adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:iBRAHiM TƏNƏKƏçi

TOFİQ ABDİN
16957 | 2008-11-05 04:36
İbrahim Tənəkəçi beş il aradan sonra yeni bir şeir kitabı çap etdirib. Tənəkəçi yetimlərin, yoxsulların, zəhmətkeşlərin səsidir. Onun Türkiyənin gerçəklərinə güzgü tutan "Ağır Müsafir" kitabı sözün həqiqi mənasında dəyər veriləsi bir kitab
   
   Xədicə Sakadan uyğulama
   
   Şair İbrahim Tənəkəçinin yeni şeir kitabı "Ağır Müsafir" (Profil Yayınları) kitabı çıxdı. Daha öncə "Üç Köpük", "Pəltək Vaiz", "Gözəllik Yuxusu", "Gedərkən Söylənmişdir" adlı şeir kitablarına imza atan şair "Ağır Müsafir"də də bəxti gətirməyənlərin, kimsəsizlərin səsi olmağa davam edir. Yetimlər, kasıblar, zəhmətkeşlər, gənclər, nənələr və dədələri misralarında yaşadan Tənəkəçi kənddən şəhərə - şəhərdən kəndə gediş-gəlişlərin acısını və ümidini anladır. "Artıq şeir misralarla deyil, kəlmələrlə, hətta hərflərlə yazılır" - deyən şair modern şeirdə istifadə olunan hər kəlmənin, hərfin hesabının verə bilinməsinin vaxtı çatdığını vurğulayır.
   
   "Su Səviyyəsi", "Həyat Şərtləri" və "Düzənli Birliklər" kitabın fəsilləri. Amma şeirlərin hamısı bir-birinin davamı kimi... Nə deyərsiz?
   
   - Beş illik bir çalışmanın sonucu olan "Ağır Müsafir" kitabı qırx şeirdən ibarətdir. Və bu qırx şeiri insan həyatı kimi üç mərhələyə böldüm. İnsan həyatındakı üç mərhələ necə bir-birinin davamıdırsa, kitabdakı şeirlər də eləcə... Hər şeir kitabımı bir mövzu ətrafında yazmağa çalışıram. Bütünlüyün bir səbəbi də bu ola bilər. "Ağır Müsafir"də də məlumunuz olduğu kimi, insanı və ətrafını anlatdım. Birinci bölümdə daha çox özümü ifadə edən şeirlər var. İkinci bölümdə qız və oğlan uşaqları, yetimlər, gənclər, nənələr və dədələr, fağırlar, zəhmətkeşlər var. Üçüncü bölümdə isə iki şey birdən: birincisində - şəhərlə kənd arasına bir körpü qurdum. Biri, ya da biriləri, kənddən şəhərə, şəhərdən kəndə gedib-gəlir. İkincisində şəhərdəki və kənddəki həyatı anlatmağa çalışdım. Şəhər həyatına "düz yürüş", kənd həyatına "tozlu yürüş" deyərək; "Əmtəə" başlıqlı şeiri şəhər xanəsinə, "Bərəkət" adlı şeiri isə kəndin xanəsinə yazaraq bir az vəziyyəti araşdırmaq istədim. Nəticə etibariylə "Ağır Müsafir"dəki şeirlərdə insan, o insanın ətrafındakı digər insanlar və insanların yaşadığı yerlər var. Fəqət, hamısı birlikdə yalnızdırlar və beləcə yaşamağa davam edirlər.
   
   - Bir şeirinizdə "Daima üzülürsən, şair sən" deyirsən; sizi üzürmü şair olmaq?
   
   Oktavio Paz şeir üçün "bir tikə zəhrimar" deyir. "Uçuş tərcrübələri" adlı kitabımda isə şeirlə bağlı bunu demişəm: "Şeir həyatımı pozdu mənim deyəcəkdim, demədim".
   
   Bir şair şeiri reklam ajansı olaraq görmürsə əgər, şeir yazaraq iki şey birdən eləmiş olar: həm dərdini, sərini, həm də iddiasını ortaya qoyar. Bu isə asan bir şey deyildir. İnsanın canını yaxar, sıxar... və sairə. Bir kəlmənin başına gələ biləcək ən pis şey, o kəlmənin şeirdə trafaret şəklə düşməsidir. Gül ki, bülbül kimi, sevda kimi... Fikrimcə, bu cür kəlmələrə yeni anlamlar verməyə çalışdım. Yenə adı şairlərlə anılan bəzi kəlmələr vardır. "Gümrah" deyincə İsmət Özəl, "ÇİLƏ" deyincə Nəcip Fazil yada düşür. O kəlmələri işlətməyə, istifadə etməyə çalışdımsa, onlardan daha yerində istifadə etmək istədim. Bir də bəzi kəlmələr başlı başına şeirdi. Məsələn, "gəlincik" kəlməsi... Bu kəlməni istifadə edərkən mövcud şeiriyyətin əsiri olmamağa çalışdım. Artıq şeir misralarla deyil, kəlmələrlə, hətta hərflərlə yazılır. Modern şeirdə istifadə etdiyin hər kəlmənin, hərfin hesabını verə bilməlisən. Söz də bir avtomobil, ya da bilgisayar kimi daima yeniləşir. Sözün də daima bir üst modeli çıxır. Əlli sənə öncə yaşaya bilmək üçün ortabab olmaq yetərliydi. "Yaxşı olmaq azdır!" Bax, bunlar və bunlara bənzər onlarca şey şeiri bir anlamda "zəhərli bir tikəyə" çevirib. Bunun əvəzində çox şükür ki, Türkiyədə gözəlliyin ölçüsü hələ şeirdir.
   
   İbrahim Tənəkəçi böyük şeiri aramağa daha nə qədər davam edəcək?
   
   İlk şeirimi tam iyirmi sənə öncə bir əyalət qəzetində çap etdirdim. O gündən bəri "böyük şeiri" axtarıram. Axtarmaqla tapmaq olmur, fəqət, tapanlar də məhz axtaranlardır... Şeirlərimi Mustafa Kutlu xocama ilk gətirdiyim zaman yanılmıramsa 1992-ci ilin sonlarıydı, "bu işlər bəxt məsələsidir" - demişdi. Bu sözü heç unutmadım. Şeirdən nəsibim nə qədərdirsə, o qədər alacam. Planlar, projelər qarşısında hey bunu söyləyirəm: "Ya bu gecə ölürsəm?"
   
   ANLAT DEDİM A

TƏQVİM / ARXİV