Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "O, BİZİM ŞÖHRƏTLİ OLMAĞIMIZ ÜÇÜN GƏRƏKDİR" -3 Adalet.az | "O, BİZİM ŞÖHRƏTLİ OLMAĞIMIZ ÜÇÜN GƏRƏKDİR" -3 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"O, BİZİM ŞÖHRƏTLİ OLMAĞIMIZ ÜÇÜN GƏRƏKDİR" -3

14377    |   2008-03-08 02:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

QARA QARAYEV-90
   
   
   
   Əslində 2008 QARA QARAYEV ili olmalıdı
   
   
   
   Bir o qədər də aşina deyiləm yubiley şeyləri yazmağa. Və ruslar demiş: tembole, indiki mədəniyyət nazirimiz Qara Qarayevin əqrəbalarından sayılır. Yubiley günlərində ha yazdılar ...ha yazdılar. Olan işdi bunlar. Mən bu yazını yazarkən çətin günlər idi. Zor günlər idi. O çətin günləri yaşayıb bu günlərə gəlməyin özü bir TALE işidir. Bunu ona görə deyirəm ki, minnətsiz yazılan bir yazıdır, dəfələrlə əl gəzdirilib, dəyişilib, əlavələr edilib, bu yazı üstündə iş bir türlü bitməyib. Qara Qarayevin həyatı və musiqisi nə qədər canlıdırsa, bu yazı da gəncləşməyə və yaşamağa davam edəcək. Zaman-zaman dəyişəcək.
   
   Bu yazının qəribə tarixçəsi də var. Bunu yazı bitəndən sonra anladacam. Hələ o zaman Azərbaycan radiosu ilə MELODİYA radio klubunda QARA QARAYEV haqqında verilişimi dinləyən həmkarlarımdan biri demişdi: "Gərək Qara Qarayevdən o ki var yazsınlar. Təkcə ona görə ki, bu Adam ölkənin ən baş mükafatına - Lenin mükafatına layiq görülən iki azərbaycanlıdan biridir". Bu, həqiqət idi. Yazı çapa hazırladığım PUBLİSİSTİKA-1 kitabına daxil ediləcək.
   
   Və davam...
   
   Bəlkə son dövrlərdə yazdığı, əsrin insanının əsəbi vəziyyətini ifadə eləyən "çüncü simfoniya" bu cür hadisələrin nəticəsi idi.
   
   Bəlkə də yox...
   
   "çüncü simfoniya" daha böyük adamlar, daha böyük arzular naminə yaranmış bir əsərdir. Bu əsər bu cür xırdaçılıqdan uzaqdır.
   
   "Bizim vaxtın axarı başqadır, o, daha gərgindir, daha tarımdır. Vaxt şütüyür, yanımızdan qasırğa ötüb keçir, bir əsim külək yox. Biz burulğan içindəyik. Hadisə burulğanı içində. Mürəkkəb, qarmaqarışıq ovqatlar, duyumlar, sevinc, qələbə, hardasa büdrəmə, məğlubiyyət, hansı çətinliyisə dəf etmək istəyi, harasa can atma-bunlar bizim dövrümüzdə elə dolaşıb, elə qarışıb ki...
   
   ...Gərək heç kəsin çaldığı havaya züy tutmayasan. zgə havasına oynamaq, qarıyıb-qartımış məhdud təsəvvürlərə züy tutmaq özünə hörmətsizlikdir, sənətə hörmətsizlikdir".
   
   Bu sözlər Qara Qarayevindir. Bu sözlər narahat bir ömrün əsas qayəsini ifadə eləyir. Bu, "çüncü simfoniya"nın əsas mövzularından biridir.
   
   Vaxt. Gərginlik. Sevinc. Qələbə. Büdrəmə...
   
   Budu "çüncü simfoniya"...
   
