeyri-adi dərmanları almaq lazımdır ki, sizi tez sağaltsın. Sonra bir gündə neçə dəfə mən zəng elədi, dərmanları içməyimi yoxladı. Sadəcə telefonla məni müalicə etdi, demək olar. İşim-gücüm yox, bilet aldım uçdum. Amma vicdanla deyim ki, heç getmək istəmirdim. Nyu-Yorkun dissidentləri arasında Soljenitsın haqqında o qədər danışmışdılar ki... Deyirdilər çətin adamdır, telekameralar gözətimində çox gizli bir həyat yaşayır. Bir adam uzun bir əziyyətdən sonra onun yanına düşə bilib, o isə həmin adama 15 dəqiqə vaxt ayırıb. Uçdum. Natalya Dmitriyevna məni hava alanında qarşıladı. Vermont tənhalığında yaşayan Soljenitsının yanına gəldik. Baxdım ki, dissident söhbətləri boş bir şey imiş. O telekameralı divalar yox, sadəcə torla əhatə olunmuş bir çəpər, o da bir neçə yerdən sökülüb-tökülüb. Bir dəfə də onun evinin lap yaxınlığında canavarlar gördüm, onlar Kanadadan qaçıb gəlmişdilər. Beləliklə, gəzməyə çıxanda özümlə pistolet götürməli olurdum. Hər ehtimala qarşı. Çox mehribanlıqla görüşdük. Sadə bir rus stolu. Sadə yeməklər. Aleksandr Soljenitsının qayınanası Yekaterina Fyodorovna öz əlləriylə hazırlamışdı. Yalnız vodka bizim deyildi, bizim vodka Vermonta hələ gəlib çıxmamışdı deyəsən. Bir neçə gün yaşadım onlarda, danışdıq, mübahisələr etdik. Rusiyada baş verənlər haqqında mən ona danışanda bir az təəccübləndi. Və bir də insanların işləmə meyli barədə dedim. 12-14-saat çalışmaları, istirahət günsüz, bayramsız işləmələrini danışdım. Axşam o, hətta çay belə içmədi. Tünd nəsə içirdi. Saat 11-də artıq yatağa uzanıb kitab oxumaqla məşğul olurdu. Səhər saat 7-də qalxır, saat 8-də artıq yazı masasının arxasındadı. Bu cür bir yaradıcılıq tərzinin gizlin tərəfi nədir, deyə maraqlandım. "Elə bir müəmma yoxdur, - dedi Soljenitsın, - belə də rahat yatıram".
   
   Xahiş etdi ki, mənim "Belə yaşamaq olmaz" filmimə baxmaq istəyir. Onlar ailəlikcə filmə baxanda mən gəzməyə çıxdım.
   
    - Həyəcanlanmışdılar?
   
   - Deyəsən, bir az həyəcanlanmışdılar. Sonra təvazökar- casına filmi təriflədi və əlavə etdi: O zamankı Mərkəzi Televiziyanın sədri Yeqor Yakovlev mənə müraciət eləyib ki, bir sorğu verim. "Mən Stanislav Serqeyeviç, məsləhət görürəm bunu siz eləyəsiz".
   
   Mən vicdanla cavab verdim ki, intervyü eləyə bilmirəm, film çəkəcəm. Adını da dedim: "Aleksandr Soljenitsın". Vacib deyil ki, yazıçının Rusiya haqqında düşüncələri lentə alınsın, həm də görsünlər ki, siz hansı şəraitdə çalışırsınız. Bu, şəxsiyyətinizin tanınmasına kömək edə bilər. Bir az fikirləşəndən sonra razılıq verdi. 91-ci ilin dekabrında görüşdük. 92-ci ilin aprelində mən təkrar onlara getdim, bir həftə qaldım. Çəkiliş qruppası ilə birlikdə. Soljenitsının yaşadığı evin 10 kilometrliyində bir otaqda çəkilişlər elədik, Soljenitsının evinə heç cür yerləşə bilməzdik. Səhər tezdən gəlirdik və qaranlıq düşənə qədər çəkirdik. Vaxtın necə keçməsindən xəbərimiz olmurdu, çünki söhbətimiz tuturdu. Xüsusilə, iş masası ətrafında. O, məni tanıyırdı. Əlüstü operator Yuri Prokofyevlə dil tapdı. (Sonralar ona Rusiyaya gəlişini çəkməyi də etibar etmişdi, ömrünün axıra qədər də dost oldular). Son dərəcə səmimi idi. Hər şeyi göstərirdi. Heç bir şeyi gizləmirdi. Qəribə oturuşu, duruşu vardı və bir də görürdün ki, arvadına zəng elədi: mənim burada işim çoxdu, ləngiyirəm. Məni gözləmə səhərə qədər. Sonra da bizi də tərk eləyib sevgilisinin yanına gedirdi. İki hissəli olsa da bir çox şeylər təbii ki, filmə daxil olmadı.
   
   - Özünün xoşuna gəlmişdi?
   
   - İncimişdi.
   
   - Nədən?
   
   - Biz Yeqor Yakovlevlə vaxtı sahmanlaya bilmirdik. Çəkilişlər apreldə idi. Orada isə yay ölü sezondur. Filmi sentyabrda buraxdılar. Soljenitsın düşünürdü ki, mən nəsə başqa səbəbdən filmin vaxtını uzadıram. Məlum olduğu kimi, yayda Rusiyada bəzi dəyişikliklər oldu. Onun da fikirlərində bəzi şeylər dəyişdi. Soljenitsın isə ölkənin nəbzini tutan adam idi. Gərək biz filmi apreldə yox, ya bir ay əvvəl ya da bir ay sonra lentə alaydıq. Daha sonra onunla ona qaytarılmış Kozitskidə köhnə evində görüşdük. Aleksandr İsayeviç yorğun görünürdü, əsəbi idi. İlk dəfə mən orda ondan, türmədə yatan birisi olaraq bir şey eşitdim, əvvəllər heç deməmişdi. Baxmayaraq ki, mən də türmə leksikonuna bələd idim.
   
   - Ayıb bir şeymi?
   
   - O zaman Rusiyada baş verənlər haqqında necə də ayıbsız şeylər düşünməmək mümkün idi. Təbii ki, bilirdi, görürdü, buralara gəlib getmişdi. Ancaq yenə də heyrətlənirdi, gördüklərindən, eşitdiklərindən. Ölkə başdan-başa yoxsulluq, çirkab içində idi. Rusiyanı dağıdırdılar. İnsanların içindəki ən vəhşi heyvan baş qaldırmışdı. Onun təxminləri doğru çıxdı. O, beləcə də demişdi: İLKİN VİCDANSIZLIQ BAŞ QALDIRACAQ. Millət bezmişdi, ac idi, qorxu içində yaşayırdı, Moskvanın göbəyində parlament top atəşinə tutulmuşdu, bu günahın bir hissəsini onun boynuna qoyurdular. Kommunizmin qəbir qazanı Soljenitsının boynuna. O bunu hiss edirdi. Və peşman idi ki, hakimiyyət onun dediklərindən heç nə başa düşməmişdi. Onun xəbərdarlıqlarını anlamamışdılar. O isə xəbərdarlıq etmişdi ki, nələr ola bilər və Rusiyanı necə yenidən qurmaq lazımdır. Ancaq bizim intelligentlər onun dediklərinə gülərək keçmişdilər. Xatırladıram, o zaman hansısa çox məşhur demokrat xanımın dostu açıq-aşkar elan etdi: "Qulaq asın, o, ağlını itirmiş qoca nə xeyir verə bilər sizə". Baxın, Soljenitsın nə qədər nəhəng, ağıllı, təhsilli və böyük informasiyaya malik bir insan idi. O, hər şeyi qabaqcadan görürdü. Xatırlayın, 90-cı ilin yayında onun yazdıqları nədən başlayırdı. "Kommunizmin saatı artıq dayanmışdı. Ancaq beton divarlar hələ də ayaq üstəydi. Biz necə eləməliyik ki, yıxılan o betonların qırıntıları altında qalmayaq". Ən qorxulu səhv cəmiyyətin mövqeyi idi. Qorbaçov başda olmaqla bütün siyasətçilər onun "Rusiyanı necə yenidən qurmaq olar" kitabını başa düşmədilər. Orda hər şey yazılmışdı. Nə eləmək və necə eləmək? Rusiyanı gözləyəcək bəlalardan necə yan keçmək olar. O, özünün dediklərini, fikirlərini "xalqa, xalqın xidmətçilərinə" çatdırmaq istəyirdi. Dumada çıxış eləməyə razılıq verdi. Mən onda Moskvada yox idim, mənim məsləhətimi heç qəbul da etməzdi. Mən deyəcəkdim ki, getmə. Təxminən bilirdim ki, orada nələr ola bilər. Çünki orada bir tərəfdə kommunistlər, o kommunistlər ki, Qorbaçovla birlikdə kommunizmi yıxmaqda günahlandırılırdı. Digər tərəfdə isə Rusiyanı yıxanlar və onu dağıdanlar idi. Belə ortamda nə ola bilərdi? Onların qarşısında niyə çıxış elməliydi ki? Onlar heç nə eşitmək istəmirdilər, hırıldayırdılar. Hər şeyə zarafatla yanaşırdılar. Səslərini başlarına almışdılar. İnsanlar burunları yuxarı gəzirdilər. Sonra yazıçının 80 illiyi ortalığa girdi. O vaxtkı Baş nazirin müavini Oleq Sısyev mənə telefon açdı: "Serqeyeviç, biz qərara gəlmişik ki, Soljenitsına ölkənin ən baş ordenini -Andrey Pervozvannıy adına ordeni verək. Bilmirsiniz, o, ordeni qəbul edərmi, etməzmi?" "Soruşmağa gərək yox, təbii ki, rədd edəcək" - dedim. O zaman mən neçə dəfə onunla görüşmüşdüm, onun əhval-ruhiyyəsindən xəbərdar idim, Rusiyanın vəziyyətindən xəbəri vardı. Ordeni almaqla o, özünü ölkədə baş verən ədalətsizliklərə ortaq saymış olacaqdı". Hər halda bir öyrənin - dedi. Telefon açdım. Ona yox, Nataşaya. Danışdım. Təklifi dedim.
   
   "Slavçiyim, Aleksandr İsayeviç o ordeni necə qəbul edə bilər ki, ölkədə hər şey dərbədərdir". "Mən bunları onlara demədim, amma sizin fikrinizə yaxın bir şeylər dedim onlara". Yazıçının həyat yoldaşının cavabını Sısyevə çatdırdım. Düşündüm ki, bununla da iş bitdi. Amma görün nələr oldu. Mənim bütün bu narahatlığımın qarşısında Takankada keçirilən yubiley gecəsində orden təqdim olundu. Doğrudur, ordeni o, öz əlləriylə almadı və dedi ki, bu ordeni qəbul edə bilməz. İnciməsinlər.
   
   - Ordeni verməyə kim cəhd elədi?
   
   - Yadımda deyil. İş onda deyil. Verən neyləsin, prezidentin göstərişi idi, onu da həyata keçirmək lazımdı. Olanları da prezidentə izah etməyə çətinlik çəkirdilər. Və ola bilsin, o qədər içmişdi ki, prezident də nə baş verdiyindən xəbərsiz idi. Xəbər tutanda da demişdi: "ŞTO? Bizimki verməkdi demişdi!"
   
   - Stanislav Serqeyeviç, Aleksandr İsayeviç ölən günü ölkədə matəm elan olunması məsələsini siz qaldırdınız. Sizi də eşitmədilər?
   
   - Yayda Çingiz Aytmatov öləndə Qırğızıstanda matəm elan etdilər. Bizim ölkəmiz hələ buna hazır deyil. Amma ümid edirəm ki, bizim cəmiyyətimiz bunu başa düşəcək, başa düşəcək ki, Aleksandr İsayeviç bizim ölkəmiz üçün necə lazım imiş. Necə...

TƏQVİM / ARXİV