ORALARDA KiMLƏR VAR:ORXAN PAMUK

TOFİQ ABDİN
15898 | 2008-12-24 00:36
Məşhur yazar Orxan Pamuk daha bir roman yazıb və roman çıxar-çıxmaz artıq geniş bir yanqı yaradaraq söz-söhbətə səbəb oldu. Təbii ki, bu geniş yanqı yaratmağının ən başlıca səbəblərindən biri də onun Nobel mükafatını almasıdır. "Adın çıxınca canın çıxsın" deyə bir el ifadəsi var. İstər-istəməz adamın yadına bu misal düşür. Amma bu o demək deyil ki, Orxanın yeni romanı oxunaqlı, diqqətçəkən deyil. Türkiyənin RADİKAL qəzeti onun yeni romanından parçaları qəribə bir üslubda təqdim edib. Romanın qəhrəmanına məxsus əşyaların təsvirinə aid hissələr, həmin əşyaların rəsmi ilə birlikdə internet saytına yerləşdirilib. Bu təzəlik bizim də diqqətimizdən yayınmadı və dilimizə uyğulayaraq səhifəmizə yerləşdirdik.
   
   Romanın qəhrəmanı Kamal, Füsunla sevişdiyi illərdə onu xatırladan əşyaları gizli-gizli toplar və böyük bir koleksiya yaradar.Daha sonra Füsunun yaşadığı evi satın alıb onu Məsumiyyət muzeyi adıyla bir muzey yaradar. Orxan Pamuk da bu muzeyin kataloqunu, Kamalın hekayəsini yazmağı qarşısına məqsəd qoyar. Orxan Pamukun da həqiqətən romanı yazarkən İstanbulda və dünyanın müxtəlif yerlərində görüb topladığı bir çox əşyaları, Çukurcumada romanın atmosferini yarada biləcək bir muzeydə toplanacaq.
   
   "Məsumiyyət muzeyi" romanındakı qəhrəmanın xarakterini açan, kolleksiyasındakı əşyaları təsvir edən nadir parçaları seçib təqdim edirik..
   
   
   
   Atamın ayaqqabısı
   
   
   
   "Çox iyrəncmişsən"-dedi Sibel. Anamın nimdaş, içi əzik-üzük paralarla dolu, güllü-çiçəkli əski çantasını, ardında da atamın əski siyah-bəyaz yaz ayaqqabılarından birini üstümə tulladı. İkisi də dillənmədi. Köhnə, əzilmiş pullar, qırıq şüşə parçaları kimi yerə dağıldı. Sibel ağlayırdı.(Səhifə 213).
   
   
   
   Duz qabı
   
   
   
   Füsunun qaş-qabağı açıldı. İki kərə şirin-şirin, ürəkdən güldü və daha sonra kolleksiyasına alacağı duz qabını mənə verərkən barmaqlarının mənim əlimə yaxşıca toxunacağına da etiraz etmədi, aramızdakı soyuqluq da düzəldi. (Səhifə 322).
   
   
   
   Kibrit qutuları
   
   
   
   Kibrit qutuları, Füsunun çəkdiyi siqaretin kötükləri, duz qabları, qəhvə fin-canları, savaş gəmisi fiqurları, saç burma alətləri kimi bir yerə yığılması çətin olmayan və diqqət çəkməyən bu vacib şeylərdən sonra daha vacib olan külqabı, fincan, ev ayaqqabıları (tərlik) kimi şeyləri almağa başlayınca yavaş-yavaş onların yerinə başqalarını alıb gətirməyə başladım. (Səhifə 418).
   
   
   
   Samsun siqareti
   
   
   
   Doqquz il Füsun həmişə Samsun siqareti çəkdi. Kəskinlərə axşam yeməyinə getməyə hazırlaşandan həmən sonra mən də "Malbora"nı atdım və Füsunun təsiriylə "Samsun"a keçdim. (Səhifə 439).
   
   
   
   Taxma diş
   
   
   
   Atamın başucundakı komodinin üzərində dərman qutuları, krosvordlar çap olunmuş bükülü qəzetlər, əsgərlikdə rakı içərkən çəkilmiş çox sevdiyi fotoları, eynəkləri və bardağın içində də protezləri vardı. Protezləri alıb dəsmalıma bükərək cibimə qoydum, salonda anamın qarşısında, atamın kreslosunda oturdum. (Səhifə 250).
   
   
   
   Füsunun sarı
   
   ayaqqabısı
   
   
   
   "Başa düşdüm"- dedi, vitrinə doğru getdi. Bir göz qırpımında sol ayağındakı sarı dikdaban ayaqqabını çıxartdı və səliqəyələ qırmızı rənglənmiş dırnaqları açıq görünən ayaqlarını vitrinin boş yeriylə manikenə sarı uzandı. Əvvəlcə boş ayaqqabıya baxdım, sonra uzun, çox gözəl baldırlarına. Baldırları may gəlmədən günəşdən yanmışdı. (Səhifə 14).
   
   
   
   Köpək bibloları
   
   
   
   Amma bu köpəklərin orada olduğunun səbəbini demirdi. Daha sonrakı illərdə bir siqaret qoyula biləcək başqa köpək oyuncaq da televiziyanın üstünə yerləşdirildi. (Səhifə 418).
   
   
   
   Sürücülük imtahan kitabları
   
   
   
   Arada Ulduz Parkındaki yorucu və üzücü maşın sürmək dərslərinə qan-tər içində davam edir, yazılı imtahana da hazırlaşırdıq. Füsun Sürücülük Asan Öyrənim Kitabı və Sürücülüq vəsiqəsi imtahanında soruşulacaq sualar və cavablara aid çap olunan kitablarıyla bir çayxanada vaxt öldürərkən çantasından bəzən onları çıxarır, bir-iki sualı və onun cavabını oxuyurdu. (Səhifə 480).
   
   
   
   Oyuncaqlar
   
   
   
   Oynatmaq üçün anamın verdiyi oyun-cağım - Ankara Ekspresi qatarıyla uşaq kimi oynamağımı; uşaqlığımın bir başqa oyuncağı - kosmos tapançasıyla birlikdə oynarkən həmişə ayağa çəkməzdən sonra səliqəsiz otağın bir küncündə itib-batan pərvanəsini gülüşərək axtardığımızı bu əşyalar bir-bir əlimə düşdükcə xatırlayır və təsəlli tapırdım. (Səhifə 175).
   
   
   
   Zaimin çaxmağı
   
   
   
   Dostlarımın çoxunu sevirdi, amma Zaimdən heç xoşu gəlmirdi. Zaimin hər şeyə burnunu soxmasını, həddən artıq şorgöz və "düşük" olduğunu söyləyirdi. Verdiyi qonaqlıqların axırında sürpriz olsun deyə bir rəqqas çağırmasını, onun göbək atmasını, Pleyboy emblemi olan çaxmağıyla qızların siqaretlərini yandırmasını çox "düşük" hesab eləyirdi. (Səhifə 35).
   
   
   
   Rakı rumkası
   
   
   
   "Kamal Bəy,"- dedi əlimdəki rakı rumkasına baxa-baxa: "Sizə, atanıza, ailənizə böyük hörmətim var. Hamımızın çətin günlərimiz olmuşdur. (Səhifə 191).
   
   
   
   Heyva mürəbbəsi
   
   
   
   Bir an bunun heyva mürəbbəsi olmadığını söyləyəməyəcəyimi hiss etdim. Desəm sanki Füsuna olan münasibətimi, illərdir evli bir qadını görmək üçün həftədə dörd-beş kərə yaşadığı evə getdiyimi, vəziyyətin çox murdar olduğunu, ümidsizliyini, əslində anlaşılmaz və pis bir insan olduğumu həmən başa düşəcəklərini zənn edirdim. (Səhifə 424).
   
   
   
   Saatlar
   
   
   
   Füsun saatını saniyəsinə qədər dəqiq bir saat kimi yaşadığı, işlərə, görüşlərə vaxtında getmək məcburiyyətində olduğu üçün deyil, eynən təqaüddə olan məmur atası kimi, Ankaradan, dövlətdən özünə xüsusi olaraq gələn bir işarətə duyduğu sayğıdır.
   
   Və başqa bilgilər: Onun romanları neçə tirajlarla çıxıb". Nobel Ədəbiyyat Ödülünün sahibi tək Türk olan Orxan Pamukun 1982 ildən bu yana yayımlanan romanları və onların toplam tirajları:
   
   
   
   "Cevdət Bəy və Oğulları" (1982): 22 dəfə çap olunub - 72 min;
   
   "Səssiz Ev" (1983): 29 dəfə çap olunub - 87 min;
   
   "Bəyaz Qala" (1985): 33 dəfə çap olunub - 116 min;
   
   "Qara Kitab" (1990): 35 dəfə çap olunub - 129 min 500;
   
   "Gizli Üz" (Ssenari) (1992): 9 dəfə çap olunub - 20 min;
   
   "Yeni Həyat" (1994): 71 dəfə çap olunub - 215 min 500;
   
   "Mənim Adım Qırmızı" (1998): 30 dəfə çap olunub - 206 min;
   
   "Qar" (2002): 18 dəfə çap olunub - 156 min;
   
   "O biri rənglər" (1999): 3 dəfə çap olunub - 33 min;
   
   "İstanbul; Xatirələr və Şəhər" (2003): 18 dəfə çap olnub - 107 min;
   
   "Atamın Çemodanı" (Nobel çıxışı) (2007): - 30 min.

TƏQVİM / ARXİV