ANA SƏHİFƏ / YAZARLAR

MUSTAFA ÇAVUŞ ÇİFTLİYİ

40180    |   2014-03-29 08:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Kənd həyatı" jurnalında çalışdığım vaxtlar idi. Gərək ki, 1990-cı ilin noyabr, bəlkə də dekabr ayı. Türk qardaşlarımızla nəinki tez-tez görüşmək, gediş-gəliş, hətta iş birliyi yaratmaq da asanlaşmışdı, şirinləşmişdi, gözəlləşmişdi. Bir tərəfdən də "Bütün ölkələrin proletarları birləşərək" sosialist quruluşunu, kommunist ideologiyasını çökdürmək, yalana çıxarmaq əzmindəydi. SSRİ adlı nəhəng bir ölkə öz içindən silkələnirdi. Bütün bunların ən ağır zərbələrindən biri Azərbaycana dəysə də, bu təlatüm çox müəmmalı və qeyri-müəyyən fassiyalı orqanizmə bənzəyirdi. Çünki ölkədə baş verən hər hansı bir etirazı və müstəqillik arzulu şüarı "tərsinə yazmaq və oxumaq" üçün rəhbərliyə bir, uzaqbaşı beş saat vaxt yetərdi. Ancaq bu böyük və möhtəşəm ölkədə, eləcə onun respublikalarında xalqın və rəhbərliyin möhkəm birliyi sayəsində mitinqlər, etirazlar, dolayı qəhrəmanlıqlar bir məqsədə yönəlmişdi - rejimin süqutuna! Ölkə rəhbərliyi və xalq daha sıx birləşərək SSRİ-ni mümkün qədər dinc yolla yıxmaqdaydı...
Allah köməyi olsun, bu Mustafa bəy kimdirsə, gör bir mənə hansı illəri yenidən necə xatırlatdı.
Hə, "Kənd həyatı" jurnalında çalışırdım. Türkiyədən gəlmiş inşaatçı qardaşlarımız gərək ki, respublikamızda səhv etmirəmsə ilk, ola da bilsin ikinci kərpic zavodunu Göyçay rayonunda tikməyə başlamışdılar. O vaxtlar indiki kimi deyildi. Bu hansısa Azərbaycan-Türkiyə cəmiyyətlərindən birinin xeyir-duası ilə dövlət səviyyəsində mümkünləşmişdi. Həmin zavodun tikintisindən qardaşlığın tərənnümü mövzusunda məqalə hazırlamağı qərarlaşdırdıq. Redaksiyanın fotoqrafını özümlə götürüb şəhər civarındakı obyektə yollandım.
Burada mühəndis Əli Cansevərlə, bizim inşaat terminləri ilə yazsaq, iş icraçıları, fəhlə və texniki heyətlə, sifarişçi təşkilatın nümayəndələri ilə görüşüb tanış oldum. Qəzetdə verdiyim bu köhnə fotoda türk inşaatçılarının yanında məni də asanca görə bilərsiniz. Ancaq bircə fərq var ki, saçlarım onda qapqara idi...
Zavodun hansı məhsullar buraxacağını, bizim ənənəvi inşaatda bu məhsulların yerini, sərfəliliyini və digər məsələləri öyrənməklə yanaşı, xammal məsələsi ilə də maraqlandım. Cəmiyyətin Azərbaycan nümayəndəsi əli ilə qarşı tərəfi göstərərək dedi ki, "odeey, xammal! Qarabaqqal dağları..." Bu o demək idi ki, Böyük Qafqazın cənub ətəklərinin son silsiləsinin kiçik təpəliklərinin Qarabaqqal kəndi ərazisindəki hissəsi torpaq tərkibi sarıdan ən əlverişli xammal bazası hesab olunub. Əsasən də gilin qatılılıq tərkibinə görə.