   Qara Qarayevin həyat və yaradıcılığına diqqət yetirəndə belə nəticəyə gəlmək olar ki, əlbəttə, yazılanları nəzərdə tuturam, o, sayılı və uğurlarla dolu günlər, aylar və illər keçirmişdir. Heç şübhəsiz, irəlidə qeyd etdiyimiz kimi, əgər bir yaradıcı hələ gənc yaşlarında tanınırsa, qiymətləndirilirsə, deməli, daha nə qalır?
   
   Qara Qarayev ömrünün bu tərəfini gözəl səciyyələndirən və araşdıran xalq yazıçısı İmran Qasımov yazır: "Qara Qarayevin sənətdə addımları, həyatı uğurla başlayıb. Onu get-gedə artan nüfuz, geniş şöhrət müşayiət eləyib. İyirmi səkkiz yaşında o, SSRİ Dövlət mükafatına layiq görülüb, otuz yaşında ikinci dəfə bu mükafatı alıb, qırx bir yaşında SSRİ xalq artisti olub, qırx doqquz yaşında isə Lenin mükafatı laureatı olub. İlk baxışda bu sənətkarın xoşbəxt, hamar, yaradıcı yol keçdiyi görünür, hər halda saydığımız mərhələlərdə onun əldə etdiyi uğurlar belə düşünməyə əsas verir. Ancaq artıq arxada qalmış on illərin adi iş günlərinə diqqət yetirsək inanırıq ki, Qara Qarayev qələbədən-qələbəyə, uğurdan-uğura öz-özündən qane olmamaqla, yorucu əziyyətlə, axtarışla gəlib çıxıb. Və əgər müasir elmin gücü çatsaydı ki, mənəvi aləmin, özü də sənətkar mənəvi aləminin kardioqramasını çıxarsın, onda o aləmi əks etdirən plyonka gah qalxan, gah da düşən xətlər qarışığı ilə dolu olardı və bu xətlərə ötəri bir nəzər salmaq kifayət idi ki, irəli daha uğurlu bir addım atmaq üçün bəstəkarın hansı ağlasığmaz qüvvə, əmək bahasına qüvvə, əmək bahasına zirvələr fəth etdiyini başa düşəsən.
   
   Qara Qarayev daxili aləminin bütün intellektual və psixoloji quruluşunu ifadə eləmək üçün yəqin ki, Nur sözü daha münasibdir..."
   
   Mən bu fikirlərə heç nə əlavə eləmək istəməzdim.
   
   QARA QARAYEVƏ
   
   "KKDƏN UZAQ"
   
   İTTİHAMI...
   
   
   
   Və cavablar
   
   
   
   Qara Qarayev bir bəstəkar kimi öz böyük əsərlərindən bir neçəsinin mövzusunu dünya ədəbiyyatının qabaqcıl nümayəndələrinin yaradıcılığından götürmüşdür. Təbii, bu, Qara Qarayevin öz xalqına, öz elinə bağlı olmadığı demək deyildi. Qarayev bir intellektual bəstəkar kimi öz daxili "məni"ni, daxili aləminin genişliyini ifadə eləmək üçün dünya ədəbiyyatının geniş üfüqlərinə çıxırdı. Əgər biz
   
   
   
   BƏŞƏRİ SƏNƏTKAR
   
   
   
   sözünü işlədiriksə bu sözün ən gözəl və layiqli sahiblərindən biri məhz Qara Qarayev olmuşdur. Ən kiçik romansından tutmuş ən böyük əsərlərindən sayılan "İldırımlı yollarla" baletinə kimi neçə-neçə dünya ədəbiyyatı nümunələrinə həyat verən Qarayev musiqisi ardıcıl olaraq "MİLLİ ÇƏRÇİVƏ"ni qırmış, öz içində əsl milliliyi saxlamaqla Azərbaycan musiqisinin şöhrətini dünyaya çıxartmışdır.
   
   Qara Qarayev tam məşhurlaşandan sonra yox, lap gənclik illərindən öz çərçivəsinə, öz "iç dünyası"na sığmamış, öz içinin narahatlığını və dərdini, kədərini, sevincini qəlbinə yaxın ədəbi nümayəndələrdə axtarmış və tapmışdır. İngilis V.Şekspir, rus A.Puşkin, türk N.Hikmət, ispan Servantes, Zənci P.Abrahams, azərbaycanlı Nizami və Rəsul Rza!
   
   Qara Qarayevin müraciət elədiyi sənətkarların adlarının ən qısa siyahısı belədi.
   
   Bəstəkarın yaradıcılığına bu baxımdan çox dəqiq fikir verən nə vaxtsa onu - Qarayevi bunun üstündə günahlandıran adamlara hələ 1967-ci ildə xalq yazıçısı MEHDİ HSEYN narahatlıqla belə cavab vermişdir:
   
   "Bizim ziyalılarımız arasında çox vaxt belə söhbət gəzir ki, guya Qara Qarayev öz əsərlərini başqa xalqların və ölkələrin ədəbi nümayəndələri arasında yazır. Qarayevin bu xüsusiyyətlərini qiymətləndirən yoldaşlarla bərabər, elələri də var ki, gah belə deyirlər, gah da elə. Mən bu adamlardan birincilərə aidəm. Mən belə hesab eləyirəm ki, hətta mövzunun seçilməsi də istedaddan çox asılıdır. Sənətkar özgə xalq barədə yazıbsa bu o demək deyil ki, o, öz xalqından uzaqlaşıb və uzaqlaşır. Tamamilə, yox. Həqiqi ustadların və həqiqi istedadların yaratdıqları əsərlər əslində öz içində sıxılıb qalmamalı və "məhəlli" məna daşımamalıdı. Əksinə, mən belə başa düşürəm ki, əsl beynəlmiləlçilik odur ki, o öz ifadəsini bütün sferalarda, hadisələrdə, işlərdə tapsın və xüsusilə də incəsənətin konkret formalarında. Bu baxımdan yüksək peşəkarlığı, professionallığı olan Qara Qarayev bunu öz əsərlərində elə həll eləyir ki, elə gözəl ifadə yolları və üsulları tapır ki, həyatını yazdığı xalqın istək və arzularını elə göstərir ki, elə qiymətli detallarla təsvir eləyir ki, nəinki inkar eləmək, əksinə, alqışlamaq lazımdır. Azərbaycan incəsənətini dünya arenasına, dünya üzünə çıxarmaq üçün bu ən lazımlı və vacib yoldur".
   
   Təkrar edirəm: bu sözlər 67-ci ildə yazılıb. Görkəmli yazıçı Mehdi Hüseyn tərəfindən. Burda mən kiçik bir detalı qeyd etmək istərdim. Məsələ bundadır ki, bəlkə biz Qara Qarayevin adına deyilən yazılı etiraz sözlərini ötən illərin qəzetlərində tapa bilmərik. Ancaq məsələ burasındadır ki, bütün bunlar olmuşdu. Qarayev də bütün bunları təmkinlə qarşılayır, öz içində təəssüflənsə də, gileylənsə də, hardasa küssə də yenə öz işini görürdü. Çəkilirdi otağına. Keçirdi ya piano arxasına, ya da stolun arxasına:
   
   "Mən musiqi ilə çoxdandı məşğulam, mənə elə gəlir ki, artıq sakit bir guşəyə çəkilib sakit bir ömür sürə bilərəm. Ancaq rahatlıq başlayan anda sənət bitir. Bir yerdə saymamaq üçün gərək özünü təzədən kökləyəsən, özünü dəyişəsən. V.Şklovski gözəl deyib: "MƏN DƏYİŞİLMƏK İSTƏYİRƏM, ONA GRƏ Kİ, İNKİŞAF ELƏMƏKDƏN YORULMAMIŞAM" (ayrıntı bizimdir-T.A.)
   
   Bu sözlər Qara Qarayevindir. 1967-ci ildə, 49 yaşında olanda deyib.


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK