ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
13441 | 2008-04-02 00:47
?ncə bir xəbər:
   
   Vasili Aksyonovun beyninə qan sızıb (insult)
   
   Məşhur yazıçı xəstəxanaya aparılıb
   
   Xəbər Yelena Şeremetyevadan tərcümə
   
   2008-ci ilin ilk günlərdə günortaüstü 75 yaşlı yazarın öncə qan təzyiqi yüksəlmiş, o bir kəlmə də olsun danışa bilməmiş, bu hal yazarın qohumlarını əndişələndirmiş, tərəddüd etmədən təcili yardıma müraciət etmişlər. Xahiş etmişlər ki, imkan olduqca tez gəlsinlər. Ancaq təcili yardım gələnə qədər artıq yazarın sağ tərəfi tamamilə hərəkətsiz hala düşmüşdür.
   
   Həkimlər onun insult olduğunu söyləmişlər və təcili olaraq yazarı Moskvanın mərkəzində yerləşən ən yaxınlıqda olan xəstəxanaya aparmışlar. Hadisə zamanı son dərəcə həyəcanlı görünən oğlu Aleksey və gəlini onunla birlikdə xəstəxanaya getmişlər.
   
   - Bura gətiriləndə o, bir şeylər hiss eləyirdi, ancaq danışa bilmirdi - demiş klinikada işləyənlər. Sol əliylə gəlininin əlindən tutmuşdu və sanki onu buraxmaqdan qorxurdu.
   
   Həmin an da tibbi müayinədən keçirilmiş və həqiqətən insult olduğu aydınlaşmışdır və sağ tərəfi tamamilə hərəkətsizdir. Onun üçün xüsusi otaq ayrılmış və müalicəsinə başlanmışdır. Məsələ bundadır ki, keçən ilin yayında yazıçı ürəyindən əməliyyat olunmuş və ürəyinə kardiostimulyator yerləşdirilmişdir.
   
   ***
   
   Onu "yeni şirin stil"in yaradıcılarından biri kimi tanıyırıq. Xeyirxah tənqidçilər məhz YENİ sözünün üstündə möhkəm dururdular. Acıqlılar (istəməyənlər) isə ŞİRİN sözünə arxa çıxırdılar. Bu kəlmələrin arxasında nələr var? Daxilən BU ADAM kimdir?
   
   - Vasya, gəl məhəbbətdən danışaq.Turgenevin Viardosu vardı, Skott Fitceraldın Zeldası, Gertsenin Nataşası. Əgər həmin bu Nataşa olmasaydı onun dahiyanə kitabı "Olmuşlar və düşüncələr" yarana bilməzdi. Qadın yazar üçün nədir, kimdir? Yazıçı üçün həyat yoldaşı nə deməkdir?Yaradıcılığınızda elə məqamlar olubmu ki, siz bir qız və qadın üçün yazasınız?
   
    - Elə bir şey olmayıb. Amma mənə ilham verənlər olub. Bizim ən əsas məhəbbətimiz məncə Mayadır. Bilmirəm Maya özü buna necə baxır.
   
   
   
   "MAYANI VER MƏNƏ..."
   
   
   
    - Yaxşı xatırlayıram: Pitsundada Yaradıclıq Evində sən yanında "saman sarısı" saçları olan,ağbəniz bir xanımla peyda olursan, hər kəs içini çəkir, düşünürlər ki, Vasya Aksyonov sənədli kinonun məhşur yaradıcılarından Romen Karmenin xanımını qaçırıb...
   
   - Mən onu qaçırmadım. Bu məsələdən sonra hələ on il də o Karmenin arvadı olaraq qaldı.
   
   - Sən onunla tanış idin?
   
    - Yox. Mən bir dəfə "Krasnoyo strele" qatarında Pitere Romen Karmenlə birgə getmişdim. Onun arvadı haqqında eşitmişdim. Və mən ona dedim: doğrudanmı, sizin belə gözəl arvadınız var? O dedi: mənim xoşuma gəlir. Beləcə də dedi və hansı stansiyadasa düşdü.
   
    - Neçə yaşındaydınız?
   
    - Otuz iki, ya da otuz üç yaşım olardı. Evliydim.Arvadım Kira idi.Kira,oğlum Alekseyin anası.Aramız çox sərin idi.Baxmayaraq ki, qıraqdan baxana elə gəlirdi ki,biz xoşbəxtik,hər şey qaydasındadır.Uşaq doğuluna qədər belə oldu,sonra o kökəlməyə başladı.
   
    - Deməli belə çıxır ki, hər şey onun kökəlməsindən sonra başladı? Bu səni narahat edirdi?
   
    - Məni yox, onu narahat edirdi.O vaxt artıq mən tanınmış yazıçı idim.Gözümüz ayağımızın altını görmürdü... müxtəlif macəralar olurdu...
   
    - Deyəsən bu, tələbəlik illərindən başlanan bir evlilik idi?
   
    -Yox, mən artıq Piterdə Tibb İnstitutunu bitirmişdim. Və dostumla Karelyadaydıq, bizi idman,caz,daha başqa şeylər maraqlandırırdı. O mənə dedi: mən rəqs meydançasında bir qız gördüm.O, nənəsinə qonaq gəlibmiş,nənəsi köhnə bolşevikdi. 1949-cu ildən türmədə yatıb, 1956-cı ildə çıxıb.
   
   - Sənin də anan türmədə olub...
   
    - Mənim anam 1937-ci ildə tutulub.Ancaq Kiranın nənəsini Voznesenskinin məsələsinə görə yaxalayıblar.
   
    -Hansı Voznesenski?
   
    - Sovet İttifaqında bütün partiya işlərini idarə edən Andrey yox,onu tutdular və güllələdilər.Bir qohum gəlmişdi,o danışırdı,tək adamlıq bir kameradaymış, elə hey Stalinə məktublar yazırmış,yazırmış ki,mənim heç bir günahım yoxdur.Və günlərin birində Siyasi Büronun bir dəstə üzvü onun kamerasına gəlir, onları görən kimi Voznesenski bərkdən: mən bilirdim,dostlarım mənim, mən bilirdim ki, günlərin birində siz də mənim yanıma gələcəksiniz.Söz ağzından qurtarmamış Lazar Kaqanoviç qulağının dibinə necə bir şapalaq vurursa,qulaqları o tutulan tutulur.
   
   - Onlar niyə gəlmişdilər ki?
   
    - Sadəcə, məğlub olmuş düşmənə baxmaq istəyirdilər.
   
    - Bu bir sadistlikdi...
   
    - Kira Xarici Dillər İnstitutunu bitirmişdi,əcnəbi mahnıları çox gözəl oxuyurdu.
   
   - Sən də hayıl-mayıl olurdun.
   
    - Lap elədi.Sonra əyləncələrimiz olurdu.
   
    - Əyləncələr, yəni məhəbbət oyunları?
   
    - Sevgi oyunları.Belə şeylər yaradıcılıq evlərində tez-tez olurdu.Və belə günlərin birində biz Yaradıcılıq Evinə gəlirik Yaltaya.Orda Pojenyanla-mənim dostumla görüşürük.Oturub söhbət edirik,o, əlindəki qələmi təmizləyirdi.Bu vaxt Karmenin xanımı peyda olur...
   
    - Qələmi hazırlayırmış ki, indi bir roman olacaq?
   
    - Yox, o düşünür ki, onun başında bir roman olacaq.Karmenin xanımı gəlir və keçib Bella Axmadulinanın oturduğu stola yaxınlaşır.Bella ilə köhnədən dostluğumuz vardı.Bella mənə deyir: Vasya, Vasya, bura gəl,sən Mayanı tanıyırsanmı, vay, vay necə olub ki, sən onunla tanış deyilsən? Və Maya mənə bir baxır... bir baxır... yorğun bir görünümü var. Bu, o vaxtlar idi ki,Karmen infarkt olmuşdu və Maya bütün qışı ona qulluq eləyirdi,bir az düzələn kimi Maya Yaltaya gəlir.
   
   Bir az sonra hər şey dəyişir, Maya da bizə qoşulur.O da deyib-gülür.Yaltada ədəbiyyatçılar üçün ayrılmış bir gəmi vardı "Gürcüstan" adında. Onun da kapitanı Tolya Qaraqulya idi.O bir ədəbiyyat dəlisi idi,bizi bir yerə yığırdı, qonaqlıq verirdi.Və biz Maya ilə... Maya hər zaman stol hazırlayırdı,mən də çalışırdım ki, bir şeylər alım və ona yaxın olum.
   
   - İlk baxışdan vuruldun?
   
   - Elədi.Ona deyirəm: bax, görürsənmi, əsl kapitan kayutası, hər şey hazır vəziyyətdə, sabah arvadım da gedəcək. O isə deyir: biz daha yaxın olarıq. Pojeyanyan eşidir bunları və deyir: mən getdim.Gəmi dənizə çıxır.Biz isə Yaradıcılıq Evinə gəlirik.Kiranı yola salıram,qonaqlıq başlanır.Bella nəsə fikirləşir,gəzinə-gəzinə deyir: bilirsinizmi, mən eşitmişəm ki, bizdən əvvəlkilər burada şampan gizlədiblər,tapaq.Axtardıq və tapdıq.
   
    - Mayadan boşanmağınız, ayrılmağınız çətin oldu?
   
    - Boşanma deyilən bir şey olmadı ki... Çətin də olsa, əhli-kefin biri idi. Hər şey yavaş-yavaş baş verdi və hər şey də ortada idi.Cənubda dəfələrlə görüşlərimiz oldu,Moskvada da görüşürdük bəzən. Mən hələ Kira ilə yaşayırdım. Ancaq ayrılmışdıq.Təbii ki, asan deyil,amma Mayanı çox sevirdim.Biz sevgililər kimi həmişə bir yerdəydik.Xizək keyfinə, Soçiyə onunla birlikdə gedirdim.Birlikdə bir otaqda qala bilməsək də,pasportda kəbinimiz yox idi axı, amma hər zaman yaxın idik.Xaricə o, tək gedirdi, əlbəttə, mənə də əlinə düşənnən gətirirdi.
   
    - ?mrünüzün gözəl çağları idi?
   
   - Elədi. "Metrapol"lu günlərdi. Maya ilə mənim ətrafımda fırlananlar çoxdu, o, hər şeyi hazırlayırdı. Bütün bunlar Romen Lazaryeviçin ölümündən sonralar olub.Romen vəfat edəndə biz Yaltadaydıq,qızı telefon açdı və xəbər verdi.
   
    - Karmen Mayanı qaytarmaq üçün heç nə eləmədi?
   
    - O heç nə eləmədi, amma onun dostu vardı, Yulian Semyonov, o məni girinc eləmişdi ki, bəs, əl çək Mayadan. Ver onu.
   
   - Necə yəni ver onu. O, əşyaydı?
   
   - Vallah, elə beləcə də deyirdi.
   
   
   
   OLQA KUÇKİNADAN TƏRC?MƏ
   
   
   
   ( Davam edəcək)

TƏQVİM / ARXİV