ORALARDA KiMLƏR VAR:ƏNVƏR PAŞA

TOFİQ ABDİN
19797 | 2008-10-22 01:19
08 oktyabr 2008-ci il ƏDALƏT qəzetindəki RAŞİD BƏYİN "VƏFA"sı yazımızdakı ön sözdə deyilirdi: 90 il əvvəl türk əsgərlərinin Bakını və Azərbaycanı qətliamdan xilas etməsinə həsr olunmuş yeni bir bəlgəsəl çəkilmişdir. Bəlgəsəl keçdiyimiz günlərdə Türkiyə Böyük Elçiliyində nümayiş etdirildi. Bu əlamətdar gündə Ənvər Paşanın nəvəsi də filmin nümayişi vaxtı seyrçilərin arasında idi.
   
   Türkiyəli yazarlar Mehmet Fatih Öztarsu və Hakan Boz bizim qonağımız olan Ənvər Paşanın həmin nəvəsi Arzu xanım Ənvərlə görüşmüş və bir neçə suala ondan cavab almışlar. Birinci düşüncədən olan bu cavabların bizim üçün də maraqlı ola biləcəyini nəzərə alıb oxucularımıza təqdim etməyi məsləhət bildik. Söyləşini bəyənərək və ibrətlə oxuyacağınız ümidiylə.
   
   
   
   ***
   
   
   
   - Ənvər Paşa kimdir? Şəxsiyyəti və xarakteri haqqında bizə nələri söyləyə bilərsiniz?
   
   - Atam Ali Ənvərin atası, yəni dədəm Ənvər Paşa Osmanlı dövlətinin son dönəmində yetişən qəhrəmanlardandır. Avropalıların XƏSTƏ ADAM deyə dəyərləndirdikləri bu adam möhtəşəm dövlətimizi cəsur və radikal fikirləriylə keçmişdə qalan görkəmli günlərinə döndərmək məqsədiylə böyük bir mübarizə içində yaşamışdır. Qərarlılığı, cəsarəti və bacarığı ona böyük uğurlar qazandırmış, bu uğurlar ölkəsinə uluslararası şöhrət gətirmişdir. Ordusuna və dövlətinə layiq bir lider olmuşdur. ƏNVƏR PAŞA BİR CƏNGAVƏR OLARAQ DO

TƏQVİM / ARXİV