ORALARDA KiMLƏR VAR: NiHAT GENC - 1

TOFİQ ABDİN
21295 | 2008-11-12 00:22
Oxuyacağınız bu yazını inanın ki, elə özüm yazmış kimiyəm. Yəni insafım olmasaydı, Nihat Gencin bu yazısını eynən bizim ədəbiyyat camiəmizə aid eləyib çox kiçik bir dəyişikliklə çap etdirə bilərdim. Amma insafım yol verməz belə şeylərə və məni tanıyanlar bir çox zaman deyirlər: nə varmış ki, internetdən götürüb ora-burasını düzəldib təqdim etməyə. Elədisə durun irəli. Baxın, Nihat Gəncin bu yazısı məhz ədəbi camiəmizin ağrılarını ifadə edən bir yazı olaraq son dərəcə ağıllı və və zərif bir yazıdır. İstərsiniz onun qəhrəmanı şair Şükrü əvəzinə Nəcəf yazın və ya Haşım yazın. Heç bir fərqi yoxdur. O qədər yaxın duyğular və yaxın ağrılar ki, həqiqətən məəttəl qalırsan bu dərdlərin eyni olmasına. Halbuki, bu yazının yazıldığı Türkiyə artıq çox böyük bir inkişaf yolu keçmiş və onun ədəbiyyat dünyası bizim sancılarımızı çox-çox illər öncə yaşamış. Yaşamış yaşamağına, ancaq demək sancı hələ də davam edir. O qədər yaxın hisslər ki, TÜRKİYƏNİN APTALLARI eynən bizim AZƏRBAYCANIN APTALLARI kimi, ya da bizimkilər elə onlar kimi. Oxuyun və bu heyrətamiz bənzəyişi özünüz görün. Ürəkdən tikan çıxaran fikirlər və açıqlamalar.
   
   ***
   
   Kitab fuarında yüzlərcə şairin ismi və onlarla şair gəlmiş bura özünü göstərməyə. Bir çoxunu şəxsən tanıyıram.
   
   Bir mağara adamı onlar. Cahil, oxumamış və nadan. "BU İNSANLAR NƏDƏN BU QƏDƏR CAHİL VƏ DÜNYADAN XƏBƏRSİZ" sualının cavabı bizim boynumuza düşür. Adını belə deyək: məsələn, Şükrü. İyirmi ildir tanıyıram. Gül kimi gənc bir çocukdu.
   
   İlk yazdığı şeirləri bilirəm. Həyəcanla, çəkinə-çəkinə mənə oxuyardı, mən də ədəbi bir yumşaqlıqla "kağıza tökülən kəlmələrinin ömürləri uzun olsun" - deyə dadlı-dadlı danışırdım. Yanıma gəldiyində təmiz üzüylə bir gözəllik gətirirdi, dəri çantası həmişə dolu olardı. Canını dişinə tutub dəli kimi kitab oxuyur, mənim dünyamın ən yaxın, ən dadlı dostu idi.
   
   Sarmaşıqlar, ağac yarpaqları, kölgələr, axşamlar, tənhalığı sevən insanlar, uzaq səmtlər, əski kitablar, incik qadınlar, sınıq qəlblər - hamısıyla iztirablı və çox sıx bir dostluğu vardı. Deyəsən, şairliyə başlayırdı. Bir zaman sonra aramız pozuldu, sərt mübahisələrlə bir-birimizi baltalayaraq öldürdük.
   
   Şükrü şeir deyə tutdurmuşdu. Bir neçə dərgi sahibi tərəfindən üzünə yaxşı baxılmış, müştəbehlənmiş, bütün həyatı məhv olmuşdu. Bugünkü kimi xatırlayıram, əlində Enis Baturun şeirləri, mənim mədəm pozulurdu gərəndə, o isə dünyanın sirrini açmış kimi oxuyurdu.
   
   "Qadağalar enəcək pələtin qapısından.
   
   Məcbur deyil.
   
   Qum saatı böyrü üstə yıxılıb.
   
   Göz uzaqların o tərəfini axtarır.
   
   İp düyüm düşüb,
   
   dünyanın qarmaqarışıq çevrilişini axtarır.
   
   Artıq bilirik biz biliksizlər.
   
   Sözün hökmü yox.
   
   Amma zamanın önünə qoyduğu
   
   ardımızda buraxdıqlarına oxşar.
   
   Hər deyim bir susqu bütününə hazırlıq gerçəkdə..."
   
   Gülməkdən şalvarımıza ...şədiyimiz bu səfehləmələrə Şükrü nəyə görəsə çox inanırdı. Keşkə gülüb keçə biləcəyimiz bir xəstəlik olsaydı. İndi bu səfeh adamlar bütün dərgiləri işğal etmişlər, boğazacan manyaklıq, yüzlərcə gənci yurd-yuvasından etdilər.
   
   Şükrüyə bağırıram: "ŞÜKRÜ, BUNLAR MAN-YAKLIQ, OXUMA, O

TƏQVİM / ARXİV