XALQA YAXINLIQ VƏ YA UZAQLIQ...

TOFİQ ABDİN
16796 | 2008-03-15 00:17
ARA QARAYEV-90
   
   
   
   Əslində 2008 QARA QARAYEV ili olmalıdı
   
   
   
   Bir o qədər də aşina deyiləm yubiley şeyləri yazmağa. Və ruslar demiş: tembole, indiki mədəniyyət nazirimiz Qara Qarayevin əqrəbalarından sayılır. Yubiley günlərində ha yazdılar ...ha yazdılar. Olan işdi bunlar. Mən bu yazını yazarkən çətin günlər idi. Zor günlər idi. O çətin günləri yaşayıb bu günlərə gəlməyin özü bir TALE işidir. Bunu ona görə deyirəm ki, minnətsiz yazılan bir yazıdır, dəfələrlə əl gəzdirilib, dəyişilib, əlavələr edilib, bu yazı üstündə iş bir türlü bitməyib. Qara Qarayevin həyatı və musiqisi nə qədər canlıdırsa, bu yazı da gəncləşməyə və yaşamağa davam edəcək. Zaman-zaman dəyişəcək.
   
   Bu yazının qəribə tarixçəsi də var. Bunu yazı bitəndən sonra anladacam. Hələ o zaman Azərbaycan radiosu ilə MELODİYA radio klubunda QARA QARAYEV haqqında verilişimi dinləyən həmkarlarımdan biri demişdi: "Gərək Qara Qarayevdən o ki var yazsınlar. Təkcə ona görə ki, bu Adam ölkənin ən baş mükafatına - Lenin mükafatına layiq görülən iki azərbaycanlıdan biridir". Bu, həqiqət idi. Yazı çapa hazırladığım PUBLİSİSTİKA-1 kitabına daxil ediləcək.
   
   
   
   Maraqlıdır ki, həmişə özüm üçün müqayisə aparanda Qara Qarayev musiqisinin başqa sənət sahələrində qohumluğunu, Qarayev taleyinin paralelini gəzəndə, bu musiqinin başqa sənət janrla-rında "doğmasını" tapmaq istəyəndə belə düşünmüşəm /irəlidə bu barədə qısa yazmışdım/.
   
   Musiqidə Qara Qarayev nəydisə,
   
   Poeziyada Rəsul Rza eləydi...
   
   Rəssamlıqda Toğrul Nərimanbəyov eləydi...
   
   Teatr aləmində Cəfər Cəfərov eləydi...
   
   Bəlkə də bu adların biri o birindən əvvəl olmalıdı, bunun məncə elə fərqi yoxdu.
   
   Nədənsə mənə elə gəlirdi ki, bu yaradıcıları qəribə bir Tale, qəribə bir Xətt, Ziyalılıq, əsl, əsl Azərbaycanlılıq birləşdi-rir!
   
   Və yaşlaşdıqca bu daha qabarıq hiss olunurdu.
   
   4 oktyabr, 1974-cü il. Qara Qarayev:
   
   "Bu gün, bu saat mən dinləyicilərə daha yaxın olmağa, daha aydın olmağa çalışıram. Bəlkə buna görə də mən teatr və kino musiqi-sinə müraciət eləmişəm. Bu musiqinin dinləyici auditori-yası çoxdur. Bu mənə tam aydındır ki, seçicilərlə olan vaxtaşırı görüşlərim zamanı onların fikirləri, düşüncələri, qayğıla-rıyla tanışlıqdan sonra hiss elədim ki, yeni musiqi əsərlərimin forması da, özü də mənim üçün təzədi:mən bunu musiqi plakatı adlandırıram. Qeyd eləyim ki, bu heç də terminoloji bir fən deyil, mövzunu işləmək üçün yaradıcılıq prinsipidir: mövzunun özəyində bir aydınlıq, sadəlik, musiqi mövzusunun həllində bir plakatlıqdır...
   
   ...Bu kimi bir neçə əsər mənim yaradıcılığımda mühüm yer tutur və əgər bilmək istəyirsiniz bu mənim vətəndaşlıq kredomdur".
   
   Bu fikirlər 56 yaşlı Qara Qarayevindir.
   
   On il qabaq isə, 1964-cü ildə yaradıcılığının ən mübariz dövründə Qara Qarayev musiqisiylə səsləşən "Rənglər" silsiləsi kimi gözəl şerlərini yazan xalq şairi Rəsul Rza deyirdi:
   
   "Mən yolçuyam,
   
   mən yoldayam.
   
   Od nə çəkdi
   
   Küldən soruş.
   
   Hansı şerim,
   
   Hansı sözüm
   
   Yaşayacaq məndən sonra,
   
   Mən bilmirəm,
   
   Eldən soruş!
   
   Bu sətirlər 54 yaşlı Rəsul Rzanındır.
   
   Heç bir sübüt, heç bir dəlil lazım deyil ki, rəssam Toğrul Nərimanbəyov yaşı qırxı keçəndən sonra bir az ağsaqqallaşmış, bir az öz "narlarıyla", ölməz miniatürlərlə bu torpağa və xalqa aydın olmağa çalışmışdır.
   
   Axı, onu da bir vaxt mücərrədçilikdə haqsız tənqid eləyirdilər.
   
   Cəfər Cəfərov ömrünün gözəl çağlarında, gənclik illərində mübariz bir alim kimi deyirdi ki, görəsən bizim tənqidçilərimiz həyata nə vaxtadək qırmızı eynəkdən baxacaqlar?
   
   Bu daha cavan Cəfər Cəfərovun sözləridir.
   
   İndicə oxuyacağınız bu sətirlər isə yazıçı Anarın "Dünya bir pəncərədir" kitabındakı "Sənət yanğısı" oçerkindəndir:
   
   "Onunla /Cəfər Cəfərovla -T.A/ Moskvada olmuş işçilərdən biri aeraportdan qayıdarkən maşında danışırdı ki, Cəfərov Moskvada klinik ölüm keçirdi, indi onunla gələn tibb bacısı nəfəsiylə ona nəfəs verib, həyata qaytarıb. Vəsiyyət edib ki, nəvəmə mənim adımı qoyarsınız, bir də tetrın yüz illiyi bayram ediləndə məni unutmayın, axı mən hər halda bu teatr üçün bir iş görmüşəm. 15 yaşımdan səhnəyə aşiq olmuşam. 35 ildir ki, ondan ayrılmıram. MƏN ÇOX ŞEY İSTƏMİRƏM, AMMA TETARIN YUBİLEYİNDƏ YADA SALINMA

TƏQVİM / ARXİV