ORALARDA KiMLƏR VAR:NiHAT GENC - 2

TOFİQ ABDİN
15485 | 2008-11-19 04:33
Oxuyacağınız bu yazını inanın ki, elə özüm yazmış kimiyəm. Yəni insafım olmasaydı, Nihat Gencin bu yazısını eynən bizim ədəbiyyat camiəmizə aid eləyib çox kiçik bir dəyişikliklə çap etdirə bilərdim. Amma insafım yol verməz belə şeylərə və məni tanıyanlar bir çox zaman deyirlər: nə varmış ki, internetdən götürüb ora-burasını düzəldib təqdim etməyə. Elədisə durun irəli. Baxın, Nihat Gəncin bu yazısı məhz ədəbi camiəmizin ağrılarını ifadə edən bir yazı olaraq son dərəcə ağıllı və və zərif bir yazıdır. İstərsiniz onun qəhrəmanı şair Şükrü əvəzinə Nəcəf yazın və ya Haşım yazın. Heç bir fərqi yoxdur. O qədər yaxın duyğular və yaxın ağrılar ki, həqiqətən məəttəl qalırsan bu dərdlərin eyni olmasına. Halbuki, bu yazının yazıldığı Türkiyə artıq çox böyük bir inkişaf yolu keçmiş və onun ədəbiyyat dünyası bizim sancılarımızı çox-çox illər öncə yaşamış. Yaşamış yaşamağına, ancaq demək sancı hələ də davam edir. O qədər yaxın hisslər ki, TÜRKİYƏNİN APTALLARI eynən bizim AZƏRBAYCANIN APTALLARI kimi, ya da bizimkilər elə onlar kimi. Oxuyun və bu heyrətamiz bənzəyişi özünüz görün. Ürəkdən tikan çıxaran fikirlər və açıqlamalar.
   
   (Əvvəli 12.11.2008 tarixli sayımızda)
   
   
   
   VƏ MƏN DÜŞÜNÜRƏM:
   
   nəyimə lazım bütün bunlar, ki, mən yazıram. Biz səfehmiyik? Bunlar bizi axmaq yerinəmi qoyublar? Günahımız nə? Günahımız bu: içimizdən onlar şöhrətli oldu. Bu üzdən bütün oxucular gəlin əl-ələ verək və onların nə yazdıqlarını başa düşək.
   
   Bu oyunları, əvvəllər zərərsiz bilirdim, düşünür-düm: oxucu o qədər də hərif deyil. İndi isə bütün bunlar elə bir keçici xəstəliyə döndü ki, baxın, fuar dolusu şair, yüzlərcə kitab taxçaları. İnsanlar buna para xərcləyir. Çünki bu axmaqlıqdan romanlar da meydana çıxır. Roman yazanlar da artdı get-gedə. Bir həftədə bir roman doğanlar var. Romanı su içimi kimi iş başında yazanlaran sayı az olsa da, onlar yazır nə yazıq ki... Adları da anılır. Televizyonlara çıxırlar. İsimləri əzbərlənincə ədəbiyyat fakültələrinə müəllim, böyük mediaya başçı olurlar. Bizə də vəzifələr düşür. Bu pozuq cümlələri anlamaq üçün sabah-axşam özümüzü cırmalıyıq!
   
   Ya da bezib-tükənib: "müdhiş bir şeymişsən bə, qardaşım" - deyib adamı tərifləyib canımızı qurtarmalıyıq. (İçimizdə kim bu ağır, öldürücü səfehliyin moda ola biləcəyini, onların yuxarı başa keçəcəyini təxmin edə bilirdi).
   
   Bizi ədəbiyyatdan az qala iyrəndirən bu insanlar ədəbiyyat dərgilərinin və ittifaqların başında. Yüzlərcə çıxışlar, yüzlərcə toplantı. Bu zır dəlilər oxucusuz ədəbiyyatı moda mindirib rahat oldular. Kütlələri ədəbiyyatdan soyudub ədəbiyyatı özü və bir neçə pozuq dostlarının himayəsinə aldılar. Axmaq və tərbiyəsizlər. Faciələrin, rəzilliyin özüdü ki var!
   
   BAX, ELƏ BUNLARI ANLATDI

TƏQVİM / ARXİV