adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
13907 | 2008-03-19 12:19
Uzun bir aradan sonra türk musiqisinə geri dönən Timur Selçuk siyasi görüşlərini hər zamankı kimi öz üslubuyca anlatdı: "İndiki hökumət ölkənin inanclarını sarsıdır. Türbanı öz məqsədinə çatmaq üçün bir vasitə olaraq istifadə edir" - dedi.
   
   Türk sənət musiqisinin əfsanə bəstəkarı Münir Nurettin Selçukun oğlu, musiqi dünyasının yaxşı tanıdığı Timur Selçukla görüşmək üçün Taksim Sıraselvilerdəki Çağdaş Musiqi Mərkəzinə gedirəm. Fotoqraflarını çəkdiyimiz zaman pianoda çaldığı kiçik parçalar Timur Selçuku hərkəsin onunla görüşməsi və onun ifasını dinləməsi qənaətimi daha da artırdı. Təbii, heç bir yerdə konsert vermir, bu da bir az onun ifasını şirinləşdirir. Son olaraq 1974-cü ildə verdiyi konsertdən sonra ilk dəfə Erol Evginin israrıyla "The Plaza" oteldə olan "Sky Bar"da üç gün canlı performans göstərən Timur Selçuk həm öz mahnılarını, həm də atası Münir Nurettin Selçukun mahnılarını səsləndirdi. Aldığı gözəl alqışlar və dəvətlər üzündən mart ayında yenidən canlı performans göstərəcəyini söyləyən Timur Selçukla söhbətimiz Türkiyənin ən böyük bəstəkarlarından Münir Nurettin Selçuk haqqında xatirələrlə başladı və çarşaba qədər uzandı.
   
   Ata M

TƏQVİM / ARXİV