adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
13505 | 2008-02-13 12:30
Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit Paşanın oğludur. Adanada mutasarrıflık yapmıştır. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür.Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb.Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867-1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub.1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb.1875-1876 Serb müharibəsində olub,könüllü olaraq 1877-1878-ci illərdəki Rus savaşı və Girit üsyanlarında yavərlik edib.Beş il Giritdə qalıb.Bu illər ərzində almanca və ingiliscə öyrənib.İstanbula qayıdıb və 1881-1884-cü illərdə müxtəlif vəzifələrdə çalışıb.
   
   1884-cü il onun yazı həyatında ən məhsuldar il olub.İlk yazısı 1883-cü ildə çap olunub.1884-cü ildən çevirilərə üz tutub,müxtəlif nəşrlərdə ədəbiyyata aid yazılar yazıb və iki dərgi çıxarıb. O dərgilərdən ən maraqlısı "Günəş"dir.12 sayısı çıxandan sonra maddi vəziyyətdən bağlanıb.1884-cü ildə Bəşir Fuad "Cəridə-i Havadis" qəzetində baş yazarlıq eləyib. Qəzet bağlanıb və o, yazarlığını o zamanın ən öndə gələn qəzetlərindən "Tərcüman-ı Hakikat" və "Saadət"də davam etdirib.
   
    Dil, özəlliklə xarici dillərin öyrənimi Bəşir Fuadın ən çox maraqlandığı sahə olmuş və bu barədə dəfələrlə çıxış etmişdir.Bütün bunlarla yanaşı, çox sevdiyi teatr sənəti haqqında silsilə yazıları olmuşdur. 6 fevral 1887-ci ildə intihar etmişdir.
   
   
   
   S

TƏQVİM / ARXİV