adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

"Eşq və şərab"

ƏBÜLFƏT MƏDƏTOĞLU
25591 | 2014-03-31 11:31

Yolummötəbər təşkilatlardan birinə düşmüşdü. Həmin o təşkilatda diqqətimi yeni nəşrlər çəkdi. Marağımı nəzərə alan "ev"sahibləri kitablara toxunmağıma razılıq verdilər. Mən də bu fürsətdən istifadə edib bir neçə kitabı gözdən keçirdim. Düşünmsəyin ki, burda mən nəyisə şişirtmək və yaxud sözün başqa birçalarından istifadə edib indiki iqtisadidurumu qılınclamaq istəyirəm. Xeyr, sadəcə, bir gerçək var: o da həqiqi, dəyərli kitabları əldə etmək istəyənlərin maddi durumunun qənaətbəxş olmamasıdı. Yəni kitab oxumaq, kitab əldə etmək istəyən həmin o durum üzündən sıxıntı yaşayır. Durumu,sıxıntısı olmayanlar isə kitabın yanından ötübkeçir... Nə isə...

Bəli, həmin kitablar arasında diqqətimi "Eşq və şərab" çəkdi. Doğrusunu deyim ki,kitabın üz qabığı bir qəribə nostalji duyğular oyadırdı məndə. Elə bilirdim ki, hansısa qədim bir kitabı, qədim bir əlyazmanı əlimə götürmüşəm. Kitabın naşiri Umud Rəhimoğlu kitabın tərtibatına xüsusi önəm verib. Yəni kitabın içi ilə çölü, bir az da açıq desəm, söz yükü ilə görüntü yükü bir oxucukimi məndə həm bütün mənalarda çəkidə ağır və bütün mənalarda da görünüşündə sanballı təəssürat yaratdı. Dərhal müəllifin adını oxudum:
- Şaiq Vəli...
Hə, artıq hər şey mənə bəlli oldu. Bildimi ki,Umud Rəhimoğlu və kitabın redaktoruİbrahim İlyaslı bu müqəddəs işi görəndə nələri nəzərə alıb, nələrə söykənib və nələri qabardıblar.

Mən "mən" olmaq istəmirdim,
Açıb-solmaq istəmirdim,
Bir də gəlmək istəmirdim,
Bir ulu eşq ilə gəldim!

Bu misralar ən daşürəkli, ən duyğusuz oxucunun da mütləq yaxasından tutub silkələyəcək və mütləq onu məcbur edəcək ki, söz dünyasına, bupoeziya aləminə baş vursun, oxusun, kövrəlsin, düşünsün. Və görsün ki, bu dünyadabir Şaiq Vəli olubdu. Həmin o Şaiq Vəli bu dünyaya gəlmək istəməyib. Amma onu bu dünyaya gəlmək istəməyən bir ilahi eşq olub. Və o da həmin o ilahi eşqin iradəsinə tabe olaraq sözündən çıxmayıb başını aşağısalıb gəlib bu dünyaya. Və gəlib görüb ki:

Dünya mənə çoxdan soyuq,
Dünya məndən çoxdan doyub...
Ölümə bir şey qalmayıb -
Gecikib ölüm ağlayır.

Və yaxud:

Haqqın dərgahı, taxtı...
Halın halı var, vaxtı..
Qorxun ölüm idi - yoxdu
Mübarək, mübarək!

Mən Şaiq Vəliylə çox həmsöhbət olmuşam. Xüsusilə Tahir bəyin redaktoru olduğu və bir zamanlar çox hay-küylə oxucu auditoriyası qazanan "Proloq" qəzetinin yerləşdiyi otaqda... Həmin o söhbətlərin də mövzusu həyat, ədəbiyyat, insanlıq, cəmiyyət və bir də yaşadığımız, məhkum olduğumuz durum...
İndi bunları xatırladıqca istər-istəməz içimdə bir sızıltı başqaldırır. O da Şaiq Vəlinin dünyadan vaxtsızköçünə səbəb olan həyat sıxıntıları idi. Həmin sıxıntılar şairin ürəyini içəridən sorğusuz-sualsız didib-parçalayır, onun ömrünə balta çalırdı. Amma buna baxmayaraq, Şaiq Vəli yazırdı:

Boyumuz Tanrıya doğru
boylandı,
Gözümüz,
Könlümüz gözəlliyə sarı...
Hələ daha oxumamış
Tanrının böyüklüyünə
Şeirlər yazdıq,
mahnılar oxuduq
Aman, qara qaşlar,
Aman, qara gözlər, aman!

Və şeirin sonundavurğulayır:

Alınmaz qapqara vətən torpağı,
Könlümüz göy üzü kimi...
Əyilə-əyilə ürəyimizin üstə
Bir ömür yol gəlirik
Üzü gözəlliyə sarı
Çiçəklər günəşə, yağışa
Kəpənəklər işığa sarı öldüyü kimi
Ölərik üzü gözəlliyə sarı -
Tanrının yaratdığı özündən gözəl...

Şaiq Vəlinin "Eşq və şərab" kitabınıoxuduqca dünyanın namərdliyini qınamaq, onaüsyan etmək istəyi də keçirdi ürəyimdən. Amma Şaiqin şeirləri buna imkan vermirdi və poeziyanın dili ilə günahın dunyada yox,dünyanın başına kəndir salan, ona corab hörən namərd insanlarda olduğunusöyləyirdi mənə. Həmin o fikirlərin işığında bu misralar məni susmağa və onun ruhuna salavatçevirməyə çağırırdı.

Əyrilək, itək əyrilikdən
Sıyrılaq, ötək sıyrılıqdan...
Ayrılaq, gedək ayrılıqdan,
Ölək, ölümdən gedək...

Və yaxud:

Qismətin yer üzündə əvvəl yaranıb,
Göz yaşın gözündən əvvəl yaranıb,
Başdaşın özündən əvvəl yaranıb,
Alın yazısı var, tale var, var..

"Eşq və şərab" kitabını oxuyubbaşa çıxandan sonra onu bir kənara qoyub nəşriyyatın yeməkxanasına düşürəm. Müştərilərə xidmət edən cavan oğlan mənə yaxınlaşır. Yüz qramsifariş verirəm... Gözlərimin qabağında ilahi bireşq və onun ağrılarına dözüm kimi qəbul olunmuş şərab! Məncə, indiki məqamda, yəni sözün göylərə qaldırdığı yaşanmış bireşqi yalnız şərabla bir balaca ovutmaq olar. Yalnız ovutmaq...
Hə, imkanınız olsa, bukitabı siz də oxuyun. Onda özünüzün də, elə Şaiq Vəlinin də ruhu şad olacaq. Mən bunu özümdə hiss etdim.

P.S. Şaiq Vəlinin vəfatından sonra bu kitabıaraya-ərsəyə gətirən hər kəsə, xüsusilə naşir Umud Rəhimoğluna, redaktorİbrahim İlyaslıya və bütövlükdə "Avraasiya Press" nəşriyyatının əziyyəti olan əməkdaşlarına təşəkkür edirəm. Təbii ki, oxucu olaraq.

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV