ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
15748 | 2008-10-08 13:33
NURSELİ İDİZ KİMDİR?
   
   
   
   6 oktyabr 1960-cı ildə İstanbulda doğuldu.
   
   Ankara Dövlət Konservatoriyası Teatr və Hacəttəpə Universiteti Arxeologiya və Sənət Tarixi bölümündən məzun olan sənətçi 1981-ci ildə AST-də çalışaraq sənət həyatına başladı. Ankara və İstanbul Dövlət Teatrlarında və İstanbul Şəhər Teatrında aparıcı aktrisalardan biri oldu. İndi də teatrın aktrisalarından biri olaraq adı keçir və kinoda, seriallarda çəkilir.
   
   
   
   MÜKAFATLARI
   
   
   
   7-ci Ankara Film Festivalı, 1995, ən yaxşı qadın roluna görə;
   
   7-ci Sədri Alişıq adına mükafat, 2002, ən yaxşı yardımçı qadın roluna görə;
   
   16-cı Siyad Türk Kinosu mükafatı, 1994, ən yaxşı qadın roluna görə;
   
   
   
   TAMAŞALARI VƏ FİLMLƏRİ
   
   
   
   Can - 2006
   
   Biri varmış, biri yoxmuş - 2005
   
   O indi məhkum - 2005
   
   Şöhrət - 2005
   
   Şeytan Süfrəsi - 2004
   
   Bir Ulduz tutuldu - 2003
   
   Sərsəri aşiqlər - 2003
   
   Baldız gəlirəm deməz - 2002
   
   Qanlı qar - 2002
   
   90-60-90 - 2001
   
   Dünya varmış - 2001
   
   Mənim üçün ağlama - 2001
   
   Bayquşların səltənəti - 2000
   
   Ağ yalanlar - 2000
   
   Dəliqanlı - 2000
   
   Lift - 1999
   
   Salxım xanımın dənələri - 1999
   
   Rüzgar gülü - 1999
   
   Qəhbə Bizans - 1999
   
   Böcək - 1995
   
   Qız qalası aşiqləri - 1993
   
   Gecə yolçuluğu - 1987
   
   
   
   
   
   ÇOX DANIŞIRSAN,
   
   BAŞIM ŞİŞDİ
   
   Uzun müddətdən bəri Türkiyənin gündəmini tutan "Ergenekon" davasının səhifələrindən birini də bu ölkənin ən gözəl aktrisalarından Nurseli İdizin məhkəməyə aparılması doldurdu. Nurseli xanım əfəndi sorğulama anlarını AXŞAM qəzetinə danışdı.
   
   "Ergenekon" əməliyyatında 4 gün həbsdə qalan sənətçi Nurseli İdiz "Ergenekon"un nə olduğunu ora aparılandan sonra bildiyini sözlərinə əlavə edərək dedi: "Cümhuriyyət Qadınları projemizi" anlatdıq. Bəyəndiklərini söylədilər".
   
   ***
   
   
   
   - Necə oldu ki, sizi də tutdular?
   
   - O sabah 06.30-da gəldilər. Heç gözləmədiyim bir şeydi. Hətta Osman Müftüoğlunun klinikasına sağlamlıq haqqında arayış almaq üçün gedəcəkdim. Evdə 4-5 saat axtarış apardılar. Sonra da alıb götürdülər. Ardından Ədliyyə Tibb Mərkəzinə getdik. Müayinə elədilər. Çox pis olmuşdum. Zordu. Allah kimsənin başına gətirməsin.
   
   - 12 sentyabr vaxtı da belə şelər olmuşdumu başınızda?
   
   - Belə bir şey ilk dəfəydi ki, başıma gəlirdi. Heç bir təcrübəm yox. Amma 12 sentyabr və 12 martda da bir şeylər yaşadım. 3 nəsil çevriliş görmüşlərin uşağıyıq.
   
   - Evinizdən hansı sənədləri aldılar?
   
   - Prizma proqramının CD-lərini, canlı yayın kasetlərini, seriallardan çəkilişləri aldılar. Mobil telefonumu götürdülər. Daha sonra verəcəklərini söylədilər.
   
   - Sorğu əsnasında "Silah üstündə tutulmuşam?" - kimi bir sualla təlaşlanmısınız?
   
   - "Ergenekon" hadisəsindən tutulduğumu söylədilər. "Mən də silah qaçaqçısıyam?" kimi bir zarafat elədim. Artıq zarafat da eləməyə qorxuram. Mənim silah qaçaqçılığı ilə nə əlaqəm?
   
   - İçəridə olduğunuz müddətdə nələr yaşadınız?
   
   - 3 gün heç bir şey soruşmadılar. 3-cü gün tezdən sorğulama başladı. Bütün suallara cavab verdim. Çox normal yanaşdılar. Kütləvi cinayət işləri ilə məşğul olan mütəxəssislərin hamısı çox mədəni insanlardı. İndi ayrı bir Əmniyyət Təşkilatı var artıq qarşımızda. Ünlü olduğumuz üçün xüsusi bir yanaşma-zad yox idi. Gördüklərimdə insanlığa yaraşmayan artıq heç bir şey hiss etmədim. Beş dəqiqədən bir gəlib halımızı soruşurdular: necəyik. "Yaxşı ki, məni apardılar"-deyə sevinirəm. Yalnız polislərin sabah 6-da əllərində kameralarla yataq otağına girməsi çox ağır bir psixoloji vəziyyət.
   
   - Tutulmadan öncə "Ergenekon"a münasibətiniz necəydi?
   
   - Elə bir fikrim yox. Çünki dəlillər toplanır və hələ bir çox şey məlum deyil. Bir fikir söyləmək yanlış olur. Silivridə 20 oktyabrda başlanacaq mühakimədən sonra bir şeylər danışmaq olar.
   
   - Sizdən nə soruşdular?
   
   - Birbaşa məni təqsirləndirən bir səbəb yox idi. Projelərimiz, iş bağlantıları və işlərlə bağlı suallar verildi. Böyük bir açıq ürəkliliklə hamısına cavab verdim.
   
   - "Cümhuriyyət Qadınları" projesi barədə soruşuldumu?
   
   - Cümhuriyyət Qadınlarını uzun-uzun anlatdıq. Nə zaman başladı, projeyə kim maddi yardım edir, haralarda olduq. Bütün bu suallara bitdə-bitdə cavab aldılar. "Siyasi bir məqsədiniz varmı, yoxsa tam sənət məsələsi - deyə soruşdular. Mən də cavab verdim.
   
   - Proje haqqında onların fikri nə oldu?
   
   - Projeni maraqla izləyəcəklərini, onunla maraqlanacaqlarını söylədilər. Bu məsələdə başqa bir yanaşma yox. Hər şeyi soruşdular, hər şeyi. Amma güzgüyə baxıb özünüzü çırıl-çılpaq təmiz bir vətəndaş kimi görmək ən böyük xoşbəxtlik.
   
   - Yaxşı, bəs nədən sizi götürdülər?
   
   - Bax, bunun cavabını mən özüm də bilmirəm. Bəlkə onlar da bilmirlər.
   
   - Telefonlarınıza qulaq asıldığını təxmin edirdinizmi?
   
   - Yox, heç ağlıma gəlməmişdi. Zatən, texnika məsələrində bir az kəsirim var. Ya mənim telefonum dinləndi, ya da danışdığım adamların. Lazım olanları soruşdular.
   
   
   
   SEYHAN POLİS DEYİL
   
   
   
   - Seyhan xanım haqqında şantaj iddiaları barədə nə deyə bilərsiniz?
   
   - Bu çox axmaq bir şey. İnsanların şəxsi həyatlarını lentə alıb onları qorxutmaq insanlıqdan uzaq bir şey.
   
   - Sorğulanmanızda Seyhan xanımın keçmiş bir polis olması və MİT-lə əlaqəsi sizə bir şeylərdə təsir etdimi?
   
   - Seyhan keçmiş bir polis deyil. Sadəcə Polis Akademiyasından məzundur. Şəxsi işləriylə bağlı Akademiyadan uzaqlaşmış. Onun vəkili deyiləm, bir ildir tanıyıram, çox yaxşı bir menecer.
   
   - Sorğulama zamanı nə yediniz, nə içdiniz, nələr yaşadınız?
   
   Zordu, amma bizlər günlərlə səfərlərdə oluğumuz üçün çox ağır şərtlərdə yaşamağa öyrəşmişik. Hətta mən çox rahat, şikayət etmədən əsgərlik də çəkə bilərəm. Biz aktyorlar ağır yaşamağa öyrəncəliyik.
   
   
   
   HƏLƏ ŞÜBHƏ
   
   ALTINDAYAM
   
   
   
   - Bir neçə əsgəri personellə birlikdə gözaltına alınmanız təsadüfmü?
   
   - İzmir, Ankara və İstanbulda üç qrup alındı. Bunların biri-biriylə bir əlaqəsi varmı, yoxmu, bilmirəm. Bu əlaqənin olduğunu üzə çıxarmaq asan deyil.
   
   - Xalqın gözündə yenidən saf görünmək asan deyil.
   
   - Haqlısınız. Olan bu ki, şübhə altındayam. Hələ tam sərbəst deyiləm. Özümü o yerə qoymamağa, olanlara ayıq bir gözlə baxmağa çalışıram. Əmniyyət güclərinin söylədiyi "Bir sıra dəlillərimiz var"- sözləri havayı deyil. Zatən, orada axan sular durur. Yenə ifadə verməyə çağıra bilərlər.
   
   - İş bitəndən sonra nə elədiniz?
   
   - Tanrının yumruğu yox. Həyatınızdakı ən kiçik şeyin belə nə qədər dəyərli olduğunu, bir su şüşəsindən su içmənin nə qədər önəmli olduğunu anlayırsınız.
   
   
   
   "BURADAN ÇIXA BİLƏCƏYƏMMİ" - dedim
   
   
   
   - Əlavə tutuqlama istənincə nə düşündünüz?
   
   - Düşündüm ki, görəsən buradan çıxa biləcəyəmmi? Psixoloji olaraq çox sağlam olmanız lazımdır. İnsanın səbrini tarıma çəkən şeylər.
   
   - Nəydi günahınız?
   
   - Günahkar olmadım, sadəcə suallar soruşdular. Gəldiklərində Ergenekon məsələsi deyə rəsmi bir sənədlə gəldilər. Zatən, Ergenekonun nə olduğunu sənə verilən suallardan sonra başa düşürsən. Onun nə olduğunu anlayırsan.
   
   - Nəymiş bu?
   
   - Yox, bunu deyə bilmərəm. Onlar da bir şeylər demirlər. Onların soruşduğu suallara cavab verməkdən başqa haqqınız yoxdur. Sadəcə bu soruşdurmanın Cümhuriyyətə qarşı bir hərəkət olaraq görünməməsi lazım.
   
   
   
   HAKİM ÖZ "ARTIQ QAFAM ŞİŞDİ" - dedi
   
   
   
   - Sizi kim danışdırırdı?
   
   - Hakim Özlə də görüşdük. Son dərəcə ağıllı və zarafatcıl bir insan.
   
   - Sizlə zarafatlaşdımı?
   
   - "Çox danışırsınız. Artıq qafam şişdi" kimi zarafatlar elədi. Çox ağıllı, zəki bir insan.

TƏQVİM / ARXİV