80-ci illər nəslinin özünəməxsus dəsti-xətti olan şairlərindən. "Bürdə" dərgisinin qurucularından biri (1991). 1995-99-cu illər arasında "İpək Dili" dərgisinin özəl şeir sayısını (15 sayı) buraxdı və baş redaktoru oldu. On ildən artıq bir müddətdə YENİ ŞAFAK qəzetində həftəlik mədəniyyət yazıları çap etdirdi. 1988-ci ildən bu yana Bursada yaşayır və Araşdırma Kitabxanasında müdir olaraq çalışır.
27 ildir şeirlər yazır. "Sükut edər kimi" misraların ardınca gedir. Şeirdə incə bir yanaşmanın müdafiəçisi oxucudan da eyni yanaşmanı arzu edir. İhsan Dəniz 2002-ci ildə "Hurafi Məlul" adlı kitabıyla Türkiyə Yazarlar Birliyi tərəfindən "İlin Şairi" seçilib. Müxtəlif nəşriyyatlarda çap olunan "Mağara Külləri", "Yalnız sənə söylənən", "Addımlarımın gizli küçəsi", "Pərdələr", "Gecə dil oldu", "Hurafi Məlul", "Bozgün Sipəri" adlı şeir kitablarını bir yerə yığaraq çap etdirib. 2005-ci ildə "Buz və Firə" adıyla "Heca" nəşriyyatında daha bir kitabı işıq üzü gördü. Bizim onunla bu söhbətimiz "Heç vaxt unutma" kitabı çap olunandan sonra baş tutub.
"Heç vaxt unutma" kimi bir külliyatınız çap olunandan sonra ayrıca olaraq bu kitab ilk kitabınız hesab oluna bilər. Kitabdakı şeirlərin bir qismi "Heca" dərgisində oxuduğumuz iki misradan, bir beytdən ibarət olan ikiliklərdir. İhsan Dəniz qısa şeir vadisinə necə girdi? Bunu nədən seçdiniz?
-Əslində bu bir seçim deyildi. Seçim ola bilməsi üçün mənim buna əvvəlcədən xüsusi bir hazırlığım və içimdən gələn bir şərtlənmə olmalı idi. Qısa şeirlərin içimdən axması mən gözləmədən oldu deyə bilərəm. Bununla birlikdə kitabdakı şeirləri öz şeirlərimə çevirmək, onları öz içindən zənginləşdirmək, iki xətt arasında bir ahəng yaratmaq məqsədim olmuşdur.
Bu ikiliklərin bir başqa yönü də diqqəti çəkir: onlar sual şəklində yazılmışdır. Oxucuda belə bir duyğu yaranır. Bu kitab çox böyük bir sual işarəsidir. Bütün şeirlər sual şəklindəmi gəldi, yoxsa siz qəsdən bunu belə qurdunuz?
- İnsan yazdıqlarının öncədən kitab olacağını bilməz. Bu kitabın ilk şeirindəki ilk misra yazılarkən belə bir kitabın olacağı və ya bunun davam etdiriləcəyi haqqında qəti qərarım yox idi.