Məqaləni təmtəraqla hazırlayıb dərc elətdirsəm də, bu xammal məsələsi məni bir az çaşdırmışdı. Zavod işə salındıqdan sonra hər il milyonlarla ədəd türk kərpici deyilən çeşidli məhsullar istehsal edəcəkdi və bu kərpiclərin torpağı Qarabaqqal dağlarından daşınacaqdı. Apardığım hətta sadəlövh hesablamaların özü də 10-15 ilə Qarabaqqal dağlarının eybəcər hala düşəcəyini, bəlkə də yox olacağını ortaya qoyurdu. Çünki zəhmli ekskavator və buldozerlər ən asan yolla dağı dağıdıb daşıyacaqdılar. Və işlər elə belə də başlanmışdı.
Sonralar Ekologiya və Təbii Sərvətlər Nazirliyimiz yarandı və nazirliyin rəhbərliyi bu şəkildə istismara icazə vermədi. Kim olur olsun, şərt belə idi ki, torpaq yalnız münasib yerlərdən qazılmalıdır.
Bu, artıq köhnə məsələdir və hələ ki, Qarabaqqal dağları öz görkəmini o dərəcədə itirməyib. Buldozerlər və ekskavatorlar dağları görünməz yerlərdən qazıyırlar.
...Bu günlərdə yolda maraqlı bir lövhəyə rast gəldim və elə həmin mənzərənin təsirindən də bu yazını qələmə aldım. Novruz bayramı günlərində Bakıdan Göyçaya Bakı-Şamaxı-İsmayıllı-İvanovka yolu ilə gəlirdik. İvanovkadan sonrakı 3-4 kəndi də keçib baş magistrala 400-500 metr qalmış yol kənarındakı həmin o qəribə lövhəni görüb maşını saxlatdım. Başım bir az qəzetlərə, telefona qarışdığından fikrimi dağıtmaq durumum bir az dumanlı kimi idi. Lövhəni oxuyuram: "Mustafa Çavuş çiftliyi". Öz-özümə: " Əfəndim, burası Türkiyəmi, burası Antaliyamı, yoxsa Adanamı?"
Öz sullarıma gülməyim gəlir. Axı yanımda heç kəs yoxdur. Sükanın arxasından tərpənməyən sürücü Səbuhinin də vecinə deyil bu suallar və düşdüyüm vəziyyət.
Bura həmən o "Boz dağ" silsiləsinin elə bir ərazisidir ki, qarşıda Göyçayın məşhur Bığır kəndidir, arxada isə İsmayıllının hansısa bir kəndinin ucqarları görünür. Dəxli yoxdur, Mustafa Çavuş əfəndi bu torpaqların birbaşa sahibidir və ya icarəyə götürüb və ya nə isə... Məni düşündürən budur ki, çiftlik, yəni tarla adlanan ərazi dəmyə bir yerdir ki, burada da risk edib yalnız taxıl əkmək mümkündür. Ola olmaya. Mustafa Çavuş əfəndi bu çılpaq təpəliklərəmi aşiq olaraq Türkiyədən yol gəlib? Bütün bunları anlamaq və araşdırmaq halında deyiləm, arkadaşın özü bilən məsləhətdi. Hər halda o, ingilis, alman, yahudi alimi də deyil ki, buralarda urandan-zaddan tapıb "Nobel" alsın (sözgəlişi deyirəm, məsələn). Biz türklərdə elə fərasət haradandır? Odur ki, heç kəsdən heç nə soruşmadan, heç nə haqqında maraqlanmadan yoluma davam edirəm.
Ancaq ayrıca olaraq bir məsələnin də ağlımdan keçdiyini mütləq yazmalıyam. Düşündüm, görəsən mən də bir az pullanıb Türkiyədə çiftlik ala bilsəm və oranı məsələn, "Nikitin adına kolxoz" adlandırsam sevimli qardaşlarım buna necə baxar?

P.S. ...Və qeyd etməyi özümə borc bilirəm ki, ölkəmizdə sosialist mülkiyyəti çoxdan ləğv olunsa da, istisna hal kimi İsmayıllının İvanovka kəndindəki Nikitin adına kolxoz elə əvvəlkitək fəaliyyətdədir. Ekzotik şəkildə deyil, əməlli-başlı oraq-çəkicli kollektiv təsərrüfatdır... Rentabelli!

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK